Məhkəmə qərarları › İş №2(009)-105/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-105/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-105/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Quliyeva Nərgı̇ z Xanım Ağasəf qızının – cavabdeh "Cavabdeh" MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Quliyeva Nərgı̇ z Xanım Ağasəf qızı – cavabdeh "Cavabdeh" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən onun mənzilə görə cavabdeh şirkətə ödədiyi 45.000 (qırx beş min) manat pulun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin direktoru Əmrah Fətullayevlə 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (“D” blokunda) 9-cu mərtəbədə 61 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı andan mənzilin dəyəri 45.000 (qırx beş min) manat pul tam olaraq ödənilmişdir. Bildirmək istəyir ki, həm qanunvericiliklə və həm də real həyat təcrübəsində maliyyə arayışı tikinti şirkəti tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra verilir, artıq həmin andan maliyyə arayışı pulun ödənilməsini təsdiq edən sənəd sayılır və bütün sonrakı hüquqi hərəkətlər onun əsasında aparılır. Bütün bunlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və binanı indiyə qədər təhvil verməmişdir. Hər dəfə binaya gedib binanın nə vaxt təhvil verilməsini soruşduqda, müxtəlif bəhanələr gətirərək binanın tikilməməsinə səbəb kimi müxtəlif dövlət qurumlarının maneə etdiklərini bildirmişlər. 2017-ci ilin sonuna qədər təhvil verilməli olan bina bu günə kimi təhvil verilməmişdir. Ümumiyyətlə binada tikinti işləri dayandırılmışdır. Öhdəliyi icra etmədiyi üçün o, cavabdehin ünvanına 17.01.2020-ci il tarixdə pretenziya xarakterli məktub göndərərək, aralarında bağlanmış 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini və onun cavabdeh şirkətə mənzil üçün ödədiyi 45.000 (qırx beş min) manat məbləğində pulun 10 (on gün) gün ərzində ona geri qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirsə də, cavabdeh şirkət tərəfindən pulun ona geri qaytarılması istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də, o, məhkəməyə müraciət edib, Cavabdeh MMC ilə aralarında bağlanmış 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini və mənzil üçün cavabdehə ödədiyi 45.000 (qırx beş min) manat pulun cavabdehdən alınaraq ona geri qaytarılmasını tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili X5 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X8 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, Quliyeva Nərgı̇ z Xanım Ağasəf qızı ilə “xxxx” MMC arasında 09.03.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın (“D” blokunda) 9-cu mərtəbədə 61 saylı mənzili payçı- Quliyeva Nərgı̇ z Xanım Ağasəf qızına verilməsini, onun isə payçı olaraq həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdələrinə götürmüş və bununla da tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Hazırda iddia tələbini qəbul etmirlər, ona görə ki, öhdəliyi icra edərək tikinti işlərini yekunlaşdırıb iddiaçıya mənzili təhvil vermək istəyirlər. Lakin öhdəliyin icrası müddəti ilə bağlı konkret vaxt göstərə bilmirlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC (MMC-nin direktoru Əmrah Fətullayev) ilə İddiaçı arasında bağlanmış 09.03.2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş 09.03.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1-ci yaşayış binasında (“D” blokunda), 9-cu mərtəbədə, sahəsi 94 kv.m olan, 2 otaqlı 61 saylı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 17.01.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh” MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1-ci yaşayış binasında (“D” blokunda), 9-cu mərtəbədə, sahəsi 94 kv.m olan, 2 otaqlı 61 saylı mənzilin ona təhvil verilmədiyi qeyd edilmiş, bu səbəbdən ödədiyi 45000 manat məbləğində pulun qaytarılması xahiş olunmuş, əks halda müqavilənin ləğv olunması və ödənilmiş pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsindən çıxarışdan görünür ki, "Cavabdeh" MMC-nin qanuni təmsilçisi X2r. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC (MMC-nin direktoru Əmrah Fətullayev) ilə İddiaçı arasında bağlanmış 09.03.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüş, mənzilin dəyəri 45000 manat məbləğində olmaqla, Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş 09.03.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1-ci yaşayış binasında (“D” blokunda), 9-cu mərtəbədə, sahəsi 94 kv.m olan, 2 otaqlı 61 saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Lakin Cavabdeh-MMC üzərinə düşən öhdəliyi icra etməmiş, hazırki vaxtadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilini “Payçı”ya təhvil verməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı müqavilənin ləğv edilməsini və ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış 09.03.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzili “Payçı”ya, yəni İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, “Cəmiyyət” binanı tikərkən binanın karkası və bütün hörgü işlərini, binanın fasadının lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsini, binanın daxilində (bloklar) və xaricində bütün suvaq işlərini, daxili elektrik və telefon xəttlərinin çəkilməsini, binanın fasadındakı pəncərə və qapıların plastikdən qoyulmasını, mənzillərin giriş qapılarının və qıfıllarının qoyulmasını, su və kanalizasiya sistemlərində uyğun dayaqların qoyulması və axıtmaya qarşı yoxlanılmasını, yanğınsöndürməyə qarşı su xəttinin və kranların quraşdırılmasını, sərnişin və yük liftlərinin alınması və quraşdırılmasını, mənzil daxili arakəsmələrin hörülməsi və suvanmasını, ərazinin tikinti tullantılarından təmizlənməsini, ərazidə abadlıq işlərinin həyata keçirilməsini - tikinti-quraşdırma işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında müvafiq müqavilənin bağlanması, aralarında öhdəliklərin yaranması və iddiaçı tərəfindən cavabdehə 45000 manat məbləğində ödəniş edilməsi (cavabdeh tərəf bu halı mübahisələndirməmişdir) iş materialları və tərəflərin izahatları ilə təsdiq edildiyindən məhkəmə həmin halları işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi izahatında hazırda iddia tələbini qəbul etməmələrinin səbəbi kimi, öhdəliyi icra edərək tikinti işlərini yekunlaşdırıb iddiaçıya mənzili təhvil vermək istədiklərini bildirmiş, lakin öhdəliyin icrası müddəti ilə bağlı konkret vaxt göstərə bilməmişdir. İşin müəyyən edilmiş hallarından və tərəflərin izahatarından da göründüyü kimi Cavabdeh-MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında olan İddiaçı müqavilə üzrə verilməsi nəzərdə tutulan 1ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilin yerləşdiyi binanın tikinti işlərinin başa çatdırılması və iddiaçıya mənzilinin təhvil verilməsi barədə hər hansı bir mötəbər və tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə öhdəliyin icrası müddətinin müəyyən edilmədiyi hallarda belə öhdəliyin ağlabatan müddətdə icra edilməli olduğunu, cavabdehin isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan İddiaçı müqavilə üzrə verilməsi nəzərdə tutulan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilin yerləşdiyi binanın tikinti işlərinin yekunlaşdırılıb təhvil veriləcəyi müddəti müqavilə bağlandığı vaxtdan 5 il keçməsinə baxmayaraq, hazırda da konkret göstərilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçı ilə arasında bağlanmış müvafiq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilən qanunvericilik aktı normalarını və cavabdehin göstərilən müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini ağlabatan müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilə bağlanan vaxtdan 5 ildən artıq vaxt keçməsinə baxmayaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan İddiaçı müqavilə üzrə verilməsi nəzərdə tutulan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilin yerləşdiyi binanın tikinti işlərinin yekunlaşdırılıb təhvil verilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etmiş, lakin (17.01.2020-ci il tarixli ərizə ilə), təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin məhkəməyə müraciət edərək ləğv edilməsini tələb etməkdə haqlıdır. Müqavilənin ləğv edilməsi tələbi əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməklə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “45.000 (qırx beş min) manat pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması” hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09.03.2017-ci il tarixli müqavilənin 5.5ci bəndinə əsasən, “Payçı” mənzilin qismən və ya tam dəyərini ödədikdən sonra mənzilin “Cəmiyyət”ə qaytarılması və ya 3-cü şəxsə satmaq təşəbbüsünü irəli sürərsə və mənzilə görə ödənilən məbləği geri istəyərsə o zaman “Cəmiyyət” həmin mənzili 3-cü şəxsə satdıqdan sonra ödənilən məbləği (10%-ni çixınaq şərti ilə) “Payçı”ya qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, payçı tərəfindən ödənilən pulun qaytarılması halı tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndi ilə həmin mənzili 3-cü şəxsə satdıqdan sonra ödənilən məbləğin (10%-ni çıxmaq şərti ilə) “Payçı”ya qaytarılması şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla qeyd edilən bənddə göstərilən şərt qeyri-müəyyən olmaqla, müqavilənin standart şərtlərinə uyğun olmamaqla digər müqavilə tərəfi üçün zərərlidir. Çünki, mübahisəli sahənin başqa bir şəxsə verilməsi vaxtı qeyri müəyyəndir və bu xeyli, hətta uzun müddət davam edə bilər ki, nəticədə həmin sahə üçün vəsait ödəmiş şəxsin bu vəsaitindən (əmlakından, mülkiyyətindən) qanunvericiliklə müəyyən edilmiş qaydada öz mülahizəsinə görə faydalanmaqdan məhrum olunmasına gətirib çıxara bilər. Bundan başqa müqavilənin ləğvi və pulun qaytarılması təklifi payçının təşəbbüsü ilə irəli sürülsə də, bu hal məhz cavabdehin öhdəliyi icra etməməsi nəticəsində baş vermişdir. Odur ki, iddia tələbi “45000 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09 mart 2017-ci il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilə ləğv edilməli, cavabdeh “xxxx” MMC-dən 45000 (qırx beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 09 mart 2017-ci il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilə ləğv edilsin. Cavabdeh “xxxx” MMC-dən 45000 (qırx beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar