Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1106/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlunun iştirakı ilə, İddiaçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlunun cavabdeh "AZƏRİQAZ" İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlu cavabdeh "AZƏRİQAZ" İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu **********00080) əsassız olaraq cərimə kimi yazılmış və bugünə qədər smart karta yüklənilən məbləğlərdən çıxılmış 216 (iki yüz on altı) manatın X2 tərəfindən **********00080 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, ailə üzvləri ilə birgə yuxarıda qeyd olunan ünvanda yaşayır. ünvan 2ənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00080 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. Qaz sayğacı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə dəyişdirililərək smart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı Akt tərtib olunmuş və onlara verilmişdir. Həmin aktın surətini iddia ərizəsinə əlavə edir. Bir müddət sonra qaz sayğacının kartına ödəniş etdikdə ona məlum olmuşdur ki, Azəriqaz İB tərəfindən ona cərimə tətbiq olunmuş, və ödənişlərin bir hissəsi cəriməyə çıxılır. Cərimənin nə ilə əlaqədar olması barədə X1 müraciət olunduqda, ona cavab olaraq bildirmişlər ki, 2020-ci il tarixdə guya ona məxsus evin qaz sayğacı dəyişdirilərkən sayğacda qüsur olmuş və bu səbəbdən də 216 manat (iki yüz on altı) borc yaranmışdır. Hesab edir ki, X2 tərəfindən qeyd olunan borc əsassızdır. Belə ki, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin təbii X3nın pozulması haqqında aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Həmin aktın tərtib olunması isə onun iştirakı olmadan qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Həmin ******* nömrəli aktın surətini iddia Ərizəsinə əlavə edir. Azəriqaz İB tərəfindən əsassız olaraq ona yazılmış 216 manat məbləğində cərimə bugünə qədər smart karta yüklənilən məbləğlərdən çıxılmışdır. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 216 manatın X2 tərəfindən **********00080 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazisində yox, kənarda quraşdırmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00080 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1302AQ**********3 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02962-1 saylı Akta əsasən “sayğacın klapanı işlək deyil, sayğacın çıxış plastmas borusu deşilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 2160 m3 təşkil etmişdir. 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər cavabdeh həmin zərərin ödəniş etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00080 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazını bildirir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərə görə görə hesablanmış 216 manat borcun silinməsi tələbinə dair 2(009)- 1106/2024 saylı mülki iş üzrə etirazı və onun əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdiklərini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 17 noyabr 2020-ci il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında Aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlunun istifadəsində olan 1302AQ**********3 nömrəli sayğaca baxış keçirilmiş, Sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sayğacın çıxarılması səbəbi istismar müddətinin bitməsi olmuşdur. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. -Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən tərtib olunmuş 13 noyabr 2020-ci il tarixli, MSK 29/1710-02962-1 nömrəli “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktdan görünür ki, "Azəriqaz” İB-nin SOCAR**********3099710X02962 saylı, 07 sentyabr 2020-ci il tarixli telefonoqramına əsasən 14 sentyabr 2020-ci il tarixində BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş 1302AQ**********3 seriya nömrəli sayğaca 05 noyabr 2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi. Baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusu deşilib. -Dəymiş ziyanin bərpasına dair 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13 noyabr 2020-ci il tarixli 29/1710-02962-1 №-li Aktına əsasən G-4 markalı 1302AQ**********3 seriya nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməlidir. Qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 2160 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********00080 saylı abonentin saldosunun surətindən aydın olur ki, abonent Vəlı̇ yev Etı̇ bar Vəli oğluna 2020-ci ilin noyabr ayı üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 216 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanına dair 17 noyabr 2020-ci il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlunun istifadəsində olan sayğacın plastmas borusunun deşilməsi və müdaxilə edilməsi əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hesablanmış borc məbləği istehlakçının 2020-ci ilin noyabr ayı üzrə abonent saldosunda əks olunmuş, həmin məbləğ istehlakçı tərəfindən ödənilmiş məbləğlərdən tutulmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Müəyyən edilmişdir ki, abonent Vəlı̇ yev Etı̇ bar Vəli oğluna qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2020-ci il üçün 216 manat borc hesablanmış, həmin məbləğ X2 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə **********00080 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənilən məbləğlərdən çıxılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi və balansdan silinməsi əsassız və qanunsuz olmuşdur. Nəticədə cavabdeh əsassız varlanmışdır. Belə olan halda, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə iddiaçı Vəlı̇ yev Etı̇ bar Vəli oğlunun-abonent kodu **********00080 saylı abunə hesabından silinmiş 216 (iki yüz on altı) manat kart balansına geri yüklənməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzrə (Abonent kodu **********00080) cərimə kimi yazılmış və smart karta yüklənilən məbləğlərdən çıxılmış 216 (iki yüz on altı) manat məbləğində vəsait Cavabdeh tərəfindən **********00080 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına geri yüklənsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1106/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1106/2024
31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver