Məhkəmə qərarları › İş №2(008)-924/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-924/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-924/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 39 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsindəki 30B asaylı evə 1963-cü il tarixdə tərtib olunaraq təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun və həmin sənədin verilməsinə əsas olmuş digər sənədlərin xx.xx.1987-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsindəki 30B saylı ev mərhum babası X6 tərəfindən ona miras qalmışdır. Miras qalmış evə dair sənədlərdə babasının soyadı, adı düzgün qeyd olunsa da, ata adı “Hacıməmməd oğlu” əvəzinə “Mamed oğlu” kimi qeyd edilmişdir. Sənədlərdə mərhum babasının ata adının səhv qeyd edilməsi səbəbindən ona miras qalmış əmlakı adına dövlət reyestrində qeydiyyata aldıra bilmir. Buna görə də “mərhum babasının ata adına düzəliş edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “həmin sənədlərin verilməsinə əsas olunmuş digər sənədlərin” ifadəsinin tələbdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 39 saylı Dövlət Notariat Kontoru xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan АЗ №730066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçiın anası X8 olmuşdur. -Lenin rayon VVAQ şöbəsinin 278423 saylı təkrar doğum şəhadətnaməsinin surətindən görünür ki, X3 atası X9muşdur. -Bakı şəhəri Sabunçu Rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZE seriyalı 035237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. -Sabunçu Rayon Zabrat qəsəbə icra nümayədəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 171596 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir; -Bakı şəhəri 39 saylı Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X1 xx.xx.1987-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi ilə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir; -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, arxiv fondunda mühafizə edilən sənədlərində 1935- 1939-cu illərə dair Bakı şəhəri, Lenin (Sabunçu) rayonu, Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 30 yanvar 1937-ci ildə doğulan X3 təvəllüdü qeyd olunur. Atası X4, anası X7r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin babasının adı X6 olduğu halda səhvən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsindəki 30B saylı evə 1963-cü il tarixdə tərtib olunaraq təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda X5 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin babası X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsindəki 30B saylı evə dair pasportda göstərilən “X11” “X6” ilə eyni şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsindəki 30B saylı evə 1963-cü il tarixdə tərtib olunaraq təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1987-ci l tarixdə vəfat etmiş ərizəçinin babası X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar