Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-92/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "43q" saylı bağ sahəsinin bir hissəsi (sonradan üç hissəyə bölünərək: 43M, 43N və 43T saylı bağ sahəsi olaraq dövlət qeydiyyatına alınmışdır) ünvanında yerləşən, Cavabdeh2 məxsus olan 3 (üç) ədəd qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən, "40M" saylı torpaq sahəsinin, İddiaçı isə Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən "43Q" saylı torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh X5, 2021-ci ilin yay aylarının sonunda alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən "43q" saylı bağ sahəsinin bir hissəsini - 0,072 ha torpaq sahəsini əldə etmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********34 nömrəsi ilə sözügedən torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh həmin sahəni üç hissəyə bölərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 43M, 43N və 43T saylı bağ sahələri kimi yenidən qeydiyyata aldırmışdır. Sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahələri arasında, yəni qonşuluqda yerləşir, aralarında olan ortaq çəpər torpaq sahələrinin sərhədini təşkil edir. Cavabdeh qısa müddət ərzində 2021-ci ilin 21 oktyabr tarixindən başlayaraq 02 noyabr tarixinədək, ona məxsus torpaq sahəsini hasarla üç yerə bölərək, mişardaşından, üçtəməlli yaşayış binası inşa etmişdir. İnşa edilmiş hər üç evin hündürlüyü beş metrdən artıqdır və iddiaçıların fərdi yaşayış evlərindən ortaq hasara demək olar ki, bitişik inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, “Şəhərsalma və Tikinti” Məcəlləsinin müddəalarına və Sabunçu rayonu ərazisində müfəssəl planlaşdırma normaları və qaydalarına müvafiq olaraq, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan 0,06 ha torpaq sahəsində, bir fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulduğu halda, cavabdeh sözügedən sahəni hasarla üç hissəyə bölərək, mişardaşı ilə, üçtəməlli fərdi yaşayış evləri inşa etmişdir. xx.xx.2021-ci il tarixə mövcud vəziyyət cavabdeh tərəfindən aparılan qeyri-qanuni inşa işləri, hələlik bu günə olan üç tikilidən ibarət inşa etdiyi qanunsuz yaşayış evləri, müvafiq tikinti norma və qaydalarını kobud şəklində pozaraq, iddiaçıların evinin və çəpərinin qəbuledilməz yaxınlığında (10-20 sm), hündürlüyü 5-6 metrdən çox olan divarlar inşa edilməsi səbəbindən, ilk növbədə evə günəş şüalarının daxil olmasının qarşısını alır, həmçinin təsir göstərəcək səs-küy izolyasiya standartlarını pozur, evin yanğın təhlükəsizliyinə mənfi təsir göstərə bilər və iddiaçıların ailə üzvlərinin həyatına və sağlamlığına mənfi təsir göstərərək xələl gətirə bilər. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin qanunsuz tikilmiş evlərinin (üç evinin) pəncərələrinin birbaşa iddiaçının həyətinin və evinin pəncərələrinin yaxınında yerləşməsi, ən qədim xalqlardan biri kimi azərbaycanlıların milli mentalitetinin əsasını təşkil edən cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi normalara ziddir. Cavabdehin yuxarıda qeyd edilən hərəkətləri (yəni mövcud olan tikinti qaydalarının və normalarının pozulması ilə üç qanunsuz tikilinin inşası), iddiaçıların hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozduğu üçün bir mülkiyyətçi kimi öz torpaq sahəsi və evlərindən istifadəni yuxarıda göstərilən səbəblərə görə nəinki məhdudlaşdırır, hətta mümkünsüz edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, iddiaçılar ilk gündən Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu verilməsini tələb etmişlər. Belə ki, əsaslı şübhələr var idi ki, həmin tikililər qanunsuz tikililərdir və qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma icraatına əməl olunmamışdır. Sorğuya cavabdan görünür ki, cavabdeh icra hakimiyyətini məlumatlandırmamış, yalnız binanı tikib qurtarandan sonra onlara məlumat vermişdir. Hesab edir ki, həmin üç tikili qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun inşa edilməmiş, ara məsafəsi gözlənilməmişdir. Bununla bağlı ekspert rəyi də var. Əgər cavabdeh vaxtında icra hakimiyyətinə məlumat versə idi, tikinti başlamamış cavabdehin tikinti aparmalı olmaması, layihənin uyğun olmaması ona bildirilmiş olardı. Cavabdeh isə öz layihəsinə uyğun, yəni şəhərsalma qaydalarına zidd olan binaları tikmiş, sonra bununla bağlı məlumat vermişdir. Bu da birmənalı göstərir ki, iddia tam əsaslıdır. Eyni zamanda, icra hakimiyyəti həmin binaların tikintisinə icazə vermiş olsa idi belə, o demək deyil ki, bu, şəhərsalma və tikinti qaydalarına uyğun inşa edilmişdir. İddia tam əsaslıdır, Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş binalar öz hesabına sökülüb və yenidən qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun və təbii ki, ara məsafəsi və digər tələblər gözlənilmək şərtilə tikilməlidir. Cavabdeh tərəfindən ara məsafəsi gözlənilməmişdir, həmin evlərdə səs-küy olanda iddiaçılar tərəfindən rahatlıqla eşidilir və bu da iddiaçılara məhdudiyyət törədir. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddianın təmin edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95-ci maddəsinə əsasən sözügedən tikililərin sökülməsi ilə bağlı iddianın hansı fiziki və ya hüquqi şəxslər tərəfindən verilə bilməsi konkret olaraq göstərilmişdir. Bu, onu göstərir ki, qarşı tərəfin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İş məhkəmənin icraatında olduğu müddətdə mübahisəli əraziyə məhkəmənin iştirakı ilə yerli baxış keçirilmiş, ekspertlər də orda bir neçə dəfə olmuşlar. Tərəflərin inşa etdikləri tikililər arasındakı məsafə tamam fərqlidir, yəni cavabdehin inşa etdiyi evlərdəki səs-küy iddiaçılara məxsus evlərdə eşidilə bilməz. Bu mübahisə şəxsi xarakter daşıyır, tikinti ilə bağlı deyildir. Sabunçu Rayon İcra Hakimiyyətindən daxil olmuş sorğuya cavabla bağlı bildirir ki, məhkəməyə poçt qəbzi və məktubun surətini təqdim etmişlər, poçt əməkdaşının aparıb çatdırmaması onların təqsiri deyildir, poçt onlara çatdırılma barədə qəbz vermişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş 15 günlük müddəti gözləmişdir, ondan sonra tikinti aparılmışdır. Digər tərəfdən, tikinti işlərinə başlanılan zaman iddiaçılar cavabdehə heç bir formada irad bildirməmişlər, yalnız tikinti işləri başa çatdırıldıqdan sonra iddiaçılar həmin tikililərin sökülməsi barədə iddia qaldırmışlar. Hər üç torpaq sahəsi cavabdehin mülkiyyətindədir, müvafiq çıxarışlar iş materiallarına əlavə edilmişdir. Sözügedən tikililərə də çıxarış almaq məqamında iddiaçılar hazırkı iddianı qaldıraraq, çıxarışın verilməməsi üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişlər, ərizələri təmin olunaraq, tikililərə çıxarışın verilməsi ilə bağlı qadağa qoyulmuşdur. Həmin tikililərə dair müvafiq icra hakimiyyətinin heç bir iradı rəsmi olaraq daxil olmamış və istismara qəbulla bağlı qanunvericiliyin tələblərinə əməl edilməklə müraciət edilmişdir. Belə olan halda, DƏDRX cavabdehin ərizəsini qəbul etmiş və cavabdehə çıxarış verilən ərəfədə hazırkı iddia qaldırmışdır. Belə bir vaxtda iddia qaldırmaq məqsədli xarakter daşıyır. Belə ki, burada ya qarşı tərəfin qərəzindən, ya da maddi maraq güdməsindən söhbət gedə bilər. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini və eyni zamanda, müvəqqəti təmin tədbirinin ləğv edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 43M, 43N və 43T saylı bağ sahələri üzərində inşa edilmiş fərdi yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaları (müvafiq çıxarışların verilməsi) ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia, iddiaçıların hazırkı iddianı qaldırmaları üçün subyektiv hüquqlarının olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsinin bir hissəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1192 ha torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0246 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0172 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0258 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 0,07264 ha torpaq sahəsini alqı-satqı yolu ilə X2 almışdır. - Sabunçu RİH-in Maştağa qəsəbəsi üzrə nümayəndəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,0726 ha torpaq sahəsi xüsusi mülkiyyət olduğundan və tikinti işləri başa çatdığı üçün həmin evlərin söküntüsü mümkün olmamışdır. - Cavabdeh2, Sabunçu RİH-in başçısı Adil Vəliyevə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərini rəhbər tutaraq, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 43q saylı bağ sahəsinin bir hissəsində ərizəsinə əlavə etdiyi memarlıq-planlaşdırma layihələri əsasında üç fərdi yaşayış evi inşa etdirmək niyyətindədir. "xxxx" MMC-nin 002658 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Sabunçu RİH-nə ünvanlanmış məktub xx.xx.2021-ci il tarixdə, saat 09:50-də Gülməmmədzadə soyadlı şəxs tərəfindən qəbul edilmişdir. - Sabunçu RİH-in başçısının İ müavini tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində inşa edilmiş fərdi yaşayış evlərinin tikinti niyyəti barədə müraciətlər icra hakimiyyətinə daxil olmamışdır. Cavabdeh2 “Şəhərsalma və Tikinti” Məcəlləsinin 102.6-cı maddəsinə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində tikinti işlərinin başa çatdırılması ilə bağlı icra hakimiyyətini məlumatlandırmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı hal-hazırda hasarı daxilində olan, istifadə etdiyi 440.0 kv.m torpaq sahəsinin 14.0 kv.m hissəsi **********4 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətindədir. Qərb tərəfdən 1.2 metr, şərq tərəfdən 0.6 metr məsafədə İddiaçıCavabdeh2 məxsus torpaq sahəsinə keçmişdir. - Məhkəmənin tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3996 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,40 ha torpaq sahəsinin, Cavabdeh1 adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,1192 ha olan torpaq sahəsinin, Cavabdeh2 adına verilmiş **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəsinin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlarına əsasən bir-birinə bitişik yerləşməklə qonşu torpaq sahələri olduğu müəyyən edilir. Həmin torpaq sahələrinin hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi (kəsişmədiyi) müəyyən edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı hal-hazırda hasarı daxilində olan faktiki istifadə etdiyi torpaq sahəsinin 440 kv.m təşkil etdiyi, **********24 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsinin 14,00 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin öz mülkiyyətində olan **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəsinin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Həmin tikililərin (fərdi yaşayış evlərinin) inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində qeyd olunan ara məsafəsinin saxlanılmadığı müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin hazırkı vəziyyətinin İddiaçı və Cavabdeh1 mülkiyyətində olan tikililərdən (torpaq sahəsindən) təyinatı üzrə istifadə etməsinə maneə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakter daşıdığından tikinti ekspertin səlahiyyətlərinə aid deyil. Lakin qeyd olunur ki, İddiaçı məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus torpaq sahəsində yerləşən tikili arasında 13 metr məsafə olmasını, digər iddiaçı X6 məxsus torpaq sahəsinin üzrərində hər hansı tikili inşa edilməməsini nəzərə alaraq, faktiki vəziyyətdə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı və Cavabdeh1 mülkiyyətində olan tikililərdən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yaratmadığı müəyyən edilir. - Məhkəmənin əlavə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6472 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsində yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evlərinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Ekspert rəyində qeyd olunan əlavə materialların ekspertə təqdim edilməməsi əsası ilə digər suallar üzrə rəy verilməsi mümkün olmamışdır. - X1 xx.xx.2022-ci il tarixli, 69 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh2 məxsus olan olan birinci bağ ində inşa olunmuş fərdi yaşayış evinin tikinti altı sahəsinin 122,82 m2, xarici hürlüyünün 5,20 metr, ikinci fərdi yaşayış evinin tikinti altı sahəsinin 98,56 m2, xarici hündürlüyünün 4,30 metr və üçüncü fərdi yaşayış evinin tikinti altı sahəsinin 117,08 xarici hündürlüyünün 4,30 metr təşkil etdiyi müəyyən edilir. Lakin Cavabdeh2 fərdi yaşayış evlərinə dair eskiz-layihələri ekspertiza tədqiqatına təqdim olunmadığından, layihə sənədləri ilə evlərin mövcud vəziyyətini müqayisə edib evlərin faktiki ölçü parametrlərinin (eni, uzunluğu, hündürlüyü və s.) layihə sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh2 tərəfindən fərdi yaşayış evlərinin inşa olunması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə müfəssəl Qaydalar»ın 4.13-cü bəndinin tələblərinin pozulması müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh2 tərəfindən inşa olunmuş fərdi yaşayış evləri ilə qonuşluqda yerləşən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda mülkiyyətində olan bağ torpaq sahələrinin sərhədlərarası mövcud məsafələrin (0,40-0,75 metr) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. - X1 xx.xx.2022-ci il tarixli, 141 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən təqdim olunmuş məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 43q saylı, 0.04 ha bağ sahəsinin naturadakı sərhədləri və koordinatları müəyyən edilərək bağ sahəsinin küçə yolu tərəfdən mövcud sərhədinin sənəd (torpaq sahəsinin planı və ölçüsü) üzrə nəzərdə tutulmuş sərhəddən (1- 2 döngə nöqtələri arası sərhəddir) üst-üstə düşmədiyi müəyyən edilir. Belə ki, bağ sahəsinin sənəd üzrə sərhəddən kənar olan hissəsi faktiki olaraq küçə yolu (bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş yolu) üzərinə düşür. Bağ sahəsinin yerdə qalan mövcud sərhədləri isə sənəd üzrə nəzərdə tutulmuş koordinatlar daxilindədir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 43q saylı, 0.04 ha bağ sahəsinin naturadakı sərhədləri və koordinatları qonşuluqda yerləşən Cavabdeh2 mülkiyyətində olan 43N saylı, 0.0246 ha bağ sahəsinin sənəd üzrə sərhədləri və koordinatları ilə üst-üstə düşmür. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 43q saylı, 0.04 ha bağ sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan 43N saylı, 0.0246 ha bağ sahəsi arasındakı sərhəd hasarı həmin bağ sahələrinin sənədlər üzrə sərhədləri, və koordinatları daxilində yerləşir. - xx.xx.2023-cü il tarixli məhkəmənin yerli baxış protokolundan görünür ki, cavabdehin inşa etdirdiyi sözügedən üç tikili Savalan yaşayış məntəqəsinin daxilində avtomobil yolunun kənarında sağ tərəfdə yerləşir. Həmin tikililər iddiaçılara məxsus evlərin arxa tərəfində onlara yaxın məsafədə yerləşir. Həmin tikililərə xaricdən suvaq çəkilmiş, inşası başa çatdırılma ərəfəsindədir. Hər üçünün layihəsi eyni olmaqla, təmiri natamamdır. Həmin tikililər iddiaçılara məxsus evlərə yaxın məsafədə yerləşsələr də, iddiaçıların evlərindən təyinatı üzrə istifadə etməsinə hansısa formada məhdudiyyət yarada biləcəyi müəyyən edilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi olması müəyyən edilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılmış hallarından görünür ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələri və üzərlərində inşa edilmiş fərdi yaşayış evləri birbirlərinə yaxın məsafədə yerləşirlər. Cavabdeh özünə məxsus torpaq sahəsini üç hissəyə ayırmaqla, hər üçündə tikililər inşa etdirmişdir. Torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, üzərindəki tikililər müvafiq qaydada qeydə alınmamışdır. İddiaçılar həmin tikililəri qanunsuz tikili hesab edərək, bildirirlər ki, müvafiq tikillər tikinti norma və qaydalarını kobud şəklində pozulması ilə inşa edilmiş, tikinti başlanan zaman məlumatlandırma icraatına əməl edilməmişdir. Həmin evlər iddiaçıların evinin və hasarının həddən çox yaxınlığında hündürlüyü 5-6 metrdən çox olan divarlar inşa edilməsi səbəbindən, evə günəş şüalarının daxil olmasının qarşısını alır, təsir göstərəcək səs-küy izolyasiya standartlarını pozur, evin yanğın təhlükəsizliyinə mənfi təsir göstərə bilər və iddiaçıların ailə üzvlərinin həyatına və sağlamlığına mənfi təsir göstərərək xələl gətirə bilər. Bu hal iddiaçıların hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozduğu üçün bir mülkiyyətçi kimi öz torpaq sahəsi və evlərindən istifadəni nəinki məhdudlaşdırır, hətta mümkünsüz edir. Cavabdeh tərəf isə, həmin dəlilləri qəbul etməyərək, iddiaçıların ilk növbədə bu iddianı qaldırmaları üçün subyektiv hüquqa malik olmadıqlarını, cavabdehin iddiaçıları səs-küyə məruz qoymadığını, mübahisənin şəxsi xarakter daşıdığını, yalnız tikinti işləri başa çatdırıldıqdan sonra çıxarış alma ərəfəsində iddiaçıların həmin tikililərin sökülməsi barədə iddia qaldırdıqlarını, məlumatlandırma icraatına tam şəkildə riayət olunduğunu bildirərək, iddianın rədd edilməsini xahiş edir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi və xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi məqsədilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmin tikililərin (fərdi yaşayış evlərinin) inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində qeyd olunan ara məsafəsinin saxlanılmadığı, İddiaçı hazırda hasarı daxilində olan faktiki istifadə etdiyi torpaq sahəsinin 440 kv.m təşkil etdiyi, **********24 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsinin 14,00 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Ekspert tərəfindən o da müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus torpaq sahəsində yerləşən tikili arasında 13 metr məsafə olmasını, digər iddiaçı X6 məxsus torpaq sahəsinin üzrərində hər hansı tikili inşa edilməməsini nəzərə alaraq faktiki vəziyyətdə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər İddiaçı və Cavabdeh1 mülkiyyətində olan tikililərdən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yaratmır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən fərdi yaşayış evlərinin tikilməsi ilə iddiaçıların hüquq və qanuni mənafelərinin məhdudlaşdırılması halları müəyyən edilməmişdir. Həmçinin qeyd olunan hallar ekspert rəyi ilə də təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqlarının olmaması qənaətinə gəlir. İddiaçı tərəf cavadehin məlumatlandırma icraatına riayət etməməsinə diqqət çəksə də, məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sabunçu RİH-in başçısına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində Cavabdeh2, memarlıqplanlaşdırma layihələri əsasında üç fərdi yaşayış evi inşa etdirmək niyyətində olduğunu bildirmiş və həmin ərizə müvafiq icra hakimiyyətinə sürətli poçt vasitəsilə çatdırılaraq, xx.xx.2021-ci il tarixdə, saat 09:50-də səlahiyyətli şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh məlumatlandırma icraatına əməl etməmiş olsa belə, hazırkı iddiaçıların bu halı mübahisələndirməyə subyektiv hüquqları müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadıqlarından, iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməli, habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı və Cavabdeh1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-92/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-92/2024
29.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver