Məhkəmə qərarları › İş №2(009)-1035/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1035/2020

28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1035/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının vəkili Ə.N.Məhərrəmlinin, Cavabdehin “Cavabdeh” İB-nin nümayəndəsi Z.R.Qurbanovun iştirakları ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci il tarixdə “Cavabdeh” İB-nin əməkdaşları yaşadığı ünvana gələrək qaz xəttinə və qaz sayğacına baxış keçirdilər. Bu zaman onlar sayğacın bağlayıcı klapanın işləmədiyini bildirib ******* saylı, xx.xx.2017-ci il tarixli aktı tərtib etdilər. O, isə öz növbəsində problemin onunla heç bir əlaqəsi olmadığını bildirsə də, cavabdehin əməkdaşları onun sözlərinə məhəl qoymadılar. Daha sonra öyrənmişdir ki, o, “Cavabdeh” İB tərəfindən 3385 manat məbləğində cərimə olunmuşdur və onun sayğac kartı blok edilmişdir. Həmin gündən bu günədək onun evinə qaz verilmir. O, isə ona yazılan cərimə ilə razı deyil. Çünki ona aid olmayan bir problemə görə nə üçün o, cərimə ödəməlidir. Daha sonra prosedura uyğun olaraq yeni sayğacı montaj etdikdən sonra, köhnə sayğacı özləri ilə birlikdə apardılar. Köhnə sayğacı öz xidməti avtomobillərinə, bir növ tullayaraq üzərinə də iş alətlərini atdılar. Sonralar məlum oldu ki, həmin sayğac müayinə üçün laboratoriyaya təhvil verilmişdir. Bundan başqa, hesab edir ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək, kənar, yad müdaxilələrdən mühafizə edilərək sözü gedən sayğacın laboratoriyaya qədər hər hansı bir zədə almadan çatdırılmasını təmin etməlidirlər. Bu zaman yenisi ilə əvəz edilən köhnə qaz sayğacı abonentin ünvanındakı kimi, yəni qaz sayğacının əvəz edilərək dəyişdirilməsinə qədər ki vəziyyətdə saxlanılacaqdır. Bundan başqa, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərkən sonrakı mərhələdə, yəni laboratoriyada onun möhürü şəffaflıq nöqteyi nəzərdən abonentin ora dəvət edilməsi yolu ilə onun yanında və onun iştirakı ilə açılmalıdır. Halbu ki, nədənsə belə hallara rast gəlinmir. Bundan başqa, hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “Cavabdeh” İstehsalat Birliyi yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilində quraşdırılmış yeni qaz sayğacının pulunu da ondan tələb edir ki, bu da yolverilməzdir. Göründüyü kimi, onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Qaz qurğusu gündəlik istifadədə olan, məişət xarakterli, təyinatı üzrə istifadə edilən avadanlıqdır. Lakin, qaz qurğusu dedikdə qaz sayğacı başa düşülməməlidir. Göründüyü kimi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülkiprosessual qanunla və icra haqqında qanunvericiliklə mənzimlənən metodlar tətbiq edir. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə edərək bir müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümkünsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmiyyətsizliyini təsdiq edir. O, təqaüdçüdür, 250 manat məbləğində pensiya alıb dolanır və digər gəliri yoxdur. Bütün bu olanlar onu dərindən sarsıdaraq əsəbləşdirir. Çünki “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin qanunazidd hərəkətlərinin dayandırılması, ünvan 1 ünvanında yerləşən mənzilində quraşdırılmış qaz sayğacında yaranan problemli aradan qaldırılması, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyaların ləğv edilməsi, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona geri ödənilməsi, “Azeriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbində qeyd olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli aktın ******* saylı, xx.xx.2019-cu il tarixli akt ilə dəyişdirilməsi barəsində qərar qəbul edilməsi, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli,0189269 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli aktlar da iddia ərizəsinə əlavə edilməsi barədə qərar qəbul edilməsini, ******* saylı 3012.2019-cu il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinin işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə xahişini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmpsını mümkün hesb etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, dəfələrlə iddiaçının mülkiyyətində olan mənzilə əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğacdan kənar xəttin mövcud olması və qazın sayğacdan kənar xətlə evə daxil olması müəyyən edildiyindən, müvafiq aktlar tərtib olunmuşdur. Ona görə də qanuni əsslarla tərtib edilmiş aktların etibarsız hesab edilməsi barədə tələb əsaslı ola bilməz. Abonentin saldosundan belə məlum olur ki, iddiaçı tərəfindən 2018-2019cu illər ərzində, o cümlədən 2020-ci il ərzində hər hansı ödəniş həyata keçirilməmişdir. Digər illərdə isə ödənişlər çox az miqdarda olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş üzrə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli,0189269 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Elşən İsmayılov küçəsində yerləşən, 104 saylı evin 1 saylı mənzilində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı iddiaçının özbaşına olaraq sayğacdan kənar qəz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə faktlarını aşkar etmişlər. İş üzrə abonentin (kod **********00010) abonent saldosundan görünür ki, ona 2018-ci ildə 2324 manat, 2019-cu ildə 887,40 manat, 2020-ci ilin avqust ayına qədər 638,40 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli,0189269 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktların etibarsız hesab edilməsini və onlardan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. “Qaz təchizatı haqqında” AR Qanununun 20-ci madəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qaydaların 21-ci mddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir Qanunvericiliyin tələbinə əsasən qaz pylayıcısı yşayış binalarında və fərdi yaşayış evlərində istehlakçıların qazdan istifadə ilə bağlı fəaliyyətini yoxlamaq hüququna malikdir. Həmin yoxlma ilə bağlı qanunla müəyyən edilmiş tələblərə cavab verməyən hallar aşkar edildikdə qaz paylayıcısı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Cavabdeh” İB-nin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı iddiaçının özbaşına olaraq qaz xəttinə qoşulması faktlarını aşkar etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının yaşadığı fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli aktlar mütəmadi yoxlama nəticəsində aşkar edilmiş pozuntularla, yəni iddiaçının qazdan qeyri-qanuni və sayğacdan kənar istifadə etməklə ilə bağlı tərtib edilmişdir və yalnız aşkar edilmiş pozuntunu təsdiq edir. Məhkəmə eyni zamanda qeyd edir ki, abonentin saldosundan da iddiaçının mənzili üzrə 2018-ci ildən sonra qazdan istifadə ilə əlaqədar ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı evdə qazdan istifadə ilə bağlı aparılmış yoxlama tam qanuni olması müəyyən edildiyindən və tərtib edilmiş aktlar aşkar edilmiş pozuntunu əks etdiyindən, həmçinin iddiaçı həmin aktların etibarsız hesab edilməsinə əsas olan hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, iddiaçının həmin aktların etibarsız hesab edilməsi ilə bağlı iddia tələbində göstərdiyi dəlillər əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, aktların etibarsızlığı ilə bağlı tələb əsassız hesab edildiyindən, həmin aktların hüquqi nəticələrinin ləğvi ilə bağlı tələb də əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı ******* saylı, xx.xx.2017-ci il tarixli aktın ******* saylı, xx.xx.2019-cu il tarixli akt ilə dəyişdirilməsi barəsində qərar qəbul edilməsi, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli,0189269 saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli aktlar da iddia ərizəsinə əlavə edilməsi barədə qərar qəbul edilməsini, ******* saylı 3012.2019-cu il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar