Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1156/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı – cavabdeh Bakı şəhəri 46 saylı Notariat ofisinə (Cavabdeh1 3-cü şəxs qismində göstərilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Notariat ofisinə (X3 3-cü şəxs qismində göstərilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, 31 mart 2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə”nin və 31 mart 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X4 27.07.2020-ci il tarixdə ölmüşdür. ünvan 1, mənzil 9 X2 xüsusi mülkiyyətində olmuşdur. Onun 5 uşağı var. Məcburi pay müəyyən edilərkən, notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmamış və digər vərəsələr nəzərə alınmadan iddiaçıya və 3-cü şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 3-cü şəxsin sağ olması barədə məlumat yoxdur. Onun adından məcburi payı etibarnamə əsasında X8 qəbul etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 15 mart 2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, 31 mart 2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, 31 mart 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, ünvan 1, mənzil 9-un 1/4 hissəsinə X3 adına verilmiş çıxarışın ləğvi və 21.09.2018-ci il tarixdə 2V-769 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən miras əmlaka daxil olan ünvan 1, mənzil 9-da vəsiyyət üzrə vərəsə İddiaçı və məcburi pay tələb edən Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iş üzrə 3-cü şəxsin məcburi pay hüququna hörmətlə yanaşır və onun bu hüququnu tanıyırlar. Miras qoyanın 3-cü şəxsdən və iddiaçıdan başqa sağ olan digər vərəsələri miras əmlakı qəbul etmək üçün notariusa müraciət etməmişlər. Bu səbəbdən o şəxslərin payları vəsiyyətnamə üzrə vərəsəyə çatmalıdır. Cavabdeh 46 saylı NK ərizə ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 3-cü şəxs məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Səbail rayon qeydiyyat Şöbəsinin 31.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 2 bacısı və 2 qardaşı vardır: X7, Cavabdeh1, X5 və X6. 15.03.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh1 tərəfindən 1/4 hissədə miras əmlak kimi qəbul edilmişdir. 31.03.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı tərəfindən 1/4 hissədə miras əmlak kimi qəbul edilmişdir. 31.03.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı tərəfindən 2/4 hissədə miras əmlak kimi qəbul edilmişdir. 21.09.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1, mənzil 9-un 1/4 hissəsi 46 saylı DNK-nın 2v-35 reyestr nömrəli 15.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına 17.03.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 27 iyul 2020-ci il tarixdə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil miras qalmışdır. İddiaçı və 3-cü şəxs Cavabdeh1 vərəsəlik işi açıldıqdan sonra notariusa ərizə ilə müraciət etmiş və miras əmlaka dair şəhadətnamə əldə etmişlər. Lakin iş materialları ilə təsdiq olunur ki, miras qoyanın İddiaçı və Cavabdeh1 başqa da qanun üzrə vərəsələri mövcuddur. Notarius isə öz növbəsində vərəsəlik işini apararkən miras əmlakda məcburi payı olan şəxslərin əhatə dairəsini yoxlamamış və həmin şəxsləri miras əmlakı qəbul etmək üçün dəvət etməmişdir. Eyni zamanda iş materiallarında miras qoyanın digər qanun üzrə vərəsələrinin miras əmlakı qəbul etdiklərini təsdiq edə biləcək hər hansı sübuta rast gəlinmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Notariat haqqında” Qanunun 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsiə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnamələri verilərkən və mirasda məcburi pay müəyyən edilərkən notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmamış və şəhadətnamələr qanunvericiliyin tələbi pozulmaqla verilmişdir. Belə olan halda, iddiaçının və 3-cü şəxsin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, eyni zamanda ünvan 1, mənzil 9-un 1/4 hissəsinə X3 adına verilmiş çıxarış ləğv edilməlidir. İddia tələbinin 21.09.2018-ci il tarixdə 2V-769 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən miras əmlaka daxil olan ünvan 1, mənzil 9-da vəsiyyət üzrə vərəsə İddiaçı və məcburi pay tələb edən Cavabdeh1 paylarının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə miras qoyanın 5 vərəsəsinin olduğunu, ancaq miras əmlakın vəsiyyətnamə ilə həmin vərəsələrdən yalnız 1-nə miras qoyulduğunu nəzərə alaraq qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq miras əmlakın 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə isə Cavabdeh1 pay hüququ tanınmalıdır. Mülki Məcəllənin: 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 46 saylı notariat ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilə miras pay kimi X1 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş 15.03.2021-ci il tarixli 2V-35 reyestr №-li Məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin. 46 saylı notariat ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilə miras pay kimi İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə verilmiş 31.03.2021-ci il tarixli 2V-46 reyestr №-li Məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin. 46 saylı notariat ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilə miras pay kimi İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə verilmiş 31.03.2021-ci il tarixli 2V-47 reyestr №-li Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin. ünvan 1, mənzil 9-un 1/4 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilsin. ünvan 1, mənzil 9-un 9/10 hissəsinə vəsiyyət üzrə vərəsə İddiaçı, 1/10 hissəsinə isə məcburi pay hüququ olan Cavabdeh1 pay hüququ müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1156/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1156/2021
04.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver