Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1017/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin “Cavabdeh” İB-nin nümayəndəsi P.A.Əliyevin iştirakları ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın ləğvi, akta əsasən hesablanmış borcun silinməsi və borca görə ödənilən məbləğdən tutulan pul vəsaitlərinin hesaba qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın ləğvi, akta əsasən hesablanmış borcun silinməsi və borca görə ödənilən məbləğdən tutulan pul vəsaitlərinin hesaba qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, “xxxxxxx” MTK, bina 5, mənzil 33 onun mülkiyyətindədir. xx.xx.2018ci il tarixdə “Cavabdeh” İB ilə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən yaşadıqları ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəmişdir. Bundan bir müddət sonra onu məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt tərtib edilərək dəymiş zərərin hesablanılması barədə tələb irəli sürülmüşdür. Həmin akta sasən guya təbii qazdan qeydiyyatsız istifadə etməsi müəyyən edilmiş və 8424 kv.m., 1684,80 manat məbləğində zərər hesablanmışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və hər hansı bir kənar qaz xətti quraşdırılmamışdır. Bu “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən çəkilən fotoşəkildən də aydın görünür. Bundan əlavə mülkiyyətində olan mənzilin təmir işləri görülüb qurtardıqdan və həmin mənzildə yaşamağa başladıqdan dərhal sonra, tərəfindən “Cavabdeh” İB-nin qaynar xəttinə dəfələrlə müraciət olunmuşdur ki, gəlib sayğacı quraşdırsınlar. Bu günədək o, hüquqlarından xəbərsiz olduğuna görə nə edəcəyini bilməmişdir. Mütəmadi olaraq ailə üzvlərinin qaz təchizatından məhrum olmaması üçün qaz hesabına ödənişlər etmişdir. Ödənişlər əsasında borca görə yönələn tutma məbləğləri də hesabına geri qaytarılmalıdır. Belə ki, ödədiyi 560 manat məbləğin 50% hissəsi borca görə tutulmuşdur. Ümumilikdə borca görə ödədiyi vəsaitlərdən tutulma 280 manat təşkil edir. Həmin məbləğ də əsassız olaraq ondan tutulduğu üçün hesabına geri qaytarılmalıdır. “Cavabdeh” İB əsassız olaraq onu təbii qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq naməlum üsulla hesabladığı mövcud olmadan borcun ona ödətdirilməsinə çalışır. Bundan başqa, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh” İB tərəfindən yaşadığı ünvanın qaz sayğacı üzrə abonent hesabına (abonent kodu: **********00330) tərtib edilmiş aktların ləğv edilməsi, qaz hesablama akt əsasında əsassız olaraq hesablanmış 1684,80 manat borcun silinməsi, qaz hesabına iddiaçı tərəfindən ödənilən ödənişlərə əsasən qanunsuz olaraq tərtib edilmiş borca görə ödənişlərin 50% hissəsi olan tutulmuş 280 manat pul vəsaitinin **********00330 saylı abonent kodu üzrə hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İdidaçının nümayəndəsi həmçinin göstərmişdir ki, sayğac iddiaçının mənzilinin eyvanında quraşdırılmış ,əlavə xət olsa da, ondan istifadə edilməmişdir. Dəfələrlə cavabdeh təşkilata müraciət olunsa da, onlar bu halları aradan qaldırmamışlar. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qaz sayğaclarının mütəmadi yoxlanılması “Cavabdeh” İB-nin əməkdaşlarının səlahiyyətlərinə aiddir. İddiaçının mülkiyyətində olan evin eyvanında yerləşən sayğaca baxış keçirilməsi məqsədilə ora daxil olarkən kənar xəttin mövcud olması aşkara çıxarılmış və müvafiq hesabatlarla itirilmiş qazın bərpası üçün müvafiq olaraq 8420 kub metr müəyyən edilmişdir. Bu isə 1684,80 manat təşkil etmişdir. Güzəşt kimi borc iddiaçının kartına keçirilmişdir ki, hissə-hissə ödəniş olunsun və hal-hazıra kimi 557 manat ödənilib, ödənilməmiş borc isə 1431 anat təşkil edir. Qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə “Paylayıcı” qismində “Cavabdeh” İB-nin RQSD-nin rəisi X2 ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 84451 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı Səbail rayonu, Badamdar şosesi, ev 5, mənzil 33 ünvanda yoxlama aparılarkən onun qeydiyyatsız qazdan istifadə etməsi müəyyən edilmişdir. İş üzrə «Cavabdeh” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərardan və hesabdan çıxarışdan görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında sayğacdan kənar qaz xətti aşkar olunması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8424 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 1684,80 manat məbləğində borc yazılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı tərəfindən irəli sürümlüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamış və hər hansı kənar qaz xətti quraşdırılmamışdır. Yaşadığı mənzildə təmir işləri görülüb qurtardıqdan və mənzildə yaşamağa başladıqdan dərhal sonra onun tərəfindən “Cavabdeh” İB-nin qaynar xəttinə dəfələrlə müraciət olunmuş, lakin sayğac quraşdırılmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın ləğv edilməsi, borcun silinməsi qanunsuz olaraq tərtib edilmiş borca görə ödənişlərindən borcun hesabına silinmiş 280 manat pul vəsaitinin abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzilə aid olan qaz sayğacına baxış keçirilərkən onun təbii qazdan qeydiyyatsız istifadə edilməsi halı aşkar olunmuş və bununla bağlı xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən xx.xx.2018-ci il tarixli qərarla iddiaçıya 8424 kub metr əlavə sərfiyyat hesablanaraq 1684,80 manat borc yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş aktda onun qeydiyyatsız təbii qazdan istifadə etməsi faktı müəyyən edilmişdir. Bununla belə həmin akt iddiaçının sayğacdan kənar qazdan istifadə etməsini təsdiq etsə də, həmin aktın qanunsuzluğu ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı həmin kənar xəttin mövcud olmasının fotoşəkillə təsdiq olunması müəyyən edilmişdir. Bu səbəbdən həmin aktın ləğv edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçıya qazın verilməsi alqı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya sanksiya kimi əlavə borc hesablanması və həmin borcun abonentin abunə hesabına (kartına) keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən həyata keçirilə bilər və cərimənin tətbiq edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, cavabdeh «Cavabdeh» İB müvafiq icra hakimiyyəti orqanı olmadığından, onun istehlakçı barəsində hər hansı sanksiya tədbiri tətbiq etməyə hüququ və ixtiyarı yoxdur. Yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə borcun hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Belə səlahiyyət (cərimə tətbiq edilməsi) yuxarıda göstərilən qanuna əsasən yalnız müvafiq icra hakimiyyətinə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh təşkilatın iddiaçıya qazdan qeydiyyatsız istifadə ilə əlaqədar onun abunə hesabında borc kimi yazılmış 1684,80 manat borcun silinməsi hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə izah edir ki, cavabdeh itirilmiş qazın bərpası ilə bağlı vurulmuş ziyanın tutulması ilə əlaqədar iddiaçıya qarşı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilən ödənişlərə əsasən cavabdeh tərəfindən tərtib edilmiş borca görə ödənişlərin 50% hssəsinin tutulması ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat iddiaçı tərəfindən hesaba mədaxil edilən pul məbləğinin 50% hissəsinə də öz mülahizəsinə əsasən sanksiya tətbiq etmək səlahiyyəti olmadığından, bununla bağlı tutulmuş pul vəsaiti də iddiaçının hesabına geri qaytarılmalıdır. Lakin borcu görə iddiaçının hesabından silinən pul ödəniş zamanı həyata keçirildiyindən və məhkəmənin hazıda çıxartdığı qətnamənin qanuni qüvvəyə minənədək bu hal davam etdiyindən, həmin hissədə tələb qismən təmin edilməlidir. Yəni iddiaçının hesabından borca görə silinmiş pul məbləği qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun hesabına qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. «Cavabdeh» İB tərəfindən İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 5 saylı evin 33 saylı mənzilinə dair tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında “Cavabdeh” X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixil qərarına əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 8424 kub metr əlavə sərfiyyata görə iddiaçının hesabına (**********00330) yazılmış 1684,80 manat əlavə borc ləğv edilsin. 0169529 saylı, xx.xx.2018-ci il tarixli akt əsasında “Cavabdeh” X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixil qərarının icrası ilə bağlı iddiaçının hesabına mədaxil edilmiş ödənişlərin (pul məbləğlərinin) 50% hissəsinin tətbiq edilmiş əlavə sərfiyyatın hesabına tutulması qanunsuz hesab edilsin və qətnamə qanuni qüvvəsini alanadək tutulmuş həmin pul məbləğləri iddiaçının abonent hesabına (**********00330) geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1017/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1017/2020
11.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver