Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1127/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, Maraqlı şəxsın nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Ərizəçi 03 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olub. Hazırda qızı onunla birgə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qızı 21-ci xromosomun trisomiyası, meyotik ayrılmama, DAUN xəstəliyi, orta kəmağıllıq imbesilliik kobud nitq və davranış pozuntuları ilə, İQ-38. Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özünü idarə edə bilmir. Ona görə də X1na qəyyum təyin olunmaq niyyətindədir. Bu barədə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik daimi komissiyası”na müraciət etmiş və ona şifahi olaraq bildirilmişdir ki, övladının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin oluna bilər. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçioğlu ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ 534619 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X10 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikah 633 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İV 796036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X10, ata qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə 21-ci xromosomun trisomiyası, meyotik ayrılmama, DAUN xəstəliyi, orta kəmağıllıq imbesilliik kobud nitq və davranış pozuntuları ilə, İQ-38 diaqnozu ilə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir (xx.xx.2030-cu ilədək). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 1945 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X4 “daun sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik davraniş pozuntuları ilə” (F71.1) aşkar olunur. Yoxlanılan şəxs X4 daun sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. M.Ərizəçiı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi X1 psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyi və özünü idarə edə bilmədiyi üçün qızına qəyyum təyin olunmaq üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X3 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli 1945 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə, X4 daun sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilmişdir. X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. M.Ərizəçi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1127/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1127/2024
05.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver