Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-924/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam müəyyən edilərək, mülkiyyət hüquqularının tanınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam müəyyən edilərək, mülkiyyət hüquqularının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası xx.xx.1972-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə miras qalmasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mərhum qaynatası X1 miras qalmış əmlakda tam payda onun payının müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi məsələsi müzakirəyə çıxarılmış, iddiaçı və cavabdehin nümayəndəsi etiraz etməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ( yeni qaydalarla ünvan 4 X2 xüsusi mülkiyyətindədir. Həmçinin, İddiaçı ünvan 2 ünvanında qeydiyyadadır, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında qeydiyyatda, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ünvanında qeydiyyatdadır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, mübahisə predmeti olan ünvan 1 ( yeni qaydalarla ünvan 4 ünvanı Xəzər rayonunun inzibati ərazi hüdudlarında yerləşir. Həmçinin cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında qeydiyyatda, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ünvanında qeydiyyatdadılar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Baxılan iddia tələbinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyət məsələsini tənzimləyən 39-cu maddəsinin təsir dairəsinə düşdüyünü, mübahisə predmetinin isə Xəzər rayonunun inzibati ərazi hüdudlarında yerləşdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam müəyyən edilərək, mülkiyyət hüquqularının tanınması tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam müəyyən edilərək, mülkiyyət hüquqularının tanınması” tələbinə dair 2(008)-924/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-924/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-924/2024
22.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver