Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-115/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ş.B.Əmirxanlının iştirakı ilə İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı İstismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0.510-cu km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili aşkar edilmişdir. Neft boru kəmərinin strateji dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,510-cu km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1, ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda tikintiquraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Əmirxanlı Şadman Baloğlan oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Neft Kəməri” X2 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühafizəsi Z.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi 15 No-li Bildiriş əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Bibiheybət-Yasamal Dş300 neft kəmərinin 0,510cu km-də kəmərdən 6 metr aralı məsafədə Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi ünvanda qeydiyyatda olan Cavabdeh aid olan ünvanda tikinti işlərinin aparılması aşkarlanmışdır. İşin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq işlər davam etdirilir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/2224 saylı rəyinə əsasən Cavabdeh yaşadığı ünvan 2 ünvanında inşa edilmiş metal hasarla yeraltı neft kəməri arasındakı məsafə təxminən 6 metr, evlə təxminən 12 metr, yeni tikili adlandırılan üç daş hündürlüyündə olan tikili ilə isə təxminən 9 metrdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,510-cu km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında inşa edilmiş metal hasarla yeraltı neft kəməri arasındakı məsafə təxminən 6 metr, evlə təxminən 12 metr, yeni tikili adlandırılan üç daş hündürlüyündə olan tikili ilə isə təxminən 9 metr təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili magistral neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının sökülməsini xahiş etdiyi və cavabdeh tərəfindən yeni aparılan tikilinin kəmərdan 6 metr məsafədə yerləşməsini göstərsə də, ekspert rəyi ilə həmin məsafənin 9 metr olması müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,510-cu km-də, kəmərdən 9 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yerləşən özbaşına tikili Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-115/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-115/2021
27.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver