Məhkəmə qərarları › İş №2(008)-912/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-912/2023

24.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-912/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X4, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 ağır dərəcəli hipertoniya xəstəliyi İİİ mərhələ, kəskin hipertonik ensefalopatiya, yaddaşın və diqqətin pozulması, ürəyin işemik xəstəliyi, koronarokardioskleroz, hipertonik angiopatiya xəstəliyindən kəskin əziyyət çəkmiş, xx.xx.2017-ci ildən başlayaraq bu xəstəliyə görə dəfələrlə profilaktik müalicələr almışdır. Hal hazırda xəstəliyi kəskin hal almışdır. AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 1231 saylı xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə əsasən X2 hazırda damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu formasında psixi pozuntu müəyyən edilmişdir. İstənilən halda özünə dair hər hansı bir hərəkəti icra etmək iqtidarında deyil. O, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, bir həyat yoldaşı olaraq onun hər bir qayğısı ilə məşğul olur. Həyat yoldaşı olaraq ona dair bir çox hüquqlarının icrası olıunması məqsədilə qəyyum təyin edilməsi üçün məhkəmə qərarı ilə həyat yoldaşının “fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsi qanunamüvafiq və mütləqdir. Bu səbəbdən xüsusi icraat qaydasında məhkəməyə müraciət hüququnu realizə etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X6 ərizəni müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - TƏBİB X13 PHŞ tərəfindən verilmiş 1592 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1950-ci il təvəllüdlü X3 xx.xx.2012-xx.xx.2012-ci il; xx.xx.2016-xx.xx.2016-cı il; xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə X12 stasionar müalicə almışdır. Son klinik diaqnoz: hipertoniya xəstəliyi, İİİ mərhələ. Kəskin hipertonik ensefalopatiya, yaddaşın və diqqətin pozulması ilə. Ürəyin işemik xəstəliyi. Koronarokardioskleroz. Hipertonik angiopatiya. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021ci il tarixli 681 saylı rəyinin surətindən görünür ki, X2 hal-hazırda damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu ilə formasında psixi pozuntu müəyyən edilir. X9 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi stasionar müalicədə olduğu zaman onda müəyyən edilən “Hipertoniya xəstəliyi İİİ mərhələ. Kəskin hipertonik ensofalopatiya, yaddaşın və diqqətin pozulması ilə. Ürəyin işemik xəstəliyi. Koronarokardioskleroz. OU. hipertonik angiopatiya” diaqnozlu xəstəlik təqdim edilmiş tibbi sənədlə təsdiq olunur. Göstərilən diaqnozlu xəstəlik fonunda X1 yüksək stress və həyəcan halında onun diqqət, şüur və dərk etmə funksiyalarının zəifləməsi ehtimalı mümkündür. Anamnestik məlumatlardan məlum olur ki, X2 2016-cı ildən başlayaraq digər xəstəlikləri ilə yanaşı yaddaşında zəifləmələr biruzə vermiş, bununla əlaqədar tibbi sənədlərə görə X9 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi stasionar müalicədə olmuş və onda “Hipertoniya xəstəliyi İİİ mərhələ. Kəskin hipertonik ensofalopatiya, yaddaşın və diqqətin pozulması ilə. Ürəyin işemik xəstəliyi. Koronarokardioskleroz. OU. hipertonik angiopatiya” diaqnozu müəyyən edilmişdir. G.Q.Nağıyevdə digər xəstəliklərlə yanaşı yaddaş pozuntusunun müəyyən edilməsi və üç il sonra isə oğlunun ölümü ilə əlaqədar stress keçirməsi onun 2019-cu ildə 3 saylı Bakı şəhər “Asan Xidmət” mərkəzinin notariat ofisində imzaladığı sənədlərin məzmununu dərk etməməsi onun həmin dövrdəki düçar olduğu somatik xəstəliklər fonunda həmin dövrdə və hazırda onda davam edən damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusunun mövcud olması ilə əlaqədar olması inkar edilmir. - AZE seriyalı 02918992 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İ-ЖГ seriyalı 315633 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Ərizəçi xx.xx.1975-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - 058640 nömrəli xx.xx.2011-ci il tarixli vəsiqənin surətindən görünür ki, X3 2-ci qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli 898 saylı rəyindən görünür ki, X2 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1950-ci il təvəllüdlü əri X2 damar mənşəli demensiya (ağıl zəifliyi) aşkar olunmuş, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə xx.xx.2023-cü il tarixli 898 saylı rəy verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, onunla birlikdə yaşayan arvadı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar