Məhkəmə qərarları › İş №2(009)-1107/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1107/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1107/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzilə (Abonent kodu **********00010) əsassız olaraq cərimə kimi yazılmış olan 486 manat borcun qalıq 134,4 (yüz otuz dörd manat qırx qəpik) manat hissəsinin X2 tərəfindən silinməsi və bugünə qədər əsassız olaraq hesabdan çıxılmış 351,6 (üç yüz əlli bir manat altmış qəpik) manat pul vəsaitinin **********00010 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birgə yuxarıda qeyd olunan ünvanda yaşayır. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00010 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəflərindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. Qaz sayğacları xx.xx.2019-cu il tarixdə X2 tərəfindən dəyişdirilərək smart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli Akt tərtib olunmuş və onlara verilmişdir. Bir müddət qaz sayğacının kartına mütəmadi olaraq ödəniş etdikdə ödədiyi məbləğin bir hissəsinin qaz sayğacına yüklənmədiyini müşahidə etdikdən sonra ona məlum olmuşdur ki, balansında borc yarandığı üçün ödənişlərin bir hissəsi çıxılır. Bu barədə tərəfindən X1 müraciət olunduqda, ona cavab olaraq bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə guya ona məxsus evin qaz sayğacı dəyişdirilərkən sayğacda qüsur olmuş və bu səbəbdən də 486 manat borc yaranmışdır. Hal hazırda 486 manat cərimə borcunun 351.6 manat hissəsi bugünə qədər smart karta yüklənilən məbləğlərdən çıxılmışdır və hazırkı qaz borcları 134,4 manat təşkil edir. Hesab edir ki, X2 tərəfindən qeyd olunan borc əsassızdır. Belə ki, sayğacın dəyişdirilərək onlara borc yazılması qanuna uyğun deyildir. Bir daha bildirir ki, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin təbii X3nın pozulması haqqında aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Həmin aktın tərtib olunması isə onun iştirakı olmadan qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Ona görə də hesab edir kı, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzilə əsassız olaraq borc kimi yazılmış olan 486 manatın, daha dəqiq desək bu günə qədər ödənilmiş 351,6 manat pul vəsaitinin smart tipli qaz sayğacının kart balansına yüklənməsi, qalan 134,4 manat cərimə kimi yazılmış pul vəsaitinin X2 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazisində yox, kənarda quraşdırmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o, və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və iddianın məzmununa uyöun izahat vermişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı öz etirazını ünvanlayaraq bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 130AZ**********608 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir.Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02154 saylı Akta əsasən “sayğacın yivli birləşmədən deformasiya və koroziya uğrayıb, sayğacın klapan işlək deyil, sayğacın çıxış plast mas borusu deşilib, qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı 30,10.2019-cu il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hes ablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4860 m3 təşkil etmişdir. Hesablanmış 486 manat məbləğində dəymiş ziyan 2019-cu ilin oktyabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00010 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 29/1710-02154 saylı rəyə əsasən 1302AZ**********08 nömrəli sayğacın çıxış plasmas borusu deşilib. Dəymiş ziyan hesablanmalı və ödənilməlidir. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən İddiaçı xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 4860 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, ev 16, mənzil 1 ünvanda qazdan istifadəyə görə 2019-cu ildən 486 manat məbləğində borc yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X3»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən abonent İddiaçı aid olan qaz sayğacın çıxış plasmas borusu deşildiyi üçün yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya 4860 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 486 manat borc onun abonent hesabından silinməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən X3nın pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X5 Reyestrinə (bundan sonra – X5 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 486 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməli və eləcə də əsassız olaraq hesabdan çıxılmış 351.6 manat pul vəsaiti **********00010 saylı tabonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, ev 16, mənzil 1 ünvan üzrə **********00010 saylı abonent hesabına hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin və əsassız olaraq hesabdan çıxılmış 351,6 (üç yüz əlli bir manat altmış qəpik) manat pul vəsaiti **********00010 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar