Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1158/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri, Heydər Əliyev prospektində tikilmiş 7 mərtəbəli, 88 mənzilli, bina 131, blok 2, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 93,5 kvm olan 2 otaqlı, 54 nömrəli mənzilin dövlət qeydiyyatına alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müfaviq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müfaviq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsi barədə qərarın və istismara qəbul aktının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, idiaçı ilə cavabdeh “xxxx” MMC arasında 8 yanvar 2018-cil tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “xxxx” MMC-nin Qəbələ şəhəri, Heydər Əliyev prospektində tikintisini həyata keçirdiyi 7 mərtəbəli, 88 mənzilli yaşayış binasındakı mənzillərdən birini, yəni bina 131, blok 2, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı, 54 nömrəli mənzili cavabdeh iddiaçıya verməli idi. Hazırda çoxmərtəbəli binanın tikintisi başa çatsa da, cavabdeh iddiaçıya təqdim ediləcək sənədləri hələ də təhvil vermədiyindən iddiaçı həmin mənzili öz adına rəsmiləşdirə bilməmişdir. Dəfələrlə sənədlərin təqdim edilməsini tələb etsə də, cavabdeh öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı arasında 08 yanvar 2018-ci il tarixində bağlanmış müqavilədən görünür ki, müqavilənin predmetini “xxxx MMC-ni Qəbələ şəhəri Heydər Əliyev prospektində tikintisini həyata keçirdiyi 7 mərtəbəli, 88 mənzil yaşayış binasındakı mənzillərdən birinin tikilmiş halda Sifarişçiyə hədiyyə verilməsindən ibarətdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə verməli və tikinti başa çatdıqdan sonra əvvəlkcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini sifarişçiyə təhvil verməlidir. İş materiallarında olan “xxxx” MMC-nin 8 yanvar 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı “xxxx” MMC-nin Qəbələ şəhəri İş Qutqaşınlı küçəsində inşa olunmuş 7 mərtəbəli, 88 mənzilli yaşayış binasındakı 54 nömrəli, 2 otaqlı, 93.5 kv.m-lik mənzilin dəyərini tam ödəmiş və borcu qalmamışdır. İş materiallarında olan “xxxx”xxxx“xxxx MMC-ni Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi yaşayış binsının, bina 131, blok 2, 7-ci mərtəbə, 2 otaqlı, 54 nömrəli, 93,5 kv.m.lik mənzili 55000 manat ekvivalentində İddiaçı verilmişdir. İş materiallarında olan 5 mart 2021-ci il tarixli “sənədlərin təqdim edilməsi tələbinə dair” pretenziyadan görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-dən 10 gün müddətində mənzili özəlləşdirmək üşün lazımi sənədləri təqdim etməyini xahiş etmiş və təqdim etmədiyi halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən mənzilini öz adına özəlləşdirməsi üçün iddiaçının hazırkı məzmunda tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ şəhəri, Heydər Əliyev prospektində (keçmiş İ.Qutqaşınlı küçəsində) tikilmiş 7 mərtəbəli, 88 mənzilli, bina 131, blok 2, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı, 54 nömrəli mənzilin dövlət qeydiyyatına alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1158/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1158/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver