Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-963/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü bibisi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanında xəstə bibisi X10 və ailəsi ilə birlikdə yaşayır. xx.xx.1958-ci il təvəllüdlü bibisi X10 2-ci qrup əlildir və şizofreniya paranoid forma, paranoid qüsur halı natamam remissiya xıəstəliklərindən əziyyət çəkir. xx.xx.1958-ci il təvəllüdlü bibisi X2 3 bacısı və 3 qardaşı var idi. Onlardan onun atası (qardaşı), digər qardaşları və 2 bacısı vəfat etmişdir. Digər bacısı isə uzun müddətdir ölkə xaricindədir. Bakı şəhərində xəstə bibisinə baxan şəxs odur. Bu səbəbdən də bibisi xx.xx.1958-ci il təvəllüdlü X5 o, baxır. xx.xx.1958-ci il təvəllüdlü bibisi X2 xəstəliyi anadangəlmədir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü tam idarə edə bilmir. 2-ci qrup əlildir. Bu səbəbdən də özü öz yeməyinidə yiyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bibisinin kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. Bu səbəbdən də xəstə bibisi tək qoyub hansısa bir işlə məşğul ola bilmir. xx.xx.1958-ci il təvəllüdlü bibisi X2 bütün təlabatını anası olaraq o ödəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş matriallarına əlavə edilmiş doğum haqqında şəhadətnamdən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi atası X6r. Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsi tətəfindən verilmiş AZ-İ 902259 nömrəli doğum haqqında şəahdətnamədən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X3 X1, anası isə X11r. Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinin 3-16-5/8-15-1631/2024 nömrəli, 31 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, X10 30 noyabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 16 dekabr 1958-ci il tarrixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 788 №li doğum haqqında akt qeydi tərtib edilmişdir. X1, anası X12r. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin AZ İİ seriyalı, 071666 nömrəli, 17 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 13 fevral 2020-ci il tarixdə süd vəzisinin yuxarı bayır kvadratının xərçəngi səbəbindən ölmüşdür. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin AZ İ seriyalı, 850351 nömrəli, 08 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 27 dekabr 2016-cı il tarixdə boğazın əzilməsi səbəindən ölmüşdür. Bakı şəhər Nizami rayon VVADQ şöbəsinin 349144 nömrəli, 22 iyun 1999-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 05 iyun 1999-cu il tarixdə ölmüşdür. Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinin AZ İ seriyalı, 344352 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 26 mart 2009-cu il tarixdə mədə xərçəngi səbəbindən ölmüşdür. Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinin AZ İ seriyalı, 695206 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 18 sentyabr 2009-cu il tarixdə mədə xərçəngi səbəbindən ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X10 paronoid şizofreniya xəstəsidir və müddətsiz 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X22 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 1104 saylı rəyindən görünür ki, X4 “şizofreniya paranoid forma psixi qüsur halı” xroniki psixi xəstəlik müəyyən edilir, X10 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görədə o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar mövcuddur. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-963/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-963/2025
05.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver