Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1142/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ə.M.Şaxtaxtinskinin iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı İstismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,5-ci km-də, kəmərdən 4-5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında yerləşən çardağın alt hissəsində natamam tikilinin üzərində xx.xx.2020-ci il tarixdə təqribən uzunluğu 5 metr və hündürlüyü 1 metr olan yeni tikinti işlərinin aparıldığı əməkdaşları tərəfindən aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,5 km.-də, kəmərdən 4-5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında olan çardağın alt hissəsində natamam tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəisi C.Hüseynsoy tərəfindən SOCARİ-ın İddiaçı Qaradağ İstehsalat Bölümünün rəisi H.Q.Məmmədova ünvanlanmış xx.xx.2020ci il tarixli 82 No-li bildirişdən görünür ki, SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının nəzarət etdiyi Şirvan-Böyükşor Dş500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət-Yasamal DŞ 300mm-lik neft kəmərinin 0,5-ci km-liyində, kəmərdən təqribən 4-5 metr aralıda, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh aid olduğu iddia edilən və həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında, həmçinin çardağın alt hissəsində natamam tikilinin üzərində xx.xx.2020-ci il tarixdə təqribən uzunluğu 5 metr və hündürlüyü 1 met olan yeni tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Mövcud işin qanunazidd olduğu vətəndaşa izah edilmiş və sökülməsi barədə tikinti işlərini aparan şəxsə (Cavabdeh) şifahi və yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş üzrə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın Qaravul rəisi tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə 9 saylı qaravolun 1-ci iş növbəsində xidmət apardıqları müddətdə 25-26 saylı post (NN) Şirvan-Böyükşor neft kəməri 92-1152 km və kəmərə birləşən Bibiheybət təxminən 5 metr aralı 12.40-da köhnə mövcud yaşayış yerinin, ön hissəsində mövcud olan yan divarını uzunluğu 5 m. hündürlüyü 1 metr olan əlavə höryü tərəfindən aşkarlandı və ev sahibinə yazılı xəbərdarlıq edildi. İş üzrə xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəisi C.Hüseynsoyun təqdim etdiyi 82 No-li Bildiriş əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Qaradağ İstehsalat Bölümünün İstismarında olan Bibiheybət-Yasamal Dş300 neft kəmərinin 0,5-ci km-də kəmərdən 4-5 metr aralı məsafədə Səbail rayonu, Bayıl qəsəbəsi, A.Abbaszadə küçəsi, ev 1101 ünvanda qeydiyyatda olan Cavabdeh aid olan ünvanda tikinti işlərinin aparılması aşkarlanmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1593 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Cavabdeh həyətyanı sahədə yaşayış evinin qarşısında olan çardağın alt hissəsində yerləşən tikilinin tikintisi tam başa çatmış, lakin təmirsiz vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin həyətyanı sahəsində inşa olunan yaşayış evinin qarşısında olan çardağın alt hissəsində yerləşən tikili ilə magistral neft kəməri arasında olan məsafənin 8,60 metr təşkil etdiyi müəyyən edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,5-ci km-də, kəmərdən 4-5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh tərəfindən həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında yerləşən çardağın alt hissəsində natamam tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh həyətyanı sahəsində inşa olunan yaşayış evinin qarşısında olan çardağın alt hissəsində yerləşən tikilinin tikintisi tam başa çatmış, lakin təmirsiz vəziyyətdə olan həmin tikili ilə magistral neft kəməri arasında olan məsafənin 8,60 metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili magistral neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. AR Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin həyətyanı sahəsində inşa olunan yaşayış evinin qarşısında olan çardağın alt hissəsində yerləşən tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında inşa olunduğundan, həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,5-ci km-də, kəmərdən 8,6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin qarşısında olan çardağın alt hissəsində natamam tikili Cavabdeh vəsaiti hesabına sökülsün və cavabdeh həmin ərazidən çıxarılsın. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1142/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1142/2020
10.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver