Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1151/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, “X2 Mərkəzi” MMC-yə (3-cü şəxs ƏMDK DƏDRX 9 saylı Ərazi İdarəsi) qarşı «hərracın keçirilməsinə dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, “X2 Mərkəzi” MMC-yə (3-cü şəxs ƏMDK DƏDRX 9 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayonun Kiçik Pirəli kəndində yeləşən 0,10 ha ölçüsündə həyətyanı torpaq sahəsinin satılmasına dair açıq hərracın yekunları barədə 03 iyun 2021-ci il tarixdə tərtib olunmuş 124 nömrəli protokolu və 03 iyun 2021-ci il tarixli həmin daşınmaz əmlakın alğı-satqısı barədə müqaviləni etibarsız hesab edilməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, Qəbələ rayonun Kiçik Pirəli kəndində yeləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində, 61 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində, daşınmaz əmlakın **********19 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qeydiyyata alınması barədə ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Kiçik Pirəli kənd sakini xx.xx.1982-ci il təvəllüdlü X20 iddiaçının əridir. O, X20 ilə 04 may 2006-cı il tarixdən nikaha daxil olmaqla hazırda da, ailə kimi yaşayırlar. Birgə nikahdan 25 avqust 2009-cu il təvəllədlü X21 və 10 oktyabr 2010-cu il təvəllüdlü X22 adlarında övladları var. 17 aprel 2013-cü il tarixdə o və əri X4 rayon, Kiçik Pirəli bələdiyyəsinin sədri X8 Kiçik Pirəli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəsini 1000 (bir min) manata almışdır. Həmin torpaq sahəsi onun və ərinin ümumi gəliri hesabına alınmışdır. Faiq əri olduğu üçün həmin torpaq sahəsinin alğı-satqısı ilə bağlı bütün rəsmiləşdirmə işlərini özü aparmışdır. Belə ki, həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə ******* №-li seriya RX Çıxarışla Qəbələ Ərazi İdarəsi tərəfindən əri X13 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 Bank Olmayan Kredit X27 Cəmiyyəti ilə əri Faiqin tanışı X18 arasında bağlanmış xx.xx.2014-cü iİ tarixli, KAGab 124852/14 sayli kredit müqaviləsinə əsasən Əhməd İsgəndərova 30 ay müddətinə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. X36 müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və nəticədə 15477,03 (on beş min dörd yüz yetmiş dollar üç sent) borc bu günə kimi ödəməmişdir. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icasına təminat olaraq Cavabdeh2 Bank Olmayan Kredit X27 Cəmiyyəti və əri X20 arasında xx.xx.2014-cü il tarixli, KAGab 124852/14 saylı zaminlik müqaviləsi bağlamışdır. Belə ki, Faiq İbadullayev ona heç bir məlumat vermədən və razılığı olmadan zamin kimi borc alan Əhməd İsgəndərovun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Nəticədə borc alan Əhməd İsgəndərov üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh2 Bank Olmayan Kredit X27 Cəmiyyəti X7, X9 və X3 müştərək qaydada cəmi 1320,03 (on üç min iki yüz bir dollar üç sent) ABŞ dollarının tutulması barədə iddia tələbi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ rayon Məhkəməsi tərəfindən həmin tələbin təmin edilməsi ilə bağlı (025)-27/2018 saylı 04 aprel 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. 14 mart 2019cu il tarixdə (025)-27/2018 saylı qətnamə üzrə çıxarılmış icra vərəqəsini icra etmək məqsədi ilə Qəbələ rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. 12 fevral 2020-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin İcra X39 borclular X14, X16 və X6 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan məlumat alan kimi, yuxarıda qeyd olunan təqdimatda əri Faiq İbadullayevlə ümumi birgə mülkiyyətlərindəki Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması Qəbələ rayon Məhkəməsi (hakim Elman İsayev) 12 fevral 2020-ci il tarixli 8(025)-21/2020 saylı Qərardadı ilə təmin etmişdir. Bundan narazı olan Faiq İbadullayev ona bununla bağlı məlumat vermədən həmin qərardaddan şikayət vermişdir. Qəbələ rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 8(025)-21/2020 nömrəli qərərdadı ilə X13 şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 avqust 2020 tarixli 8(107)-33/2020 saylı qərardadı ilə 12 fevral 2020-cı il tarixli 8(025)-21/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 12 mart 2020-ci il tarixli 8(025)-2120 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan Qəbələ rayon İcra və Probasiya Şöbəsi həmin torpaq sahəsinin hərrac vasitəsi ilə satışının keçirilməsinin xahişi ilə №1126/6 saylı, xx.xx.2021-ci il tarixli sifarişi ilə «X2 Mərkəzi» MMC-yə müraciət etmişdir. Bunun əsasında «X2 Mərkəzi» MMC tərəfindən hərraclar təşkil olunmuşdur. Hərracın nəticələri haqqında 03 iyun 2021-ci il tarixli YP №124 saylı Protokolundan göründüyü kimi, həmin torpaq sahəsinin Cavabdeh2 BOKT MMC tərəfindən alış qiyməti 7000 (yeddi min) manat olmuşdur. 03 iyun 2021-ci il tarixdə «X5 Mərkəzi» MMC və Cavabdeh2 BOKT MMC arasında həmin əmlakın alğısatqısı barədə müqavilə bağlanmış bu müqavilə əsasında satıcı «X2 Mərkəzi» MMC-nin direktoru X15 əmlakın alıcı Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X1 və istifadəsinə verməyi, alıcı isə əmlakı qəbul etməyi öhdələrinə götürmüşlər. Belə ki, məlumatı və razılığı olmadan əri Faiq İbadullayevlə ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəsi olan daşınmaz əmlak reyestr nömrəsi **********9, qeydiyyat nömrəsi ********** olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində Cavabdeh2 BOKT MMC-nin adına qeydə alınmışdır. Məlumat alan kimi o, əri Faiq İbadullayevlə ümumi birgə mülkiyyətimizdə olan Qəbələ rayonun Kiçik Pirəlli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəşi üzərinə həbs qoyulması Qəbələ rayon Məhkəməsi (hakim Elman isayev) 12 fevral 2020-ci il tarixli 8(025)-21/2020 saylı Qərardadının ləğv edilməsi üçün qərardaddan maraqlarına toxunan üçüncü şəxs kimi müraciət etmişdir. Qəbələ rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şitkayəti təmin edilməmiş və şikayət işlə birlikdə Şəki Apeliyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 8(107)- 67/2021 saylı qərardadı ilə 12 fevral 2020-cı il tarixli 8(025)-21 /2020 nömrəli və onun əsasında qəbul edilmiş 12 avqust 2021-ci il tarixlii qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hərrac keçirilən vaxt həmin torpaq sahəsinin mülkiyyətçisi olduğu halda hərrac onun məlumatı və iştirakı olmadan təşkil olunmuş və keçirilmiş, bu torpaq sahəsi dəyərindən ucuz qiymətə satılmış və torpaq sahəsini alan isə onu ucuz qiymətə almaqda maraqlı olan alıcı Cavabdeh2 BOKT MMC olmuşdur. Hərrac keçirilən vaxt qeyd olunan torpaq sahəsinin əri ilə birgə nikah dövründə ümumi gəlirləri hesabına aldıqları üçün, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən bu əmlakın F.İbadullayevin adına reyestrdə qeydə alınmasından asılı olmayaraq torpaq sahəsinin onların ümumi birgə mülkiyyətində olduğu nəzərə alınmamışdır. Ailə Məcəlləsinin tələblərinə görə, kredit ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə məhkəmə tərəfindən həyata keçiriməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətində əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Üzərinə həbs qoyulmuş mövcud torpaq sahəsində payının bərabər, yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyini nəzərə almaqla həmin payının bərabərdən daha çox hesab olunması da, hərrac keçirilən vaxt nəzərə alınmamışdır. Ər-arvadın birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər, ümumi əşya olan torpaq sahəsinin bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilərdi. Bu xüsasat da, hərrac keçirilən vaxt nəzərə alınmamışdır. İddiaçı 03 iyun 2021-ci il tarixli hərracın nəticələri haqqında YP№124 saylı protokoldan, həmçinin 03 iyun 2021-ci il tarixli əmlakın alğı-satqısı barədə müqavilənin və mövcud torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın Cavabdeh2 BOKT MMC keçməsindən məlumatı olmamışdır. Onun Cavabdeh2 BOKT MMC-nin borclularla bağladığı kredit müqaviləsinədə tərəf kimi iştirak etməməyi və bununla da bu kredit müqavilə üzrə heç bir vəzifəsinin olmamağını nəzərə alaraq əri F.İbadullayevlə ümumi birgə mülkiyyətlərində olan bu torpaq sahəsinin Cavabdeh2 BOKT MMC-nin mülkiyyətinə əvəzsiz keçməsi absurd kimi qiymətləndirilməlidir. Hərrac keçirilərkən İddiaçı mülkiyyət hüquqları kobud surətdə pozulmuş, Cavabdeh2 Bank Olmayan Kredit X27 Cəmiyyətinə faktiki kredit borcu olan borclular X18 və X10 borc öhdəliklərinin icra olunmasından tam kənarda qalmışlar. Yuxarıda qeyd olunan borc müqaviləsində tərəf kimi iştirak etməməsinə və həmin borc öhdəliyinin ödənilməsi ilə bağlı onun heç bir vəzifəsi olmadığına baxmayaraq əri ilə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi xəbəri və məlumatı olmadan özgəninkiləşdirilmişdir. Faktiki olaraq qanunvericilikdə nəzərdə tutulmayan əsaslara görə ona aid olmayan öhdəliklər üzrə tutmanın ona məxsus əmlaka yönəldilməsi nəticəsində qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu itirmişdir, həmin əmlak ondan əvəzsiz alınaraq müsadirə olunmuşdur. Bu da, onun iki azyaşlı uşağı ilə birlikdə ağır duruma düşməyinə səbəb olmuşdur. Buna görə də həmin 03 iyun 2021-ci il tarixli hərracın nəticələri haqqında YP№124 saylı protokol və 03 iyun 2021-ci il tarixli əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilməli və Cavabdeh2 BOKT MMC-nin adına verilmiş Çıxarış ləğv olunmalıdır. Beləliklə ərizəyə əlavə edilmiş sübutlarla müəyyən edilmişdir ki, borclu İbadullayev Faiqlə ümumi gəlirləri hesabına nikah dövründə əldə edilmiş və həmin əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq onların ümumi birgə mülkiyyəti sayılan Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,10 ha ölçüsündə həyətyanı torpaq sahəsinin Qəbələ rayon İcra və Probasiya Şöbəsinin №1126/6 saylı, xx.xx.2021-ci il tarixli Sifarişi əsasında hərrac vasitəsi ilə satışının keçirilməsinin xahişi ilə 03 iyun 2021-ci il tarixdə açıq hərrac təşkil olunmuşdur. Ancaq hərracın təşkilatı tərəfindən iddiaçıya bildirişlər göndərilməmiş, torpaq sahəsinin mülkiyyətçisi kimi belə bir hərracın keçirilməsindən xəbərsiz olmuşdur, eyni zamanda həmin torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı onun mülkiyyətçi kimi keçiriləcək hərracda iştirakı təmin edilməmişdir. Nəticədə onun borclu Faiq İbadullayevlə ümumi birgə mülkiyyətilərində olan Qəbələ rayonun Kiçik Pirəli kəndində yeləşən 0,10 ha ölçüsündə həyətyanı torpaq sahəsi ilkin satış qiyməti 10 000 min manat olmuşdur. Keçirilən ilkin və təkrar hərraclar baş tutmadığına görə Qəbələ rayon icra və Probasiya Şöbəsi ilə hərracın təşkilatçısı arasından bağlanmış müqaviləyə əsasən əmlakın qiyməti ilkin satış qiymətindən birinci təkrar hərracda 10%, ikinci təkrar hərracda 20% aşağı düşdü, üçüncü təkrar hərracda isə 30 % aşağı qiymətə Cavabdeh2 BOKT MMC tərəfindən 7000 (yeddi min) manata alınmışdır. Tələbkar Cavabdeh2 BOKT MMC 7000 (yeddi min) manat qiymətə həmin əmlakı qəbul edərək balansına götürmüş və Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəsi mülkiyyət hüquq ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində Cavabdeh2 BOKT MMC-nin adına qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, hərracın keçirilməsi zamanı iddiaçıya məxsus olan daşınmaz əmlakın satılması Azərbaycan Respublikası Konstitusiyasının, insan Hüquqların və X19 Haqqında Konvensiyasının (Avropa Konvensiyasının) 1 saylı Protokolunun 1-ci maddəsinin, Azərbaycan Respublikası Torpaq Məcəllənin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, X11 və onun ümumi birgə mülkiyyətində olan Qəbələ rayonun Kiçik Pirəli kəndində yeləşən 0,10 ha ölçüsündə həyətyanı torpaq sahəsinin satılmasına dair açıq hərracın yekunları barədə 03 iyun 2021-ci il tarixdə tərtib olunmuş 124 nömrəli protokol və həmin tarixli bu torpaq sahəsinin alğı- satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, həmin daşınmaz əmlakın mülkiyyətçisi olduğu halda qeyd olunan hərracın keçirilməsi ilə bağlı ona qanunla müəyyəm olunmuş qaydada bildiriş göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə mülkiyyət hüquqlarının pozulması ilə və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun itirilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənləri, həmçinin Qəbələ rayonun Kiçik Pirəii kəndində yeləşən 0,10 ha ölçüsündə həyətyanı torpaq sahəsinin satılmasına dair açıq hərracın yekunları barədə 03 iyun 2021ci il tarixdə tərtib olunmuş 124 nömrəli protokolun və bu daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Qəbələ rayonun Kiçik Pirəli kəndində yeləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində, 61 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində, daşınmaz əmlakın **********19 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli qeydiyyata alınması barədə ********** nömrəli çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə onun əri X20 17 aprel 2013-cü il tarixdə Qəbələ rayon, Kiçik Pirəli kəndində yerləşən 0,1 ha ölçüsündə həyətyanı torpaq sahəsini 1000 manata almışdır. Həmin torpaq sahəsi onun və ərinin ümumi gəliri hesabına alınmışdır. Sonradan həyat yoldaşı onun tanımadığı bir şəxsə bank qarşısında zamin durmuşdur. Əsas borclu öhdəliyi icra etmədiyindən zaminin əmlakına yönəldilmişdir. Beləliklə əmlak hərracda satışa çıxarılmışdır. Məlumat alan kimi o torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Qəbələ rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün qərardaddan maraqlarına toxunan üçüncü şəxs kimi müraciət etmişdir. Qəbələ rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlamışdır. İddiaçının hüquqları pozularaq onun razılığı olmadan əmlak satıldığından iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X23 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Borc ödənilmədiyi üçün məhkəməyə müraciət olunmuş, borcun tutulması barədə qətnamə qəbul edilmişdir. Borcluların adına olan əmlaklara həbs qoyulması barədə icra məmuru təqdimatla müraciət etmiş və təmin olunmuşdur. Bundan sonra icra şöbəsi hərracın keçirilməsi ilə bağlı «X2 Mərkəzi» MMC-yə müraciət etmiş, torpaq sahəsi hərrac vasitəsilə satılmışdır. İddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İ seriyalı, 226010 saylı 04 may 2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X20 arasında 04 may 2006-cı il tarixdə Qəbələ rayon Kiçik Pirəli kənd İƏV-də nikah bağlanmışdır. İş materiallarında olan 17 aprel 2013-cü il tarixli Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsindən görünür ki, Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha torpaq sahəsi satıcı qismində həmin kənd bələdiyyəsinin sədri X24, alıcı qismində isə X20 olmaqla 1000 manata satılmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı DƏDRX Qəbələ Rayon Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X13 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-27/2018 saylı Qətnaməsindən görünür ki, X7, X9 və X3 müştərək qaydada "xxxx" Bank Olmayan Kredit X27 Cəmiyyətinin xeyrinə 9697.03 (doqquz min altı yüz doxsan yeddi dollar üç sent) ABŞ dolları əsas borc, 3454.00 (üç min dörd yüz əlli dörd) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13201.03 (on üç min iki yüz bir dollar üç sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, həmçinin iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 21 (iyirmi bir) manat məbləğində pul tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər X7, X9 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(025)- 21/2020 saylı Qərardadından görünür ki, X13 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Pirəli kəndində yerləşən 0.16 və 0,1 ha həyatyani torpaq sahələrinə, Qəbələ şəhərində yerləşən 0.16 ha tormaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli, 124 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Kiçik Pirəli kəndində yerləşən 0,1 ha torpaq sahəsi Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin 1126/6 saylı, xx.xx.2021-ci il tarixli sifarişi əsasında Cavabdeh2 BOKT MMC tərəfindən 7000 manata alınmışdır. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli Əmlakın Alğı-satqı Müqaviləsindən görünür ki, Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha torpaq sahəsi satıcı qismində “X2 Mərkəzi” MMC-nin direktoru X15, alıcı qismində isə Cavabdeh2 BOKT MMC olmaqla 7000 manata satılmışdır. İş materiallarında olan DƏDRX-nin Çıxarışından görünür ki, Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 BOKT MMC-nin adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 41-ci maddəsinin 1-ci bəndinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci bəndinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 45.7-1-ci bəndinə əsasən tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Həmin Qanununun 45.8-ci bəndinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Qanunun qeyd edilən tələblərindən görünür ki, məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq barədə icra məmuru tərəfindən qərar qəbul edilir. Məhkəmə hesab edir ki, nə qədərki məcburi icra tədbiri kimi borclunun əmlakının satılması barədə icra məmurunun qərarı mübahisələndirilməyib iddiaçının tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hazırda əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1151/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1151/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver