Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1073/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əliyeva Aygün Həsən qızının katibliyi üçüncü şəxs “X1”nun etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "X2 Mərkəzi" MMC, "LPO Cavabdeh2" ASC və Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dairmülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X2 Mərkəzi" MMC, "LPO Cavabdeh2" ASC və Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində qeyd olunur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər "X2 Mərkəzi" MMC, "LPO Cavabdeh2" ASC və Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1073/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1073/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver