Məhkəmə qərarları › İş №2(009)-1066/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1066/2025

15.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1066/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən xx.xx.2006-cı il təvəllüdlü İ dərəcəli əlil X9 və xx.xx.2006-cı il təvəllüdlü İİ dərəcəli əlil X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Nümayəndə ilə ailə qurmuşdur. Birgə nikahdan: xx.xx.2003-cü il tarixdə Camal, xx.xx.2006-cı il tarixdə Ayla, xx.xx.2006-cı il tarixdə Leyla (əkiz qızlar) adlı üç övladları dünyaya gəlmişdilər. Birgə nikahdan doğulmuş X9 və X8 anadangəlmə sağlamlıq imkanları məhduddur. Ayla Şabanovaya "Uşaq Autizmi. Kanner sindromu. ağır kəmağıllıq. kəskin imbesillik, kobud nitq və davranış pozuntuları İQ-20", Leyla Şabanovaya isə "Uşaq autizmi, Kanner Sindromu. orta kəmağıllıq, İQ-35" diaqnozu qoyulmuşdur. Onlara daimi qulluq lazımdır. Onların bütün qayğıları valideynləri olaraq o və həyat yoldaşı çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Leyla Şabanovaya İİ dərəcəli əlil olmaqla "Uşaq autizmi, Kanner Sindromu. orta kəmağıllıq, İQ-35" diaqnozu ilə müddətsiz əlillik dərəcəsi, Ayla Şabanovaya isə İ dərəcəli əlil olmaqla "Uşaq Autizmi. Kanner sindromu. ağır kəmağıllıq. kəskin imbesillik, kobud nitq və davranış pozuntuları İQ-20" diaqnozu ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Kənar şəxslərin qulluğuna ehtiyacları vardır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ İ 875010 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında Ərizəçi, ata qrafasında Nümayəndə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ İ 875011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında Ərizəçi, ata qrafasında Nümayəndə qeyd edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi X9 və X8 xəstəliyinə görə özlərini normal idarə edə bilmədiklərinə görə onlara qulluq və nəzarət edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X4 və X2 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2025-ci il tarixli 1672 saylı rəyi ilə, X5 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. A.Nümayəndənı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var, xx.xx.2025-ci il tarixli 1672 saylı rəyi ilə, X3 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. L.Nümayəndənı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X9 və X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxslərdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 07 dekabr 2006-cı il təvəllüdlü X4 və 07 dekabr 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 dekabr 2006cı il təvəllüdlü X9 və 07 dekabr 2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 07 dekabr 2006-cı il təvəllüdlü X9 və 07 dekabr 2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 və X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar