Məhkəmə qərarları › İş №2(009)-1095/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1095/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1095/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5000 manat sığorta məbləğinin və 70 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-774/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi aidiyyat məsələsini mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X16 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti üzrə hərəkət edərək “Yol hərəkətləri haqqında” Qanunun qaydaları pozaraq, yolun sağ kənarında dayanmış iddiaçının oğlu X9 vururaq ona ağır bədən xəsarətləri yetirmişdir. Aldığı xəsarələr nəticəsində o, xəstəxanada vəfat etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi X11r, o həmin gün avtomobili idarə etməsi üçün açarları tanışı X12 təhvil vermişdir. “Chrysler 300 C” markalı , **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq "xxxx"xxxx"xxxx" ilə Samir Vəliyev arasında bağlanmış icbari sığorta müqaviləsindən müəyyən olunur ki, avtonəqliyyat hadisəsi sığorta risklərinə aid edilmişdir, yəni cavabdeh "xxxx" üzərinə öhdəlik götürmüşdür sığorta obyekti olan avtomobilinin istismarı zamanı baş vermiş avtoqəza nəticəsində üçüncü şəxslərə vurulan maddi ziyanı görə qanunla müəyyən edilmiş məbləğdə sığorta haqqı ödəyəcəkdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdən imtina etmiş və imtinanın səbəbini belə əsaslandırmışıdır ki, zəzərçəkmiş şəxs Yasamal RPİ-nə ünvanladığı 05 aprel 2019-cu il tarixli ərizəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X7 dəfn və digər xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir. İmtinanın əsasları tamamilə qanunsuzdur, təqsirləndirlən şəxs tərəfindən dəfn xərclərinin ödənilib-ödənilməməsi sığorta şirkətini müqavilə öhdəliklərini icra etməkdən azad etmir, cavabdehin icbari müqavilə üzrə müəyyən edilmiş sığorta məbləğini ödəməlidir, amma ödədiyi məbləği sonradan subroqasiya qaydasında təqsirkar şəxsdən geri tələb etmək hüququna malikdir. İmtinanın əsaslarının tam siyahısı üzrə “ İcbari Sığorta haqqqında” Azərbaycan Respublikası Qanunu 21.1-ci maddəsində göstərilmiş və cavabdehin imtina məktubunda göstərdiyi əsaslar üzrə sığorta məbləğinin ödənilməsindən imtina etmək qanunda nəzərdə tutulmamışdır. Qanunla İddiaçı ödənilməli olan 5000 manat məbləğində sığorta ödənişi "xxxx"-nin əməkdaşı olan X19 tərəfindən vizəfədən sui-istifadə yolu ilə mənimsənilmişdir. Bu əməlinə görə Paşa Hüseynov cinayət məsuliyyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalanmışdır. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-nin nümayəndəsi X5 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmış X2 olan “Chrysler” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin xəbəri olmadan X16 tərəfindən qaçırılmış və 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 ağır zərər vuraraq zərərçəkənin ölümünə səbəb olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış və sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi üçün iş üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qeyd edilən hadisə ilə bağlı ərizəçi İddiaçı 07 avqust 2019-cu il tarixili məktubla məlumat verilmişdir. Baş verən hadisə üzrə Qanunvericiliyin müddəalarından məlum olur ki, mülki məsuliyyətin icbari sığortası üzrə hadisənin sığorta hadisəsi hesab edilməsi üçün ilk növbədə avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi və mülki məsuliyyətin yaranması şərtdir. Baş verən hadisə üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli məhkəmə hökmündən sığortalı və ya sığorta olunanın təqsirinin olması sübut edilmir. Sığortalının hüquqa zidd hərəkəti olmadığından mülki məsuliyyəti yaranmır və sığortaçı tərəfindən zərərçəkənin hüquqi varislərinə sığorta ödənişi verilməsi öhdəliyi yaranmır. Nəzərə alınmalıdır ki, sığortalının və ya sığorta olunanın təqsiri olmadan hər hansı şəxsə ödənişin verilməsi son nəticədə sığortalının mənafeyinin pozulması və onunla bağlı malus əmsalının tətbiqi ilə nəticələnə bilər. Bu isə gələcəkdə vətəndaşın haqlı şikayəti ilə nəticələnəcəkdir. Bundan əlavə, zərərçəkənin varisinə ödənişin verilməsini istisna edən digər hallar da mövcuddur. Belə ki, rəsmi sənədlərdən görünür ki, iş üzrə mülki iddia verilməmiş, aparılan istintaq araşdırmaları və məhkəmə prosesi zamanı zərərçəkənin hüquqi varisi məhkəməyə müraciət edərək zərər vurana qarşı şikayətinin və hər hansı tələbinin olmadığını göstərmiş və bu fakt məhkəmə hökmü ilə təsdiq edilmişdir. İddiaçının Bakı şəhəri, Yasamal rayon Baş Polis İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına və ərizəçinin ərizəsinə əsasən dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyi üçün baxılan halda İddiaçının cavabdehə qarşı tələb hüququ yoxdur. Cavabdeh Sığorta Şirkəti etirazda qeyd olunanlara əsaslanaraq, İddiaçı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, 2019-cu ilin aprel ayında övladı X13 rəhmətə getmişdir. Bir neçə ay sonra özünə gələrək, iyun ayında şirkətə müraciət etmişdir. Müvafiq kağızlar tələb olunmuş, onları toplayaraq şirkətə təqdim etmişdir. Ona kart təqdim olunaraq 5-10 gün ərzində pulun köçürüləcəyini bildirmişlər. Həmin müddətdən sonra kartı yoxladıqda pulun köçürülmədiyini görüb, yenidən şirkətə müraciət etmiş, bu zaman isə imtina edildiyi bildirilmişdir. Bundan sonra isə onu müxtəlif orqanlara yönəltmişlər, yazdığı məktublara 2-3 ay aralıqlarla cavab verilmişdir. Bu səbəbdən cavabdehin təklif etdiyi 1000 manatla razı deyil. Həmin şəxsin atası yas mərasimində sadəcə ona 500 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, hərçənd ki, onlar hadisəni sığorta hadisəsi hesab etmirlər, lakin, mövcud vəziyyəti nəzərə alaraq, iddiaçıya 5000 manatın 20%-ni təklif edirlər. İddiaçı həmin məbləği qəbul etmədiyi təqdirdə, etiraz ərizəsində göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, onlar avtomobilin qanuni sahibinin mülki məsuliyyətini sığortalamışlar. Vəliyev Samirə məxsus olan avtomobil isə Rəsulov Tural tərəfindən qaçırılmış və baş vermiş nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu vəfat etmişdir. Onlar qanunsuz yiyələnmiş şəxsin mülki məsuliyyətini sığortalamadıqları üçün sığorta ödənişinin verilməsindən imtina etmişlər. Lakin, icbari sığorta haqqında qanunun 58-ci maddəsinə əsasən, 20% məbləğində ödəniş etməyə hazırdırlar. İş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, PAT********** saylı İcbari Sığorta Müqaviləsindən görünür ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil «Atəşgah Sığorta Şirkəti” ASC xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 091-32601-1219 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 528-də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi X11r. Hadisə zamanı avtomobili idarə edən X16 olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, P2922-1 nömrəli Sığorta məktubundan görünür ki, «Atəşgah Sığorta Şirkəti” ASC-yə daxil olmuş icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Chrysler 300 C" markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsi törətməsi barədə məlumat və sənədlər araşdırılmışdır. 05 aprel 2019-cu tarixində "Chrysler 300C" markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili X3 xəbəri olmadan, həmçinin etibarnaməsi və ya digər qanuni əsas olmadan qaçıraraq yol-nəqliyyat hadisəsi törətmişdir. "İcbari Sığortalar haqqında" Qanunun (bundan sonra ‘‘Qanun’’) 13.1ci bəndinə görə sığorta hadisəsi icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun 13.2-ci bəndinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilib ki, "Atəşgah Sığorta" şirkətində sığortalanmış avtomobil üzrə sığortalının mülki məsuliyyəti yaranmadığından sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş materiallarında olan İddiaçı Bakı şəhəri, Yasamal rayon Baş Polis İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş Ərizəsindən görünür ki, 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-770/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmündən görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 263-1.3-cii maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək X12 qəti olaraq 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. 05 aprel 2019-cu il tarixində Yasamal rayonu, Hüseyn Cavid prospekti 528-də piyada X6 vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. “Chrysler 300 C” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X11r və hadisə zamanı avtomobili X17 idarə edirdi. X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-770/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmü ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti sığorta ödənişinin həyata keçirilməsindən imtina etmişdir. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 19.9-cu maddəsinə əsasən üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, siğorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, siğorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Məhkəmə qeyd edir ki, 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənilsə belə dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. 5000 manatın isə təqsirləndirilən şəxs tərəfindən iddiaçıya ödənilməsinə dair cavabdeh hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-dən 5000 (beş min) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 5000 (beş min) manat sığorta ödənişi və 70 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar