Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1066/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, iddiaçı X1 - cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı X2 - cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və hərrac protokolunun etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən keçirilən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 23 may 2014-cü il tarixli hesabatın və 22 oktyabr 2014-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs Pakistan Milli Bankının Bakı filialının nümayəndəsi vəsatət verərək, hazırki işin Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə birlikdə baxılması üçün eyni icraatda birləşdirilməsini xahiş etmişdir. İddiaçı vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4568/2024 saylı bildirişinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi üzrə mülki işin hazırlıq iclası 21 may 2024-cü il tarixə saat 17:00-a təyin edilmişdir. Səbail rayon Məhkəməsində olan hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, məhəllə 3066, 40 A saylı evin 8 nömrəli mənzili barəsində keçirilmiş qiymətləndirməni və hərracı mübahisələndirir. Sözügedən mənzilin hərracda alıcısı isə ipoteka saxlayan Pakistan Milli Bankının Bakı filialı olmuşdur. Xətai rayon Məhkəməsinin icraatında olan sözügedən iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, məhəllə 3066, 40 A saylı evin 8 nömrəli mənzili barəsində bağlanmış ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirir. Həmin iş üzrə də cavabdeh qismində ipoteka saxlayan Səbail rayon Məhkəməsinin icraatında olan iş üzrə isə hərracda əmlakın alıcısı olmuş Pakistan Milli Bankının Bakı filialıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsatətə əlavə edilmiş həmin mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, ərizə 05 aprel 2024-cü il tarixdə Xətai rayon Məhkəməsinə verilmişdir. Səbail rayon Məhkəməsinə isə iddiaçı tərəfindən “hərracın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə 23 aprel 2024-cü il tarixdə müraciət olunmuşdur. Göstərilənə əsasən Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsində olan mülki iş üzrə iddia ərizəsindən daha öncəki tarixdə müraciət olunduğundan Səbail rayon Məhkəməsinin icraatında olan mülki iş Xətai rayon Məhkəməsinin icraatında olan mülki işlə eyni icraatda birləşdirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsində mübahisələndirilən məsələ Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan tələblə eyni mahiyyət daşıdığından və faktiki olaraq mübahisə üzrə tərəflər eyni olduğundan iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-1066/2024 saylı mülki iş iddiaçı X1 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair 2(011)-4568/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 - cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-1066/2024 saylı mülki iş iddiaçı X1 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair 2(011)- 4568/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1066/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1066/2024
08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver