Məhkəmə qərarları › İş №2(008)-982/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-982/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-982/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 qızının iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 500 manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti sayılan dəyəri 2650 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanının, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı setinin, 1 ədəd stabilizatorun, 1 ədəd qaz requlyatorunun, 68 ədəd radiatorun, 14 ədəd vintilin 16-lıq, 1 ədəd shuşhilkanın 80-lik, 2 ədəd suşilka vintilinin 16-lıq, 20 ədəd kollektorun, 2 ədəd amerikankanın 25 mm-lik zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdehin qanunsuz sahiblyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı dəyəri 2650 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı setini, 1 ədəd stabilizatoru, 1 ədəd qaz requlyatorunu, 68 ədəd radiatoru, 14 ədəd vintil 16-lıq, 1 ədəd shuşhilka 80-lik, 2 ədəd suşilka vintili 16-lıq, 20 ədəd kollektoru, 2 ədəd amerikanka 25 mm-lik cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasın 06.10.2020-ci il tarixinədək, lizinq ödənişləri üzrə 1536,66 manat, cərimə üzrə 2067,43 manat olmaqla, cəmi 3603,09 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 307 gün gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdehlə bağlanmış daxili maliyyə lizinq müqaviləsi 19.01.2020 tarixində bitir. Hazırda lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir, iddiaçının lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur, lizinq obyektini geri qaytarmaqdan imtina edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC ilə Cavabdeh arasında 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi olan 1 №-li əlavədə göstərilən və ümumi dəyəri 2650 manat olan 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı setini, 1 ədəd stabilizatoru, 1 ədəd qaz requlyatorunu, 68 ədəd radiatoru, 14 ədəd vintil 16-lıq, 1 ədəd shuşhilka 80-lik, 2 ədəd suşilka vintili 16-lıq, 20 ədəd kollektoru, 2 ədəd amerikanka 25 mm-lik alıcının mülkiyyətinə verməyi, lizinq alan isə əşyanı qəbul edib əvəzində bu Müqavilə ilə müəyyən edilmiş pul məbləğini hissə-hissə lizinq verənə ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə 2 №-li əlavədə müəyyən edilmiş ödəniş qrafikinə əsasən ödənişlərin ardıcıl olaraq aparılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən lizinqin müddəti 18 ay müəyyən edilmişdir. Müqaviləyə 3 №-li əlavədən və həmin əlavədə müəyyən edilmiş təhvil-təslim aktından görünür ki, müqavilənin predmeti 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı setini, 1 ədəd stabilizatoru, 1 ədəd qaz requlyatorunu, 68 ədəd radiatoru, 14 ədəd vintil 16-lıq, 1 ədəd shuşhilka 80-lik, 2 ədəd suşilka vintili 16-lıq, 20 ədəd kollektoru, 2 ədəd amerikanka 25 mm-lik 20.07.2018-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq alan lizinq verənin tələbində göstərilmiş müddətdə satıcının tələblərinə cavab verən təminatı dəqdim etməyi, yaxud əvvəllər verilmiş təmnatı əvəz etməyi öhdəsinə götürür, alıcı tərəfindən göstərilən şərtlər yerinə yetirilmədikdə, satıcı alıcının əmlaka sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada əmlakı tələb edə bilər. İddiaçı MMC tərəfindən təqdim olunmuş 06.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişlər üzrə borc qalığı 1535,66 manat, cərimə haqqı 2067,43 manat, ümumi borc 3603,09 manat təşkil edir. İddiaçı MMC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında müqavilənin ləğvi, lizinq obyektinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir (26.02.2020-ci il tarixli tələb məktubu). Hazırda iddiaçı 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 500 manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti sayılan dəyəri 2650 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanının, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı setinin, 1 ədəd stabilizatorun, 1 ədəd qaz requlyatorunun, 68 ədəd radiatorun, 14 ədəd vintilin 16-lıq, 1 ədəd shuşhilkanın 80-lik, 2 ədəd suşilka vintilinin 16lıq, 20 ədəd kollektorun, 2 ədəd amerikankanın zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməli qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə öhdəliklər yaranmış, iddiaçı həmin öhdəliklərini lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 500 manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, lizinq obyekti sayılan dəyəri 2650 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 68 ədəd radiator, 14 ədəd vintil 16-lıq, 1 ədəd shuşhilka 80-lik, 2 ədəd suşilka vintili 16-lıq, 20 ədəd kollektor, 2 ədəd amerikanka 25 mmlik zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdehnın qanunsuz sahiblyindən geri alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 06/18/0233 saylı, 19.07.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 500 manat borc, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Lizinq obyekti sayılan dəyəri 2650 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı Senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 68 ədəd radiator, 14 ədəd vintil 16-lıq, 1 ədəd shuşhilka 80-lik, 2 ədəd suşilka vintili 16-lıq, 20 ədəd kollektor, 2 ədəd amerikanka 25 mm-lik zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdehnın qanunsuz sahiblyindən geri alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar