Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1116/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı – cavabdeh “X5 Mərkəzi” MMC-yə (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilən) qarşı “X8 protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “X5 Mərkəzi” MMC-yə (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilən) qarşı “X8 protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 xx xxx 2019-cu il tarixli, Y-135 nömrəli Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixində Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş edilərək X1 məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin ilkin satış qiyməti 48000 manat olmasına baxmayaraq, həmin məbləğ 25 faiz endirilərək 30600 manat müəyyənləşdirilmişdir. Hərracın nəticələri hazırkı qeyd etdiyi miibahisələndirdiyi Y-135 saylı protokolla rəsmiləşdirilmişdir. Bu barədə tərtib olunan protokolla satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması müəyyənləşdirilmişdir. X2 mənzilini hərrac vasitəsilə satarkən Hərrac Mərkəzi ona məlumat verməmişdir. Nəticə etibarilə o, evinin satışından belə xəbərdar olmamışdır. Qeyd etdiyi hallar ciddi qanun pozuntusudur. X8 protokol onun əmlakının yeni mülkiyyətçisini müəyyən edir və daşınmaz əmlakın dövlət reyestri tərəfindən müvafiq qeydlərin aparılmasına səbəb olur. Hesab edir ki, xx xxx 2019-cu il tarixli Y-135 saylı protokol yəni X8 hazırkı yekun protokol onun hüquqlarının pozulması ilə çıxarıldığından və qəbul edildiyindən etibarsız hesab edilməlidir. Çünki o, yekun qərarla bağlı eləcə də, hərracın keçirilməsi ilə bağlı məlumatlı deyildir. Bu hal ən pis halda onun hüquqlarını pozur. Odur ki, hazırkı protokolu yəni X8 çıxarılmış yekun protokolu əsassız hesab etməklə bərabər, onun məhkəmə qaydasında etibarsız hesab edilməsini əsaslı hesab edir. Hərrac Mərkəzi onun əmlakını satan zaman digər şəxsin mülkiyyəti hesab edən zaman həmin əmlakı hərracını keçirməmişdən qabaq onu xəbərdar etməli idi, yəni bu barədə müvafiq bildirişlə onu məlumatlandırmalı idi. Bu baxımdan da hazırkı iddia ilə mülkiyyəti barəsində çıxarılan hazırkı protokolun etibarsız hesab edilməsini istəyir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi barədə ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X5 Mərkəzi” MMC-nin nümayəndəsi X9 izahatında göstərmişdir ki, Yevlax rayon İcra və Probasiya Şöbəsinin 5162/1 nömrəli, xx.xx.2018-ci il tarixli sifarişinə əsasən “X5 Mərkəzi” MMC tərəfindən icra sənədi üzrə borclu İddiaçı məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin ilkin satış qiyməti 48000 manat olmaqla hərraca çıxarılmış, hərracın keçirilməsi barədə sifarişçiyə, tələbkara və borcluya bildiriş göndərilmiş və tərəflərin hərracın keçirilməsi barədə məlumatları olmuşdur. “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 30600 manat müəyyən edilməklə ipoteka saxlayan "xxxx" ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “xxxx” ASC-yə satılmasına dair alqı-satqı Müqaviləsi bağlanmış və X8 Y-135 saylı protokol tərtib edilmişdir. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müsəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X10 izahatında göstərmişdir ki, hazırda mübahisə predmeti olan Yevlax şəhəri, Natavan küçəsi 16 saylı ev ipoteka predmeti olduğundan hərraca çıxarılmış və hərrac zamanı Y-135 saylı X8 yekun protokol əsasında “xxxx” ASC tərəfindən alınmışdır. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iclasın vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş iddiaçı iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5 Mərkəzi” MMC-nin X8 xx.xx.2019-cu il tarixli, Y- 135 saylı yekun Protokolun surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 272/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və Yevlax rayon İcra və Probasiya Şöbəsinin 5162/1 nömrəli, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı ev 48000 (qırx səkkiz min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "X5 Mərkəzi" MMC-nin xx.xx.2019-cu il tarixli, Y-135 saylı X8 yekun Protokolu əsasında bağlanmış xx.xx.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 30600 (otuz min altı yüz) manata ipoteka saxlayan “xxxx” ASC-yə satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-272/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və Yevlax rayon İcra və Probasiya Şöbəsinin 5162/1 nömrəli, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Yevlax şəhəri, Natavan küçəsi 16 saylı ev 48000 (qırx səkkiz min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "X5 Mərkəzi" MMC-nin xx.xx.2019-cu il tarixli, Y-135 saylı X8 yekun Protokolu əsasında bağlanmış xx.xx.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 30600 (otuz min altı yüz) manata ipoteka saxlayan “xxxx” ASC-yə satılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi “X5 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracların tarixi, vaxtı, keçirilmə yeri, forması və predmeti barədə həm hərrac təşkilatı tərəfindən ipoteka qoyan İddiaçı bildirişlər təqdim edilməməklə ona məlumat verilməməsi və bununla da onun xəbəri olmadan əmlakının “İpoteka haqqında” Qanunun tələbləri pozulmaqla keçirilmiş hərrac vasitəsilə özgəninkiləşdirilməsi hallarına əsaslanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olmuş Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan cavabdeh “X5 Mərkəzi” MMC tərəfindən “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır - 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. - 41.3-cü maddəsinə əsasən Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. - 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. - 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 44-cü maddəsinin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-cı maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (MM-416.2) Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, cavabdeh tərəf xx xxx 2019-cu il tarixli hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlərin iddiaçıya çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hərracın təşkilatçısı olan cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixli hərracın yeri və vaxtı barədə onun lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun da hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə hesab edir ki, İddiaçı məxsus ipoteka predmeti olan Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin satılması ilə əlaqədar keçirilmiş hərrac zamanı “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalar cavabdeh “X5 Mərkəzi” MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilmədiyindən “X5 Mərkəzi” MMC-nin X8 xx.xx.2019-cu il tarixli, Y-135 saylı yekun Protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ipoteka predmeti olan Yevlax şəhəri, Natavan küçəsi 16 saylı evin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2019-cu il tarixli, Y-135 saylı X8 yekun Protokol etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İpoteka ipoteka predmeti olan Yevlax şəhəri, Natavan küçəsi 16 və 0,03449 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2019-cu il tarixli, Y-135 saylı X8 yekun Protokol etibarsız hesab edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-272/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1116/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1116/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver