Məhkəmə qərarları › İş №2(009)-1003/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1003/2021

26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1003/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı tərəf Bakı şəhəri 28 saylı Notariat Ofisinin mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz sayılması, mərhum X2ndan miras qalmış, Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, dalan 1, 8 A ünvanında yerləşən fərdi yaşayış evinə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 onun doğma bibisidir, yəni atası X11 doğma bacısıdır. X2 xx.xx.1951-ci ildə Səlyan şəhərində anadan olmuş və xx xxxxxx 2004cü ildə vəfat etmişdir. Bu barədə Bakə şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsindən xx xxxxxx 2004-cü il tarixli, 31 saylı ölüm aktı da verilmişdir. X2 vəfat edənə kimi ünvan 2 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə bibisinin adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixli, «30/4546» saylı qeydiyyat vəsiqəsi də verilmişdir. O, X6 qardaşı oğlu və yeganə vərəsəsi kimi 2020-ci ilin axırlarında miras əmlakın qəbulu üçün aidiyyatı üzrə Bakə şəhəri 28 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinin xx xxxx 2021-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, mərhum X2 vəfat edənə kimi həmin mənzili X9 adında birinə kirayə vermişdir. Bibisi vəfat edəndən sonra ona bildirdilər ki, evi bibisi kirayəçi olan X1. Evin mülkiyyət sənədi olmadığından alqı-satqı rəsmi olmamış, sadəcə öz aralarında qeyri-rəsmi alqı-satqı etmişlər. Onun evin sənədinin olmasından xəbəri olmamışdır, çünki kirayəçi sənədləri ondan gizlətmişdir. O da bunu öyrənəndən sonra kənara çəkilmişdi. Lakin son vaxtlar mənzil barədə kirayəçilər arasında mübahisə yaranmış, hətta aralarında məhkəmə çəkişmələri də olmuşdur. Həmin kirayəçilərdən biri (X14) ona xəbər göndərmişdir ki, mənzili bibin heç kimə satmamış, mənzilin mülkiyyət sənədi də vardır, sadəcə kirayəçi Həsənov Mirzəağa sənədləri ondan gizlətmiş və mənzili bibisindən satın aldığını bildirərək onu aldatmışdır. Bütün bunları öyrənəndən sonra (16 il sonra öyrəndi) mənzilin sənədlərini əldə edib vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etdi və yuxarıda göstərdiyi cavabı aldı. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi onun təqsiri ucbatından olmamışdır və bu hal məhkəmə qaydasında üzürlü sayılaraq müddət bərpa olunmaqla mirasın qəbulu müddəti uzadılmalıdır. Bu səbəbdən də iddiasının təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2021-ci il tarixli məktubla işə onun iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəcinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallaırnda olan xx xxxxxx 2021-ci il tarixli, 199 nömrəlit arayışdan görünür ki, İddiaçı, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1970-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 365 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallaırnda olan xx xxxxxx 2021-ci il tarixli, 05/Q-54/69 nömrəli arayışdan görünür ki, X10 xx xxxxxx 2004-cü ildə ölmüşdür. Bu barədə xx.xx.2004-cü il tarixdə 31 №li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallaırnda olan xx xxxxxx 2021-ci il tarixli, 147 nömrəlit arayışdan görünür ki, X10 xx.xx.1951-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1952-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 3 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallaırnda olan xx xxxxxx 2021-ci il tarixli, 198 nömrəlit arayışdan görünür ki, X12 xx.xx.1950-ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1950-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində 230 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 30/4546 №-li Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 1, ev 8 A X6 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli, 87 nömrəli arayışından görünür ki, mərhumə X10, X9 ilə ölən günə kimi Səlyan yolu dalan 1 fərdi ev 8 A-da qeydiyyatda olublar. X6 vəfatından sonra göstərilən ünvanda X3 ailəsi ilə birlikdə xx.xx.2016-cıilə kimi qeydiyyatsız yaşayıblar. xx.xx.2016-cı ildən isə daimi pasport qeydiyyatındadırlar. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1970-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə olan sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək belə qənaətə gəlir ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmışdır. İddiaçı irəli sürdüyü tələblə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Bununla da, cavabdeh mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəmə iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 1, 8A evdə yaşayan kirayəçi X5 evi alması və evə dair sənədinin olmaması səbəbindən mirası faktiki qəbul edə bilməməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı hər hansı tədbirlər görməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçının mirasın faktiki qəbul etməsinə maneələr olması ilə bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar