Məhkəmə qərarları › İş №2(009)-1036/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1036/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1036/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı “xxxx” ASC-nin Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh4 3-cü şəxs qismində göstərilməklə cavabdeh “X1 Mərkəzi” MMC-ə qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh4 3-cü şəxs qismində göstərilməklə cavabdeh “X1 Mərkəzi” MMC-ə qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” ASC-nin iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməli olduğu halda Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin portalından çıxarışdan görünür ki, “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 2 Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh4 3-cü şəxs qismində göstərilməklə cavabdeh “X1 Mərkəzi” MMC-ə qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməlidir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar