Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1087/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 və Vəkil4 və üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil5 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC şirkəti (VÖEN **********0) və İddiaçı (AZE 07902037 nömrəli şəxsiyyət vəsiqəsi) və İlqar Naıyev (AZE 07752250 nömrəli şəxsiyyət vəsiqəsi) arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi üzrə xx xxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, ünvan 2 mənzil 5 ünvanında yaşayan İddiaçı ilə Bakı şəhəri, Neftçilər prospekti 67, 6A ünvanında yerləşən Cavabdeh1 MMC şirkəti (VÖEN **********) arasında bağlanılmış PBR seriyalı, 090 nömrəli, xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən 901c nömrəli mənzilin satışı razılaşdırılmışdır. Əmlak üçün toplam alış qiyməti hissə-hissə ödənilməklə 387 500 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən əmlakın dəyəri dərhal ödənilməyə başlanılmışdır. Bundan sonra PBR seriyalı, 090 nömrəli, xx xxxxxx 2010-cu il tarixli müqaviləyə dəyişiklik olunaraq avtomobil dayanacağının satışı razılaşdırılmış və ümumilikdə əmlakda daxil olmaqla toplam qiymət hissə-hissə ödənilməklə 415310 manat müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 MMC şirkəti ilə PBR090 nömrəli podrat müqaviləsi imzalamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən müqavilədə göstərilən şərtlərə riayət edərək podratçıya razılaşdırılmış muzdu tamamilə ödəmişdir. Əvvəllər qohumluq münasibətləri nəzərə alınaraq qeyd edilən mənzili Cavabdeh3lə arvadına əvəzsiz istifadəyə vermiş və indi də əmlakını mülkiyyətinə qaytarmaq niyyətindədir. Hesab edir ki, Cavabdeh3 ailəsinə əvəzsiz istifadəyə verilmiş mənzili qanunsuz yolla özəlləşdirərək çıxarış almışdır, buna görə də çıxarışın verilməsinə əsas olmuş sənədlər etibarsız hesab edilməli və çıxarış ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı iddianın əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək, ləğv edilməsinə: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasının dəyişdirilməsinə dair ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. “Hüquqların ötürülməsi haqqında” müqavilə imzalanan zaman tərəflər arasında bağlanmış “Mənzil alqı-satqı müqaviləsi”nə dəyişiklik edilməli idi. Dəyişiklik edilməsinin tələb olunmadığı hal yalnız həmin maddənin ikinci hissəsində nəzərdə tutulan əqdlərə aiddir. “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” imzalanan zaman iddiaçının Cavabdeh1 MTK qarşısında heç bir öhdəliyi qalmamışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməklə ona təhvil verilmişdi. Cavabdeh1 MTK da həmin mənzili iddiaçıya təhvil verdiyi üçün sonuncunun da iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdı. Yəni mənzil artıq “tələb” formasında deyil, faktiki mülkiyyət statusunda iddiaçıya məxsus olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh3 iddia ərizəsinə etiraz ərizəsində qeyd olunmuşdur ki, xx xxxx 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, investor tərəfindən PBR 090 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 415.310 manat məbləğ Vəkil olunan (yəni Cavabdeh3) tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaqdır. Göründüyü kimi, İddiaçı PBR 090 saylı xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz deyil, mübahisəli mənzilin dəyəri Cavabdeh3 atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalamışdır. Əks halda İddiaçı belə bir müqavilə bağlaması və öz mənzilinin dəyərinin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsi barədə müqaviləni imzalaması ağlabatan deyildir.Bununla da aydın olur ki, iddia tələbi tam olaraq əsassızdır və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X3 Məhkəməsi «X1» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Göstələnlər bir daha təsdiq edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmənin nəzərinə əlavə olaraq aşağıdakıları çatdırmağı zəruri hesab edirəm: İşin mübahisə edilməyən hallarından və iş materiallarından görünür ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında xx xxxx 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərindən aydın olur ki, qeyd olunan mənzilə dair İddiaçı PBR 090 saylı xx xxxxxx 2010cu il tarixli müqavilə üzrə bütün hüquq və öhdəliklərini könüllü olaraq Cavabdeh3 ötürmüş, əmlaka dair öz payından könüllü olaraq imtina etmişdir. Bu imtina nəticəsində Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış PBR 090 saylı xx xxxxxx 2010-cu il tarixli müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı ləğv edilmiş müqavilə üzrə iddia irəli sürmüşdür. Həmçinin, müqavilənin 3-cü bəndinə əsasən İddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış PBR 090 saylı xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə edilmiş 415.310 manat məbləğində ödənişin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsini könüllü olaraq qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, Mülki Məcəllənin “Müqavilə azadlığı” adlı 390-cu maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün?məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (maddə 390.2.) Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.)- Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Qanunvericiliyin tələbinə əsasən, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421). Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 424.5). Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında xx xxxx 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə tərəflər arasında şərtləri razılşadırılmaqla azad surətdə heç bir məcburetmə olmadan bağlanmışdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırıram ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış PBR 090 saylı, xx xxxxxx 2010-cu il tarixli müqavilə ləğv edildiyindən İddiaçı Cavabdeh3 adına olan müqavilənin ləğvi və çıxarışın ləğvi barədə iddia irəli sürməsi üçün subyektiv hüququ da yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun heyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili Vəkil4 iddia ərizəsinə vermiş olduğu etirazın məzmununa uyğun izahat verərək və tələblərə dair iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın əsassız olduğundan və iddia müddətinin keçdiyindən, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsinə cavabdehin vermiş olduğu etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil5 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı üçüncü şəxsin dayısıdır və Lamiyə İlqarla nikaha girdikdən sonra sözügedən mənzil yaşayış vəziyyətinin düzəlməsi üçün iddiaçı olan dayısı tərəfindən onlara yaşamaq üçün əvəzsiz istifadəyə verilmişdir. Nə onun özü, nə də ki İlqar tərəfindən həmin mənzilin dəyərindən heç bir məbləğ iddiaçıya ödənilməmişdir. Belə ki, n onun özünün, nə də ki İlqarın həmin mənzili almaq üçün heç vaxt kifayət qədər imkanı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh1 MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: 582398 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ev 128, 130, 132, 128B, 128A, mənzil 901C (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 130, M12, mənzil 1 Cavabdeh3 xüsusi mülkiyyətindədir. xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə Şirkət (Cavabdeh1 MMC) sənədin 2-ci Əlavəsində daha geniş təsvir olunan binada yerləşən 901C saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün İnvestora ( İddiaçı) təqdim etməyə hazırlaşır və İnvestor həmin mənzili yaşayış məqsədləri üçün Şirkətdən qəbul etməyə razılıq verir. Müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, əmlak üçün toplam alış qiyməti 387.500 manat təşkil edir. Həmin müqaviləyə dəyişikliklərin 2-ci bəndinə əsasən, müqavilənin 1.6-cı bəndi aşağıdakı qaydada verilsin: “İnvestor üçün binanın zirzəmisinin mərtəbəsində yerləşən 150 nömrəli avtomobil dayanacağı sahəsi ayrılmalıdır”. “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”yə əsasən İnvestor (İddiaçı) bununla Müqavilə PBR 090 ilə bağlı hüquq və öhdəliklərini Vəkil olunana ( Cavabdeh3) ötürmək niyyətindədir və Şirkət bu ötürməni qəbul edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən İnvestor tərəfindən Müqavilə PBR 090 əsasən Şirkətə ödənilmiş 415,310 manat Vəkil olunan tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaq. PBR 001443, PBR 001399, PBR 001594, PBR 002537, ********* və ********* saylı qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə müvafiq olaraq 210.000, 10.000, 15.574, 44.934, 44.943 və 44.934 manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh1 MTK-nın üzvlərinin xx xxxxxxx 2019-cu il tarixli ümumi yığıncağının protokolundan çıxarışında ünvan 5 və Neftçilər prospekti 117,119 ünvanında yerləşən müasir tipli yaşayış və ticarət kompleksinin yaşayış binasında Üzeyir Hacıbəyli küçəsi giriş-130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzilin dəyərinin tam ödənildiyi və sənədlərin Cavabdeh3 ƏMDK yanında DƏDRX-ə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi giriş-130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzili əldə etmək məqsədilə Cavabdeh1 MMC ilə müqavilə imzalamışdır. Müqavilə imzalandıqdan sonra mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və bundan sonra iddiaçının həmin mənzilin alqı-satqısı ilə bağlı cavabdehə heç bir borcu qalmamışdır. İşin bu halları iş materiallarında olan xx.xx.2010-cu il tarixli müqavilə və “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”nin 3-cü bəndi ilə öz təsdiqini tapır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı bacısı qızı olan Lamiyə Nağıyevanın ailə həyatı qurması səbəbindən ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə sözügedən mənzili Cavabdeh3 əvəzsiz istifadəyə vermişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” imzalansa da həm həmin müqavilənin mətnindən, həm də işin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında faktiki olaraq əvəsiz istifadə müqaviləsi üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı sözügedən mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblənmiş və həmin mənzilin faktiki mülkiyyətçisi olmuşdur. Lakin Cavabdeh3 həmin mənzili iddiaçıdan əvəzsiz istifadəyə götürdükdən sonra podratçı şirkətdən şirkətə heç bir borcunun olmadığını əks etdirən maliyyə arayışı almış və həmin sənədlər əsasında sözügedən mənzilə Çıxarış əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, xx xxxx 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilməli və ləğv edilməlidir. Mülki Məcəllənin: 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Cavabdeh hazırkı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh3 dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin tətbiq edilməsi məsələsinə hüquqi qiymət verməmişdən əvvəl ilk növbədə iddiaçının hüquqlarının pozulub-pozulmamasına və Cavabdeh3 bu pozuntunu edib-etməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci madd. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun-1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci m.). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsi müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hazırkı mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” ilə əlaqədar 2013-cü ildə tərəflər arasında olan münasibətlərə, onlar arasında olan danışıqlara və yaşayış sahəsinin dəyərinin kim tərəfindən ödənilməsinə hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”si mahiyyət etibarilə əvəzsiz istifadə müqaviləsi olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli yaşayış sahəsinin alınması ilə bağlı ödənilmiş pul məbləği Cavabdeh3 tərəfindən deyil, iddiaçı tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən alıcı aldığı əmlaka görə satıcıya pul ödəməlidir. Lakin məhkəmə iclasında mübahisəli evin satılması ilə bağlı pul məbləğinin Cavabdeh3 tərəfindən deyil, iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi ilkin hissədə təmin olunaraq xx xxxx 2013-cü il tarixli müqavilə ləğv olunduğundan dolayı olaraq Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarış da ləğv edilməlidir. Məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəmədə çıxış etmək üçün iddia müddəti ötürülmədiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv olunsun. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 alınıb İddiaçı ödənilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1087/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1087/2020
27.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver