Məhkəmə qərarları › İş №2(009)-1154/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1154/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1154/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satılmış mənzillərin ümumi dəyəri ******* (dörd milyon yüz əlli yeddi min səkkiz yüz iyirmi beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (X3 - 50 manat - 50 pay haqqı 50%, X7 - 20 manat, 20 pay haqqı - 20%, X4 - 5 manat, 5 pay haqqı - 5%, Cavabdeh1 - 5 manat, 5 pay haqqı - 5% və X8 - 20 manat, 20 pay haqqı - 20%) “İddiaçı ” Mənzil-Tikinti Kooperativini təsis etmişlər. İddiaçı Mənzil-Tikinti Kooperativi ünvan 2 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi “xxxxxxxxx” MMC ilə İddiaçı MTK arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə ******* (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi “xxxxxxxxx” MMC ilə İddiaçı MTK arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “şəhər incisi” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri Cavabdeh1, X6 və onun qardaşı Cavabdeh2 Təmiraz oğlu, X7 tərəfindən aparılması, X2 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin Cavabdeh1 Taryel oğluna verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X5 tərəfindən kooperativin digər üzvü Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. Əlavə olaraq bildirir ki, etibarnamə “xxxxxxxxx” MMC ilə İddiaçı MTK arasında bağlanmış müqavilədən 6 ay qabaq verilmişdir. İddiaçı MTK-nın üzvü X5 tərəfindən İddiaçı MTK-nın digər üzvü Cavabdeh1 verilən xx xxxxxx 2018-ci il tarixli 7E- 1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən Cavabdeh1 sifarişçi təşkilat olan “xxxxxxxxx” MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. Cavabdeh1 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X5 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 Taryel oğlu və Cavabdeh2 Təmiraz oğlu əlbir olaraq sifarişçiyə məxsus olan 38 ədəd mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır.Daha sonra diqqətə çatdırır ki, Cavabdeh1 Taryel oğlu və Cavabdeh2 Təmiraz oğlu hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər.Cavabdeh1 hal-hazırda ölkə hüdudlarından kənardadır.Belə olan halda müqavilədə göstərilən vətəndaşların hüquqları qorunmaqla, cavabdeh tərəfindən satılmış, 38 ədəd mənzillərin dəyərini ******* (dörd milyon yüz əlli yeddi min səkkiz yüz iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MTK-ya ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-in 259.0.6-cı maddəsinə əsasən Cavabdeh1 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaçının nümayəndəsinin iştirakı olmadan işə Cavabdeh2 aid hissədə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş Nizamnəməsindən görünür ki, kooperativ üzvləri X3 - 50 manat, 50 pay haqqı, 50%, X7 - 20 manat, 20 pay haqqı, 20%, X4 - 5 manat, 5 pay haqqı, 5%, Cavabdeh1 - 5 manat, 5 pay haqqı, 5% və X8 - 20 manat, 20 pay haqqı, 20% olmaqla “İddiaçı ” Mənzil Tikinti Kooperativini təsis etmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 3 A mənzil 63dür. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Mənzil Tikinti X1 - 50%, X7 - 20%, X4 - 5%, Cavabdeh1 - 5% və X8 - 20% paya sahibdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və X3 - 50%, X7 - 20%, X4 - 5%, Cavabdeh1 - 5% və X8 - 20% paya sahibdirlər. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “satılmış mənzillərin ümumi dəyəri ******* (dörd milyon yüz əlli yeddi min səkkiz yüz iyirmi beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-ya verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. İddia tələbinin əsasını AzərbaycanRespublikasının MülkiMəcəlləsinin152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.5, 262.1, 362.2, 365, 567, 329.1, 386.1, 389.1 və 739.1cimaddələri təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçı cavabdehlərə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “pul” tələbinə dair iddiası Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “pul” tələbinə dairiddiası Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar