Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1088/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmtəəşünaslıq ekspertizasının keçirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmtəəşünaslıq ekspertizasının keçirilməsi tələbinə dair iddia əriəzsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ,ev 15, mənzil 1 kimi göstərmişdir. Hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. Belə ki, AR Vergilər Nazirliyinin rəsmi internet səhfəsi olan ”İnternet Vergi İdarəsi” portalından əldə olunan məlumatdan görünür ki, “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 2 kimi qeydiyyata alınmışdır. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmtəəşünaslıq ekspertizasının keçirilməsi tələbinə dair iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1088/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1088/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver