Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-114/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socarın İddiaçı istismarında olan Bibiheybətünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda olan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildimişdir ki, ünvan 1 ünvanında yerləşən tikili qanunsuz olsa da, neft boru kəmərinin mühafizə zonasında yerləşmir. Onların yaşadıqları tikilinin neft-qaz boru kəmərinin mühafizə zonasına düşüb-düşməməsi barədə müxtəlif qurumların nümayəndələri tərəfindən ölçülər aparılmış və onlara şifahi olaraq bildirilmişdir ki, yaşadıqları tikili neft-qaz boru kəmərinin mühafizə zonasına düşmür. Bu səbəbdən iddia ərizəsinin əsassız olduğunu hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı X5 NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib olunmuş 31.05.2020-ci il tarixli aktdan görünür ki, 30.05.2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi Bildiriş № 5 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X5 istismarında olan Bibiheybətünvan 3al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr aralı məsafədə ünvan 1 ünvanda X9 məxsus olduğu iddia edilən torpaq sahəsində tikinti işləri aparılmışdır. İşlərin dayandırılması və sökülməsi barədə Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın atıcıları tərəfindən yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq vətəndaş, heçbir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı X5 NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən tərtib olunmuş sxemdən görünür ki, ünvan 1 ünvanında hasar tikintisi Bibiheybət-ünvan 3al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr aralı məsafədə tikilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı tərəfindən X9 ünvanlanmış 30.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1-ünvan 3al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr məsafədə tikinti işlərinin aparılmasının yolverilməzliyi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili Üzrə Dövlət Agentliyi tərəfindən SOCAR-ın İddiaçınə ünvanlanmış 23.07.2020-ci il tarixli, **********40 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı istismarında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0,961-ci km-də kəmərdən 48,2 m aralı məsafədə, kəmərin mühafizə zonasına aid ərazidə, ünvan 4 ünvanında vətəndaş Cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin sökülməsinə və ərazinin boşaldılmasına köməklik göstərilməsi barədə 19 iyun 2020-ci il tarixli, **********30490075X00676 saylı müraciətinizə X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış və müraciətdə adı çəkilən vətəndaş Cavabdeh tərəfindən sözügedən ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Belə ki, iddiaçı iddia edir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən də görünür ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair 2(009)-1489/2020 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2020-ci il tarixli, 10/3255 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan 31.05.2020-ci il tarixli akta əsasən ünvan 5 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin Bibiheybət-ünvan 3al Dş-300 neft kəmərindən 48.2 metr məsafədə yerləşdiyi müəyyən edilir. ünvan 5 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin mülki iş materiallarında olan 31.05.2020-ci il tarixli akta əsasən neft kəmərindən 48.2 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair 2(009)-1141/2021 saylı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 10/1107 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci kmdə keçən magistral neft kəmərindən 52 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikilinin neft kəmərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılmasını” qeyd etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sonuncu ekspert rəyi ilə ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan Bibiheybət-ünvan 3al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci kmdə keçən magistral neft kəmərindən 52 metr aralıda yerləşdiyi, həmin tikilinin neft kəmərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması və iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 150 (bir yüz əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 150 (bir yüz əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 150 (bir yüz əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-114/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-114/2021
17.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver