Məhkəmə qərarları › İş №2(009)-1030/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1030/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1030/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili A.N.Heydarovun, Cavabdeh “X4 Mərkəzi” MMC-nin etibarnamə əsasında nümayəndəsi T.A.Dadaşovun iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB-nın ləğvedicisi X2,“X4 Mərkəzi” MMC-yə, Səbail rayon icra və probasiya şöbəsinə qarşı təkrar hərracın qanunsuz hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB-nın ləğvedicisi X2,“X4 Mərkəzi” MMC-yə, Səbail rayon icra və probasiya şöbəsinə qarşı təkrar hərracın qanunsuz hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-93/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı və İddiaçı3 müştərək qaydada “xxxxxxxxxxxxx” KB QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə 112975,69 manat əsas, 21315,53 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin, cəmi 134.352,22 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 144.500 manat müəyyən edilməklə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m.yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 15 saylı mənzilinə və ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğində artıq olarsa, İddiaçı1 və İddiaçı3 qaytarılması, ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m., ümumi 48,8 kv.m.yaşayış, 27.7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 15 saylı mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı, X10, X13 tərəfindən boşaldılaraq təhvil verilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmeti olan İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi satıldıqdan sonra boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3235/2018 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)- 93/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin iddia tələbinin faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilməsi,ipoteka predmeti olan İddiaçı1 məxsus mənzilin ilkin satış dəyərinin 176.316 manat və ipoteka predmeti olan İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin 73.840 manat müəyyən edilməsi, cavabdehlər İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı və İddiaçı3 müştərək qaydada iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin (ləğv prosesində olan) xeyrinə 16.159,95 manat faiz borcunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1789/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3235/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Səbail rayon Məhkəməsinin 2(009)-478/2019 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxx” KB QSC-nin iddia tələbinin qismən təmin edilməsi, “xxxxxxxxxxxxx” KB QSC ilə Saarbəyova Töhfə Kazım qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00G356/15 No-li Kredit Müqaviləsi üzrə yaranmış 84.614,79 ABŞ dolları əsas, 8.673,02 ABŞ dolları hesablanmış faiz, 10 ABŞ dolları dəbbə pulu, cəmi 93.297,81 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdehlər Saarbəyova Töhfə Kazım qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin hesabına köçürülməsi, ödəmənin “xxxxxxxxxxxxx” KB QSC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/356/15 saylı İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 160.000,0 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxxxxxxxxxxx” KB QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı2 verilməsi, ipoteka predmeti olan Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması, “xxxxxxxxxxxxx” KB QSC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin 20 manat hissəsi, eyni zamanda ipoteka bildirişinin qeydə alınması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Saarbəyova Töhfə Kazım qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin hesabına köçürülməsi, ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 15 manat hissəsinin “xxxxxxxxxxxxx” KB QSCdən, 35 manat hissəsinin isə cavabdehlər T.İddiaçı2dan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 21005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, “X15” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 70 manat hissəsinin “xxxxxxxxxxxxx” KB QSC-dən, 130 manat məbləğində hissəsinin isə cavabdehlər Saarbəyova Töhfə Kazım qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub “X15” MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ69ATAZ********************; BANK: “Ata Bank” Dostluq filialı, VÖEN: **********; Müxbir hesab: AZ50NABZ********************; KOD: 512811; SWİFT: ATAZAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi özünün xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi olan X1 apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 2(009)-478/2019 saylı, xx.xx.2017-ci il atrixli qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması, cavabdehlərin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi rayonu, nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 174.000 manat müəyyən edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası özünün xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin hər iki qətnaməsi icraya yönəldilmiş və hər iki icra vərəqəsi üzrə Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərində göstərilən əmlakların hərrac yolu ilə satışının təmin olunması üçün xx.xx.2019-cu il tarixli sifariş məktubları ilə “X4 Mərkəzi” MMC-yə müraciət olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubları xx.xx.2019-cu il tarixdə “X4 Mərkəzi” MMC-yə daxil olmuşdur. “X4 Mərkəzi” MMC Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin sifariş məktubları əsasında sifarişdə göstərilmiş əmlakların açıq hərrac yolu ilə satılması üçün xx.xx.2019-cu il tarixli 1200 və 1201 nömrəli bildirişlərlə sifarişçiyə, tərəbkara və borclulara məlumat verilmiş, “Birja yenilikləri” və “Market” qəzetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində LOT 639/19 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 176.316 manat, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin 73.840 manata, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi, 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manat olmaqla açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2020-ci il tarixdə, saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza,3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə həmin əmlaklar üzrə keçirilən açıq hərracda alıcı olmadığına görə “İpoteka haqqında” Qanununun tələbinə əsasən qeyd edilən əmlaklar barədə xx.xx.2020-ci il tarixli 21 və 22 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara məlumat verilmiş, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 149.868 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin 62.763 manat, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 147.900 manat olmaqla təkrar hərraca çıxarıldığı və təkrar hərracın xx.xx.2020-ci il tarixdə, saat 12.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə təkrar hərrac keçirilmiş lakin, həmin əmlaklarla alıcı olmamışdır. “X4 Mərkəzi” MMC-yə məxsus olan ***-***-**-** nömrəli telefona xx.xx.2020-ci il tarixdə gününün ikinci yarısı zəng vurularaq hərracın nəticəsi barədə məlumat əldə etmək istədikdə deyilmişdir ki, həmin lotlar üzrə əmlaklara alıcı olmadığı üçün əmlaklar banka təklif olunacaqdır. Lakin, bundan sonra “X4 Mərkəzi” MMC “İpoteka haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq, xx.xx.2020-ci il tarixli məktublarla (hansı ki, guya həmin məktub xx.xx.2020-ci il tarixli hərracın bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. Borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əmlaklara baxış keçirtməyə şərait yaradılmasını xahiş etmişlər. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla “X4 Mərkəzi” MMC-nin müraciətinə cavab olaraq bildirilmişdir ki, 50/1 nömrəli, xx.xx.2020-ci il tarixli və 49/1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubları şöbəyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məktublar daxil olduqdan sonra borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Bundan sonra “X4 Mərkəzi” MMC növbəti qanunsuzluğa əl ataraq üçüncü dəfə hərrac keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 139 və 140 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara üçüncü dəfə məlumat verilmiş, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 159.868 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 62.764 manat, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 147.900 manat olmaqla təkrar hərraca (təkrar hərrac dedikdə üçüncü dəfə keçirilmiş hərrac) çıxarıldığı və təkrar hərracın xx.xx.2020-ci il tarixdə, saat 12.00-da Bak şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə üçüncü dəfə təkrar hərrac adı ilə hərrac keçirilmiş, lakin yenə də həmin əmlaklara alıcı olmamışdır. Bundan sonra “X4 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixli 216 və 217 nömrəli məktublarla ipoteka predmetinin alqısatqısı üçün müqavilə bağlanması barədə ƏSF LPO “xxxxxxxxxxxxx” ASC-yə təklif göndərmiş və həmin təklifdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixədək əmlakların alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. ”X4 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar adı altında üçüncü dəfə hərracın keçirilməsi qanunsuz olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında imperativ şəkildə qeyd olunmuşdur ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “X4 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixli məktublarda (hansı ki, guya həmin məktub xx.xx.2020-ci il tarixli məktubdan bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsi müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əvvəla “X6 Mərkəzi” MMC tərəfindən göndərilən məktublar Mega Post Service sürətli poçt xidməti tərəfindən göndərilmişdir və həmin məktublara diqqət yetirdikdə göndərilən poçtların maksimum 3 gün ərzində tərəflərə çatdırıldığı aydın olur. Necə olur ki, xx.xx.2020-ci il tarixli məktub icra şöbəsinə bir həftə sonra, yəni xx.xx.2020-ci il tarixdə daxil olur. Bunun bir izahı var. “X6 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixdən sonra, yəni təkrar hərracdan sonra, qeyd edilən məktubu göndərmişdir. Hansı ki, həmin tarixdə həracın baş tutmadığı və banka təklif olunacağı telefon vasitəsilə bildirilmişdir. Lakin, üçüncü dəfə keçirilən hərraca hüquqi don geyindirməkdən ötrü xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir. İkincisi, hər iki məktubda borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salındığı göstərilmişdir. İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin mülkiyyətçisidir. Digər əmlakların mülkiyyətçiləri İddiaçı2 və İddiaçı3dır. Belə olan halda əgər İddiaçı1 tərəfindən öz mülkiyyətində olan əmlaka baxış keçirilməsinə maneə yaradılmışdısa (hansı ki, heç bir maneənin olmadığı İcra Şöbəsinin məktubu ilə də təkzib olunur), onda digər əmlaklarla bağlı hansı əsasla yenə də İddiaçı1 maneə yaratdığı göstərilmişdir. Bunun tək bir izahı var. belə ki, həqiqətən də xx.xx.2020-ci il tarixdə “X4 mərkəzi” MMC tərəfindən təkrar hərrac keçirilmiş və həmin hərracda ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-nin də nümayəndəsi iştirak etmişdir. Lakin, qeyd edilən tarixdə hərrac baş tutmadığına görə və 30 gün müddətində bank həmin əmlakı almaq üçün kiayət qədər maliyyə vəsaitinə malik olmadığına görə belə bir qanunsuzluğa əl atılmış və bankın həmin əmlakıalması üçün hərracın üçüncü dəfə keçirilməsi razılaşdırılmışdır və ƏSF LPO “xxxxxxxxxxxxx” QSC hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından kifayət qədər məlumatlı olmuşdur. Digər bir qanunsuz məqam ondan ibarətdir ki, hərracı keçirən təşkilat “İpoteka haqqında” Qanunun tələbinə uyğun olaraq birinci hərracın keçirildiyi gündən 20 gün gec olmayaraq, təkrar hərracı xx xxxxxx 2020-ci il tarixə təyin etmiş və həmin tarixə hərracı keçirmişdir. Qanunvericilikdə hərracın təxirə salınması anlayışı olmadığı halda həmin təşkilata nəyə əsasən və müddəti hansı qaydada hesablamaqla üçüncü hərracı xx.xx.2020-ci il tarixinə təyin etmişdir. Hərracı keçirən təşkilat olan “X4 Mərkəzi” MMC-nin elektron saytı olan http://herracmerkezi.az/taekrar sayta nəzər saldıqda həmin saytda olan təkrar hərraca çıxarılan əmlakların xx.xx.2020-ci il tarixli siyahısına baxdıqda qeyd edilən əmlakların məhz qeyd edilən tarixdə təkrar hərracının keçirildiyi müəyyən olunur və həmin əmlaklar barəsində növbəti üçüncü hərrac barədə xx.xx.2020-ci il tarixə hər hansı məlumat mövcud deyildir. Qeyd edilən qanunsuzluqlar ipoteka qoyulanların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. İpoteka predmeti olan əmldaklar birinci və təkrar hərraclarda çatılmadığından və təkrar hərracdan, yəni xx.xx.2020-ci il tarixdə keçirilən hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m.yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili X11 AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayoun, Nizami küçəsində yerləşən 77/9 saylı qeyri-yaşayış sahəsinin ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə satılması haqqında xx xxxx 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokolların və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə hərracdan sonra hərrac mərkəzi ilə əlaqə saxlamış, ona bildirmişlər ki, təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetləri tələbkara təklif ediləcəkdir. Bu barədə hətta onun səs yazısı da var. Hesab edir ki, 3-cü hərrac tələbkarla hərrac təşkilatının qanunsuz razılaşması əsasında keçirilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “X4 Mərkəzi” MMC-nin etibarnamə əsasında nümayəndsi X9 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hərrac qanuni əsaslarla keçirilmiş, tərəflər hərracın keçirilməsi barədə məlumatlandırılmış, müvafiq bildirişlər göndərilmiş, mətbu orqanda məlumat dərc edilmişdir. Təkrar xx.xx.2020-ci il tarixə təyin edilsə də, real alıcı olan şəxs ipoteka predmetinə baxa bilmədiyi və buna mane olunduğu üçün həmin tarixdən təkrar hərrac xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. İcra qurumunun onlara ünvanlandığı məktuba əsasən hərracın keçirilməsi davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən hərrac baş tutmadığı üçün tələbkara əmlaklar təklif olunmuş və müvafiq protokollar tərtib edilmişdir. Bank bir ay müddətində həmin əmlakları almışdır. Bu proseduralarda hər hansı qanun pozuntusu olmadığı üçün cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabehlər ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nın və Səbail rayon icra və probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3235/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, “xxxxxxxxxxxxx” KB QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı və İddiaçı3 müştərək qaydada 112.975,69 manat əsas borc, 16.159,95 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğ, cəmi 129.596,64 manat məbləğində pul iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilə və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahəbən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməli, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilin ilkin satış qiyməti 176.316 manat və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 73.840 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, əmlakın satışından əldə olunan vəsait hesabına, ümumilikdə 129,596,64 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxx” KB QSC-yə (ləğv prosesində olan) ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğindən artıq olarsa, İddiaçı1 və İddiaçı3 qaytarılmalı, ipoteka predmeti olan mənziliy satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı, X10, X13 tərəfindən boşaldılaraq təhvil verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar, ipoteka predmeti olan İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsiyby satıldıqdan sonra boşaldılması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7540/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, “xxxxxxxxxxxxx” KB QSC ilə Saarbəyova Töhfə Kazım qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/356/15 No-li kredit Müqaviləsi üzrə yaranmış 84.614,79 ABŞ dolları əsas, 8.673,02 ABŞ dolları hesablanmış faiz, 10 ABŞ dolları dəbbə pulu, cəmi 93.297,81 ABŞ dolları məbləğinin cavabdehlər Saarbəyova Töhfə Kazım qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin hesabına köçürülməli, ödəmə “xxxxxxxxxxxxx” KB QSC (ipotea saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00G356G15 No-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manat müəyyən edilməli, qeyri-yaşayış sahəsi həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxxxxxxxxxxx” KB QSC-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh İddiaçı2 verilməli, ipoteka predmeti olan Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. İş üzrə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X4 Mərkəzi” MMC-yə, İddiaçı1, Saarbəyova Töhfə Kazım qızına, İddiaçı2, QSC “xxxxxxxxxxxxx” KB-yə ünvanlanmış xx.xx.2019cu il tarixli məktubların kserosurətlərindən görünür ki, İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin, İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinin, İddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satışının keçirilməsi barədə sifariş göndərilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə, borclular İddiaçı1, Saarbəyova Töhfə Kazım qızına, X7, X12, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2019-cu il tarixli 1200 saylı və 1201 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı və 97541/19-16-15 6839 saylı xx.xx.2019-cu il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin ilkin satış qiyməti 176.316 manata satılması ilə bağlı,Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 73.840 manata satılması ilə bağlı, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,77/9 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə, borclular İddiaçı1, Saarbəyova Töhfə Kazım qızına, X7, X12, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2020-ci il tarixli 21 saylı və 22 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı və 97541/19-16-15 6839 saylı xx.xx.2019-cu il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin satış qiyməti 149.868 manata satılması ilə bağlı, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 62.764 manata satılması ilə bağlı, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,77/9 saylı ünvanında yerləşən 52,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 147.900 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə və ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə ünvanlanmış 49/1 saylı və 50/1 saylı xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən ümumi sahəsi 52,9 kv.m. ibarət qeyri-yaşayış sahəsinə baxış keçirib alıcı olmaq istəyən olduğuna görə borcu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınmışdır. Əmlaklara baxış keçirtməyə şərait yadarılmasını xahiş edilmişdir. İş üzrə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubundan görünür ki, borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə, borclular İddiaçı1, Saarbəyova Töhfə Kazım qızına, X7, X12, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2020-ci il tarixli 139 saylı və 140 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 97541/xx-xx-15691 saylı və 97541/19-16-15 15691 saylı xx.xx.2020-ci il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin satış qiyməti 149.868 manata satılması ilə bağlı,Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 62.764 manata satılması ilə bağlı, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,77/9 saylı ünvanında yerləşən 52,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 147.900 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-35 No-li, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7540/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 97541/xx-xx-156839 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 77/9 nömrəli evi ilkin satış qiyməti 174.000 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 110.925 manata ipoteka saxlayan “LPO “xxxxxxxxxxxxx” QSC KB-yə satılmışdır. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-36 No-li, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3235/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 73.840 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 47073 manata ipoteka saxlayan “LPO “xxxxxxxxxxxxx” QSC KB-yə satılmışdır. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-36/1 No-li, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3235/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzili ilkin satış qiyməti 176.316 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 112.402 manata ipoteka saxlayan “LPO “xxxxxxxxxxxxx” QSC KB-yə satılmışdır. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən ƏSF LPO “xxxxxxxxxxxxx” QSC-yə ünvanlanmış 216 saylı və 217 saylı xx.xx.2020-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə təkliflərinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 174.000 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsinin alıcısı olmadığı üçün təkrar hərracda 110.925 manata almaq üçün, İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzili ilkin satış qiyməti 176.316 manata hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığı üçün təkrar hərracda 112.402 manata almaq üçün, İddiaçı3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 73.840 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsinin alıcısı olmadığı üçün təkrar hərracda 47.073 manata almaq üçün LPO “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X2 təklif olunmuşdur. xx.xx.2020-ci il tarixədək əmlaklar qəbul edilmədiyi halda sifarişçi icra şöbəsinə qeri qaytarılması bildirilmişdir. İş üzrə LPO “xxxxxxxxxxxxx” QSC KB tərəfindən “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarına əsasən ipoteka predmeti olan təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən 52,9 kv.m. qeyri-yaşayış sahəsinin 110.925 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 ünvanında 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 47.073 manata, Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilinin 112.401,45 manat LPO “xxxxxxxxxxxxx” QSC KB tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin LPO “xxxxxxxxxxxxx” QSC KB-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3235/2018 saylı qətnaməsi ilə “xxxxxxxxxxxxx” KB QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı1, Saarbəyova Töhfə Kazım qızı və İddiaçı3 müştərək qaydada cəmi 129.596,64 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilə və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahəbən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlakların satışından əldə olunan vəsait hesabına bankın borcunun ödənilməsi, həmin əmlaklar satıldıqdan sonra onların boşaldılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7540/2018 saylı qətnaməsi ilə “xxxxxxxxxxxxx” KB QSC ilə Saarbəyova Töhfə Kazım qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/356/15 No-li kredit Müqaviləsi üzrə yaranmış cəmi 93.297,81 ABŞ dolları məbləğinin cavabdehlər Saarbəyova Töhfə Kazım qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxxx” KB QSC-nin hesabına köçürülməsi, tutmanın İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-cı il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamələrin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən “X5 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. Lakin iddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli əmlakların alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracın xx.xx.2020-ci il tarixdə keçirilməsi təyin olunduqdan sonra “X4 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsinə və Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X2 (bundan sonra ƏSF LPO “xxxxxxxxxxxx” QSC) hərraca çıxarılan əmlakların alıcısı olduğu üçün, lakin İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salınması barədə məlumat vermiş və əmlaklara baxış keçirtməyə şərait yadarılmasını xahiş olunmuşdur. Lakin Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubda göstərilmişdir ki, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmır və istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razıdır. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə ikinci dəfə təkrar hərracın xx.xx.2020-ci il tarixdə keçirilməsi ilə bağlı tərəflərə (ipoteka qoyanlara və ipoteka saxlayana) bildiriş göndərilmişdir. Məhkəmə qeyd edir ki, hərrac mərkəzi təkrar hərracı təxirə salmaqla və yenidən təkrar hərrac təyin etməklə qanunun tələblərini pozmuşdur. «İpoteka haqqında» AR Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.7-ci maddəsiən əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8-cı maddəsiən əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü ilkin hərrac baş tutmadıqda hərrac mərkəzi tərəfindən təkrar hərrac təyin edilir. Təkrar hərrac iki nəfərdən az alıcı gəlməsi halı istisna olmaqla, baş tutmamadıqda, ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə alması hüququ yaranır. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2020-ci il tarixdə keçirilən təkrar hərrac o əsasla baş tutmaış elan edilmişdir ki, ipoteka predmetini almaq istəyən şəxslər ipoteka predmetinə baxış keçirmək istəmiş, lakin əmlak sahibləri buna imkan verməmişlər. Bu səbəbdən də təkrar hərrac təxirə salınmış və xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Qanunun 42.1-ci maddəsindən isə görünür ki, hərracda alıcı statusu o şəxs əldə edir ki, o hərracda iştirak etmək niyyətini bildirmiş olsun və hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəsin. Beh ödəməmiş şəxs hərracın iştirakçısı hesab olunmur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hərrac təşkilatı təkrar hərracı alıcının olması və alıcının əmlaka baxış keçirmək imkanının yaradılması əsası ilə təxirə salsa da, bunu qanunsuz etmişdir. Belə ki, qanunun tələbinə əsasən hərracda iştirak etmək statusu o şəxs əldə edir ki, o hərracda iştirak etmək üçün beh ödəsin. Lakin göründüyü kimi əmlaka baxış keçirmək və onu əldə etmək istəyən şəxs hərracda iştirak etmək üçün hər hansı beh ödəməmiş və hərrac təşkilatı buna baxmayaraq onu alıcı kimi qəbul edərək təkrar hərracı təxirə salmışdır. Belə olan halda əgər hərracda iştirak etmək üçün qanunda nəzərdə tutulmuş prosedur pozulmuşdursa, yəni iştirakçı tərəfindən beh ödənilməmişdirsə, bu halda təkrar hərrac baş tutmamış hesab edilir və belə olan halda təkrar hərracın yenidən keçirilməsi qanunla yolverilməzidir. Digər tərəfdən qanunun tələbinə əsasən əgər təkrar hərracda bir iştirakçı olursa, bu halda hərrac baş tutmuş hesab edilir və həmin şəxs qalib elan olunur. Lakin göründüyü kimi hərrac mərkəzi tərəfindən həracda iştirak etmək istəyən şəxs qanuna müvafiq qaydada qeydiyyata alınmamış və hərrac mərkəzi tərəfindən alıcı qismində qəbul edilərək bu əsasla təkrar hərrac təxirə salınmışdır. Halbuki qanunda belə prosedur ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hərracda iştirak etmək arzusunda olan şəxs hərraca çıxarılan əmlaka, hərrac keçirilən günə qədər baxış keçirməli və həmin əmlakı əldə edilməsi ilə bağlı hərrac təşkilatına beh ödəməlidir. Hərracın iştirakçısı olmaq arzusunda olan şəxsin əmlakı əldə etmək istəyinin hərrac təşkilatına bildirməsi və sonuncunun həmin istəyi nəzərə alaraq təkrar hərracı təxirə salması qanunla nəzərdə tutulmamışdır. “İpoteka haqqında” AR Qanununun 43.1-ci maddəsində hərracın baş tutmamış elan edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslardan da biri hərracda iştirakçıların olmamasıdır. “İpoteka haqqında” AR Qanununun 43.4-43.8 və 48-ci madələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” AR qanununun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu qanunun 42-cmaddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrindən nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. belə ki, Qanunun 43.6-cı maddəsinəə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qabili olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi Qanuna zidd hesab edilmişdir. Məhkəmə hesab edir ki, hərrac mərkəzi təkrar hərracı yuxarıda qeyd edilən əsaslarla təxirə salmaqda və təkrar hərracı yenidən keçirməklə “İpoteka haqqında” AR Qanununun tələblərini pozmuşdur. “İpoteka haqqında” AR Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilən Məcəllənin 416.2-cı maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən mübahisəli ipoteka predmetlərinə dair hərrac keçirilərkən “İpoteka haqqında” AR Qanununun və AR Mülki Məcəllənin tələblərini pozulduğu üçün həmin hərrac etibarsız hesab edilməlidir. Hərrac etibarsız hesab olunduğu üçün həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən hərrac baş tutmamış elan olunduğu üçün hərracın nəticələri haqqında Y-35, Y- 36 və Y-36/1 saylı protokollar tərtib edilmiş və ipoteka predmeti olan əmlaklar “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən LPO “xxxxxxxxxxxxx” QSC-yə satılmışdır. Məhkəmə ipoteka predmetləri olan əmlakların ipotekadan azad edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları sırasında Qanunun 43.8-ci maddəsinin “ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə” müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır. “İpoteka haqqında” AR Qanununun 43.4-43.8 və 48-ci madələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən

1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstiutsiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən məhkəmə hesab edir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra (xx.xx.2020-ci il), ipoteka saxlayanın həmin əmlakı 30 gün ərzində əldə etmək hüququ var. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, təkrar hərrac (xx.xx.2002-ci il tarixdə keçirilən hərrac təkrar hərrac hesab olunur. Üçüncü hərrac təkrar hərrac hesab olunmadığı üçün xx.xx.2020-ci il tarixdə keçirilən hərrac, təkrar hərrac hesab edilmir) baş tutmamış elan edildikdən ipoteka saxlayan 30 gün ərzində ipoteka predmetlərini əldə etmədiyindən, iddiaçılar ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürməkdə tam haqlı olmuşlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetlərinə xitam verilməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərrac qanunsuz hesab edilməklə etibarsız hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən, sahəsi 52,9 kv.m olan 77/9 saylı qeyri-yaşayış sahəsinin Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-yə satılması haqqında xx xxxx 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokollar və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar