Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-108/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan - Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik neft kəmərinin 0.921-ci km-də kəmərdən 35 metr aralı məsafədə yerləşən, 3-cü sırada, Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hüquq müəyyənedici sənəd olmadan fərdi yaşayış evi və evə bitişik tikintinin (hörgü) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan - Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik neft kəmərinin 0.921-ci km-də kəmərdən 35 metr aralı məsafədə yerləşən, 3-cü sırada, Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd olmadan fərdi yaşayış evi və evə bitişik tikintinin (hörgü) işlərinin aparılması faktı aşkar olunmuşdur. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərinin strateji əəhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafiəz zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirərə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmiş və izah etmişdir ki, o həmin ünvanda 20 ilə yaxındır kı, yaşayır. Evə dair heç bir sənədi yoxdur. Ev özbaşına tikilidir. Evə bitişik hasar dağıldığı üçün yenidən tikmək istəyib, lakin gəlib tikintini dayandırıblar. Orada heç bir əlavə tikinti aparmamışdır. İddia tələbinin rədd olunmasın xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərələrin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Qaradağ İstehsalat Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi M.İlyasov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Bibiheybət Dş 300 mm-lik neft kəmərinin 0.921-ci km-də kəmərdən 35 metr aralı məsafədə yerləşən, 3cü sırada, sənəd olmadan, hazırda yaşayış olan, köhnədən inşa edilmiş yaşayış evinə bitişik eyvanın kənarlarında, təqribi uzunluğu 2.5 metr, eni 2.2 metr, hündürlüyü 3 metr olan hörgü işi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6428 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fədi yaşayış evinin yerləşdiyi ərazinin relyefi çətin (uçurumlu) olduğundan və ev ilə neft kəməri arasındakı məsafədə digər yaşayış evləri yerləşdiyindən neft kəmərinin keçdiyi hissədən fərdi yaşayış evinə qədər olan məsafəni yer səthinin üzəri ilə ölçmək mümkün olmadığına görə, faktiki olaraq evin neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan X6 və X4 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 106 nömrəli mütəxəssis rəyindən göbrünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, dalan 4, 21 saylı ünanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikinti İddiaçı istismarında olan neft kəmərinin mühafizə zonası hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3279 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materillarında İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AKT-da göstəriləndən başqa tikililər ilə neft kəməri arasında olan məsafə barədə heç bir məlumat yoxdur. Neft kəməri ilə tikililər arasında məsafənin müəyyən edilməsi xüsusi bilik tələb etmir. «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3 bəndinin tələblərinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Bununla da, məhkəmə tərəfindən məsafə müəyyən edilməklə həmin tikililərin neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsini qiymətləndirilə bilər. İş materiallarında olan X6 və X4 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 141 nömrəli əlavə mütəxəssis rəyindən göbrünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, dalan 4, 21 saylı ünanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikinti İddiaçı istismarında olan neft kəmərinin mühafizə zonası hüdudları daxilində yerləşir. SOCAR-ın İddiaçı istismarında olan Şirvan - Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik neft kəməri ilə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikili arasındakı məsafə 28 met təşkil edir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3962 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, dalan 4, 21 saylı ünanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikintinin iş materiallarında olan məlumatlara əsasən neft kəmərindən 28 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikililərin «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3 bəndinə əsasən Bibiheybət Dş 300-mm-lik neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikinti SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş300 mm-lik mağistral neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, cavabdehin yaşadığı tikili SOCAR-ın İddiaçı qanuni sahibliyindən olan torpaq sahəsində neft kəmərinin mühafizə zolağında inşa olunduğundan və həmin tikili qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi və ona bitişik tikinti cavabdehin hesabına sökülsün. Ekspertiza tədqiqatının dəyəri 302 (üç yüz iki) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-108/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-108/2022
29.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver