Məhkəmə qərarları › İş №2(009)-1031/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1031/2024

31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1031/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mənə təbii qaza görə əsassız hesablanmış 1873,94 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: qaz borcu yaranmış kimi göstərilmiş Bakı şəhəri, Səbail rayonu 1 ci yaşayış massivində 2020-ci il tarixədək mərhum oğlu X3 yaşamışdır. Oğlu 4-cü X1 medal mükafatçısı, 2 qat Avropa çempionu və Dünya Çempionu titullarına layiq görülmüş, dəfələrlə ölkə başçısı cənab X5 görüşmüşdür. Oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən həmin evdə yaşayış olmamışdır. Belə ki, o, öz ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunda yaşamaqla müəllim işləmişdir. 2023-cü ildə digər övladı Bakı şəhərində ali məktəbə qəbul oldunduğu üçün onu tək buraxmamaq məqsədilə onlar ailə olaraq Bakı şəhəri Səbail rayonu, 1-ci yaşayış sahəsi massivindəki evə köçdülər. Həmin evin qaz sayğacı isə evin hasarının çöl tərəfində olmuşdur. 2023-cü ili aprel ayında qaz sayğacı müayinə olunan zaman nasaz olduğu və sərfiyyatı göstərmədiyi müəyyən olundu. Hətta həmin vaxt onun sayğac üzərində istifadə etmədiyi 196 kub qaz mövcud idi. Buna baxmayaraq yenilənən sayğac üzərində 1526,20 manat borc göstərdi. Bununla bağlı narazılığı bildirdikdə isə texniki problem olduğunu bildirdilər. Lakin həmin problem hazıradək düzəlməmişdir. Bu isə onu hədsiz dərəcədə narahat edir. Onun tərəfindən heç vaxt sayğaca heç bir müdaxilə edilməmişdir. Bu hal əməkdaşlara da məlumdur. Lakn buna baxmayaraq bu problem öz həllini onlar tərəfindən tapmadığından o, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əsassız yaranmış borcun məcburən ondan tələb olunmasını qəbul etmir. Bundan başqa, onunla cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Sayğacına müdaxilə olunmadığı halda və ya həmin müdaxilənin onun tərəfindən olunması sübut olunmadığı halda əsassız borc yaranmışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bu maddənin tələbinə əsasən haqlı olaraq bildirir ki, sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. Çünki o, fiziki şəxsdir. Bundan başqa həmin sayğac nə onun həyətində, nə də evində quraşdırılmışdır, habelə cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan ona borc hesablamışdır. Etirazın dəlilləri: İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********05640 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1602AZ**********18 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5- 4425-1 Akta əsasən “sayğacın klapanı sınıqdır, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün qapağı alt hissədən sınıqdır, hesablayıcı mexanizm keçən qazın həcmini qeyd etmir, qaz itiksii, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Bildirir ki, iddiaçının ödənilməmiş 2023-cü ilin aprel-dekabr ayları üzrə 356,92 manat sərfiyyat borcu və limitdən əlavə 28,88 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar- mart ayları üzrə 351 manat sərfiyyat borcu və limitdən əlavə 29,20 manat sərfiyyat borcu, cəmi 766 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin aprel ayından 2024-cü ilin mart ayına qədər cavabdeh 345,70 manat məbləğində ödəniş etmişdir. Belə, ki iddiaçının Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun DEBİTOR BORCU hazırda Abonentin saldosu üzrə ümumi 420,30 manat mövcuddur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********05640 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh nümayəndəsi mülki iş üzrə etirazı və onun əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdikkərini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini mülki işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında Aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu 1-ci yaşayış massivi ünvanında istehlakçı İddiaçı istifadəsində olan “sayğac işləmir və sərfiyyatı qeyd etmir”. - Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən tərtib olunmuş 31 may 2024cü il tarixli, MSK-14-2-2/3-5-4425-1 nömrəli “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktdan görünür ki, "Azəriqaz” İB-nin 14-2-2/3-5-4425 saylı, 22 aprel 2023-cil il tarixli telefonoqramına əsasən 22 aprel 2023-cü il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1602AZ**********18 nömrəsi qeyd olunan G4 markalı İtron tipli (Smart Payment) tipli qaz sayğacı 31 may 2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. Baxış zamanı müəyyən olunmuşdur ki, Sayğacın klapanı sınıqdır. Sayğac mənfiyə işləyib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilə bilmədi. Sayğac istismara yararsızdır. - Dəymiş ziyanin bərpasına 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X4nın tələblərinə zidd olaraq sayğac təbii qaz sərfini qeyd etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilməlidir. Qaz sayğacının maxsimal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. - Cavabdeh İB tərəfindən verilmiş **********05640 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il dekabr ayına qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1873.94 manat borc hesablanmışdır. 2023-cü ilin aprel-dekabr ayları üzrə 356,92 manat sərfiyyat borcu və limitdən əlavə 28,88 manat sərfiyyat borcu, 2024-cü il üzrə 2381 m3 qaz sərfiyyatına görə 351 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan yaşadığı Bakı şəhəri Səbail rayonu, 1-ci yaşayiş massivi ünvanına dair xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən sayğacın işləməməsi və sərfiyyatı qeyd etməməsi əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş abonent kartında göstərilən cərimə məbləğindən aydın olur ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1555.20 manat borc hesablanmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. İddiaçı iddia tələbində hesablanmış 1873,94 manat məbləğində borcun silinməsini göstərsə də, iş materialları ilə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1555.20 manat borc hesablandığı müəyyən edilmişdir. Belə ki, istehlakçıya aid saldoya və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmiş və hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Odur ki, iddia qismən təmin edilməli, itirilmiş qaz sərfiyyatının əvəzi olaraq hesablanmış 1555.20 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 35.55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Səbail rayonu, 1-ci yaşayiş massivi ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat İddiaçı- abonent kodu **********05640 saylı abunə hesabından silinməli, 35.55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail rayonu, 1-ci yaşayiş massivi ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat İddiaçıabonent kodu **********05640 saylı abunə hesabından silinsin. 35.55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar