Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1057/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 fevral 1961-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, Ərizəçi X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ərizədə fəaliyyət qabiliyyətli olmayan şəxsin bacısı olmasını qeyd etsə də, qohumluq əlaqələrini təsdiq edən sənədləri (özünün və Elmidar Quliyevin doğum haqqında şəhadətnamələrinin surətləri) məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Hakim digər tərəfdən qeyd edir ki, ərizəçi ərizəsinin qoşma olan hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin ərizəyə əlavə etdiyini qeyd etsə də, məhkəmənin dəftərxana müdiri tərəfindən 22 aprel 2024-cü il tarixdə tərtib edilmiş akta əsasən ərizəçi dövlət rüsumunun ödənilməsi barədə qəbzi iş materiallarına əlavə etməmişdir. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Hakim eyni zamanda qeyd edir ki, verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizələrə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim qeyd edir ki, ərizəçi tərəfindən qaldırılan tələbə görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, həmçinin fəaliyyət qabiliyyəti olmayan şəxslə qohumluq əlaqələrini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyil, bu səbəbdən ərizə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 150.1.2, 151.1 və 317.2-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1057/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1057/2024
23.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver