Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1112/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı - cavabehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğv olunması” barədə iddia tələbinə dair mülki işə 01 iyun 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər cavabehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında yekun protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 ASC iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək X1 26274,81 manat məbləğində əsas borcun və 2607,94 manat faiz borcu olmaqla, cəmi 28882,75 manat, ipoteka predmentinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-yə ödənilməsi İddiaçı Hafiz qızma məxsus Şirvan şəhəri, X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227, 7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128, 3 kv.m yardımçı sahəsindən ibarət 5 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmentinin hərracda satılması üçün ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsi, ipoteka pridmentinin hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənməsi, ipoteka predmenti hərracda satıldıqda X2, İddiaçı Hafiz qızının, X6mm və X3 Şirvan şəhəri X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227, 7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahəsindən ibarət 5 “A” saylı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)1588/2016 saylı, 11 may 2016-cı il rarixli qətnaməsi ilə (hakim X5) iddia qismən təmin edilmişdir. Qətnamədən narazı olduqlarından həmin qətnamədən apellasiya şikayəti vermişlər. Şirvan Apellasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli, 2(1061373/2016 saylı qətnaməsi ilə Şirvan şəhəri Məhkəməsinin qətnaməsi öz qüvvəsində saxlanılmışdır, şikayətləri təmin edilməmişdir. Buna baxmayaraq onlar hər ay bankın hesabına pul ödəmişlər. Onların banka cəmi 14182,75 manat borcları qalmışdır və həmin borcun da hissə-hissə ödənməsinə etiraz etməmişlər. Bunlara baxmayaqraq, ona məxsus X8 küçəsində yerləşən 47000 manatlıq ev , onların xəbəri olmadan hərracda 29963 manata satılmışdır. Hal-hazırda həmin mübahisəli evdə o ailəsi ilə, övladları və nəvələri ilə yaşayır. Onların başqa yerdə nə torpaq sahəsi, nə də evləri var. Özü də uzun müddətdir ki, şəkər xəstəsidir. Həyat yoldaşı X4 xəstədir. O yenə qeyd edir ki, həmin ev hərracda satılan vaxt onların xəbəri olmamış, ev satılan vaxt onlara təklif olunmamış və nə də ev satılan vaxt onlara heç bir rəsmi sənəd verilməmişdir. Hərracın nəticələri haqqında yekun protokolundan onların xəbərimiz olmamışdır. İpoteka predmeti olan evdən çıxarılsalar da bir yox , bir neçə ailənin yaşayışsız, mənzilsiz qalması halı baş verəcəkdir. Halbu ki, Konustitusiyaya əsasən Dövlət Azərbaycan Respublikası vətəndaşlarının yaşayış və mənzil hüquqlarının toxunulmazlığına təminat verir. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddələrinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 27 iyul 2017-ci il tarixli Y-400 nömrəli Hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Şirvan şəhəri, X7 küçəsi ev 5A və 0,06 ha torpaq sahəsi Cavabdeh3 ASC tərəfindən 29,963 manat məbləğində dəyəri ödənilməklə hərracdan əldə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli əqdin ləğv edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Qanunverciliyin də tələbindən göründüyü kimi müqavilənin ləğvini müqavilə tərəflərin biri tələb etmək hüququna malikdir. Hazirki işdə isə İddiaçı Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əqdin tərəfi kimi iştirak etmədiyindən sözügedən əqdin ləğvini tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki halda iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən 100 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun ləğv olunması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1112/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1112/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver