Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1097/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü X8 adlı uşaqlarıı doğulmuşdur. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə qaraciyər xərçəngindən vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzildə övladı Ağasif İsayevlə birlikdə yaşayır. Tibbi sənədlərindən də görülür ki, oğlunun sağlamlıq imkanları məhduddur. X11 həkim komissiyası tərəfindən "kəskin debillik dərəcəsində oliqofreniya. Nitq və davranış pozuntuları ilə hidrosefaliya” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. Övladı xx.xx.1989-cu il təvəllüdlü X6 daimi olaraq kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı vardır. Oğlu Ağasif onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Oğluna o və və həyat yoldaşı qulluq və nəzarət edir. Faktiki olaraq, özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, hesab edir ki, məhkəmə oğlu xx.xx.1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, XİV-JQ 439755 nömrəli, xx.xx.1989-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X8 oğlunun atası Ərizəçi Teyyub oğlu, anası X3r. İşə əlavə edilmiş AZE seriyalı 17377851 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X8 xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 375070 SER TSE-01 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi sosial Ekspert Komissiyasının arayışından görünür ki, 1989-cu il təvəllüdlü X8 1-ci qrup əlildir. Əlillik müddətsiz müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ 353001 nömrəli, 17 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 04 ayının 17 günündə 418 No ilə qeyd edilmişdir. İşə əlavə İİİ-JQ 306295 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsindən görünür ki, Ərizəçi Teyyub oğlu ilə X2 17 sentyabr 1983-cü il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983 ildə İX ayının 17 günün ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* OUU05R1 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatriya ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2208 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs X7 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) nitq və davranış pozuntuları ilə aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Kəskin debillik dərəcəsində oliqofreniya. Nitq və davranış pozuntuları ilə. Hidrosefaliya” diaqnozu ilə İ dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, venlən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.1989-cu il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) nitiq və davranış pozuntuları ilə müəyyən edilir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. A.Ərizəçi öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının, eləcə də İ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Ərizəçi psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2023cü il tarixli, 2208 saylı rəyində X6 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X8 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1989-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1097/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1097/2023
11.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver