Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1029/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 ştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunazidd hərəkətlərinin dayandırılması, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, borc məbləğinin silinməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Məlumat üçün bildirir ki, Cavabdeh İB-nin əməkdaşları yaşadığı mənzilə baxış keçirən zaman mənzilin altında qeyri-qanuni qaz xəttinin aşkarlandığı bildirdilər. O isə xətdən istifadə etmədiyinə sadəcə olaraq evin ona qədər həmin xəttin üstündə tikildiyini, həmin xəttin isə ümumiyyətlə ona aid olmadığını bildirdi. Onlar buna baxmayaraq ona cərimə olunacağını bildirdilər. Bundan sonra, yoldaşı İmişli rayonunda işlədiyi üçün İmişli rayonuna köçdülər. O, ayda bir dəfə və iki ayda bir dəfə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzillərinə gələrək təmizlik işləri aparıb yenidən İmişli rayonuna qayıdırdı. 2019-cu ilin sentyabr ayında burada yaşayan qonşuları tərəfindən ona məlumat verildi ki, köhnə sayğaclar dəyişir, əvəzində yeni sayğaclar quraşdırılır. Lakin bununla bağlı Cavabdeh İB tərəfindən ona heç bir məlumat verilməmişdir. Daha sonra, o, yeni sayğac kartını almaq üçün ASAN xidmət mərkəzinə getdiyi zaman orada ona xidmətin əməkdaşı tərəfindən Cavabdeh İB tərəfindən 7289 manat məbləğində cərimələndiyi bildirilmişdir. Belə ki, Cavabdeh İB tərəfindən onun məlumatı və iştirakı olmadan xx.xx.2021-ci i l tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Bunu ərizəsinə əlavə etdiyi sözügedən aktın surəti ilə təsdiq edir. Hesab edir ki, yuxarıda qeyd olunan Cavabdeh İB əməkdaşları tərəfindən tərtib olunmuş akt etibarsız hesab edilməli və cərimə silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və nümayəndəsi və vəkili Vəkil iahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış G-4 markalı 1802AZ**********42 nömrəli sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti (rezin boru) vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və bu barədə akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında Cavabdeh İB-nə 2764 manat zərər dəymişdir. İddiaçının yaşadığı evə yerli baxış zamanı da qaz xəttinə qanunsuz qoşulmuş rezin borunun iddiaçıya məxsus evin altına getdiyi müəyyən olunmuşdur. Ona görə də, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən Şəhla Hüsenynova barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent mənzilində təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olundu. Bu səbəbdən istehlakçıya dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 27648 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AKX-01538xx/xx-2019 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddia tələbindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış G-4 markalı 1802AZ**********42 nömrəli sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti (rezin boru) vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və bu barədə xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir və həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya 27648 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyriqanuni şəkildə təbii qazı talaması faktlarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehin ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, N.Quliyev küçəsi, ev 2-nin sayğacı evin yanında quraşdırılmışdır. Mübahisə olunan qanunsuz qoşulma həmin evin arxa hissəsində yerləşir. Belə ki, qaza qanunsuz qoşulma Cavabdeh əməkdaşları tərəfindən aşkarlanmış və üzərinə bolt keçirilərək bağlanmışdır. Qaz xəttinə əvvəllər qanunsuz qoşulmuş rezin borunun bir tərəfi həmin evin arxasında olan qalın boruların altında qalmışdır və həmin rezin borunun iddiaçıya məxsus evə daxil olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı yerli müayinə zamanı aşkarlanmamışdır. Məhkəmə itirilmiş qazın bərpası ilə bağlı iddiaçıya hesablanmış borcla bağlı qeyd edir ki, həmin borc da əsassız hesablanmışdır. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi iddiaçı təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. SOCAR-ın xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalar isə normativ hüquqi akt olmadığından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığından, həmin Qaydalara istinad edərək hər hansı cərimənin hesablanması qanuni hesab edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat normativ hüquqi akt hesab olunmayan Qaydalar əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt da qanuni hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin akt istehlakçının iştirakı olmadan tərtib edilmiş və aktda abonentin aktı imzalamaqdan imtina edilməsi barədə qeyd olsa da, bu imtina hər hansı hal şahidinin iştirakı ilə təsdiq olunmur. Həmin akt isə göründüyü kimi sayğacın laboratoriya müayinəsinin nəticəsi kimi tərtib edilmişdir. Məkəmə qeyd edir ki, iddiaçıya aid olan köhnə qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra, köhnə sayğacın müvafiq tələblərə uyğun olaraq laboratoriyaya göndərilməsi təmin edilməmişdir. Yəni həmin sayğacın xüsusi şəkildə qablaşdırılması, laboratoriyaya təhvil verilərkən sayğaca baxışın keçirilməsində istehlakçının iştirakının təmin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sayğacda aşkar edilmiş nöqsanların mötəbərliyi şübhəli olduğu üçün, həmin nöqsanlara görə istehlakçı barəsində tərtib edilmiş akt da mötəbər ola bilməz. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş qazın bərpası üçün hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvana dair Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* №-li akt etibarsız hesab edilsin, itirilmiş qazın bərpası üçün hesablanmış borc silinsin və aktdan irəli gələn bütün hüquqi nəticələr ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1029/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1029/2022
20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver