Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1128/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qardaşı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qardaşı X6 xx.xx.1961-ci il tarixdə dünyaya gəlmişdir. xx.xx.2019cu il tarixdə X6 insult keçirmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilən XT No 966 saylı epikrizə əsasən ona “sol beyin yarım kürəsində hemmoragik insult” diaqnozu qoyulmuşdur. Yanaşı xəstəlik olaraq isə “arterial hipertoniya xəstəliyi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş 017422 nömrəli əlillik vəsiqəsinə əsasən X4 xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. X6 xx.xx.2023-cü il tarixdə yenidən insult keçirmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi “M.Ə.Əfəndiyev adına X11” PHŞ tərəfindən verilmiş TSQ 027 nömrəli xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən X4 “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarım kürəsində hemmoragik insult”, yanaşı xəstəlik kimi “sol beyin yarım kürəsində keçirilmiş hemmoragik insultun qalıq əlamətləri və serebral ateroskleroz” diaqnozu qoyulmuşdur. Hazırda qardaşı X6 onunla birgə ünvan 1 ünvanında qeydiyyatdadır və orada birgə yaşayırlar. Qardaşı səhhəti ilə bağlı özünü idarə edə bilmir. Daimi yataq xəstəsidir, hərəkət edə bilmir. “M.Ə.Əfəndiyev adına X11” PHŞ tərəfindən verilmiş TSQ 027 nömrəli xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışda xəstənin kənar şəxsin köməyinə, baxımından ehtiyacı olduğu qeyd edilmişdir. Əgər səhhətinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilər və o, da onun qəyyumu təyin edilərsə, onun hüquqlarını həyata keçirə bilər. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1961-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi və X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olmuş, atası X5, anası X1r. İş üzrə Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1046 saylı arayışın surətindən görünür ki, X6 xx.xx.1961-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuş, atası X5, anası X1r. İş üzrə ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş 017422 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X6 2-ci qrup əlildir. İş üzrə Akademik Miqrasımov adına Respublika Klinik Xəstəxanasının 966 nömrəli xx.xx.2018ci il tarixli epikrizin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Sol beyin yarımkürəsində hemorragik insult. Sağ tərəfli hemiparez və motor afaziya ilə. Arterial hipertenziya” diaqnozu ilə stasionar müalicədə olmuş, yaşayış yeri üzrə nevroloqun nəzarəti məsləhət görülmüşdür. 2023-cü ildə təkrarən insult keçirmişdir. İş üzrə M.Ə.Əfəndiyev adına X11 PŞH-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində hemorragik insult, beyin ödəmi. Sol tərəfli hemiplegiya. Sağ tərəfli dərin hemiparez. Sol beyin yarımkürəsində keçirilmiş hemorragik insultun qalıq əlamətləri. Serebral ateroskleroz” diaqnozu təyin edilmişdir. İş üzrə 33 No-li Şəhər Poliklinikasının ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə müayinədə olmuş və ona “Damar mənşəli demensiya. Dərin ağıl zəifliyi. Dəfələrlə keçirilmiş insult mənşəli.Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu təyin edilmişdir. Həmin tibbi sənəddə X3 “dərin əqli gerilik” müşahidə olunduğu qeyd olunmuşdur. İş üzrə təyin edilmiş qiyabi sənədlər üzrə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2038 saylı rəyinə əsasən X3 damar mənşəli (baş beyinin insultu nəticəsində) dərin demensiya qeyd olunur. X3 beyin qan dövranının pozulması nəticəsində yaranmış “demensiya” (ağıl zəifliyi) onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmişdir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 Ərizəçi, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X3 beyin qan dövranının pozulması nəticəsində yaranmış “demensiya” (ağıl zəifliyi) müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Elmidar Quliyevin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olubolmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz.Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X3 beyin qan dövranının pozulması nəticəsində yaranmış “demensiya” (ağıl zəifliyi) müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X3 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 06 fevral 1961-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1128/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1128/2024
09.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver