Məhkəmə qərarları › İş №2(009)-1160/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1160/2020

06.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1160/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı – cavabdeh X2 qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi”tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı – Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 1.8-ci km-də, kəmərdən 0.5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198 saylı sahə ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 1.8-ci km-də, kəmərdən 0.5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198 saylı sahə ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma İşləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, bal yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1. “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək əsl olmayan Cavabdeh, əsl cavabdeh X5 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(009)-1160/2020 saylı qərardadı ilə əsl olmayan Cavabdeh, əsl cavabdeh X5 ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi həmçinin ərizə təqdim edərək cavabdeh X2 məxsus torpaq sahəsinin ünvanının “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198 C” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR-ın “Neft Kəmərləri” X6 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev hazırkı aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəisi C.Hüseynsoyun təqdim etdiyi Bildiriş № 104 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Bibiheybət-Yasamal Dş-300 neft kəmərinin 1,8-cı km-də kəmərdən 0,5 metr aralı məsafədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198 saylı sahədə qeydiyyatda olan Cavabdeh aid torpaq sahəsində hasar tikintisi işlərinin aparılması aşkarlanmışdır. İşlərin dayandırılması və sökülməsi barədə ona yazılı xəbərdarlıq olnmuşdur. Buna baxmayaraq işləri davam etdirilib tamamlanmışdır. İş materiallarına əlavə edilmiş SOCAR-ın “Neft Kəmərləri” X6 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən tərbi olunmuş sxemdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198 saylı torpaq sahəsində hasar tikintisi Bibiheybət-Yasamal Dş-300 neft kəmərinin 1,8-cı km-də kəmərdən 0,5 metr aralı məsafədə tikilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Məmmədova X3-Yasamal Dş- 300 neft kəmərinin 1,8-cı km-də kəmərdən 0,5 metr məsafədə tikinti işlərinin aparılmasının yolverilməzliyi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********46 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198C saylı ünvanda yerləşən 1500kv.m torpaq sahəsi 23 saylı DNK-nın 4Ə/312 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198C saylı ünvanda yerləşən 1500kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yerüstü neft kəmərinin 1,8-ci km-də kəmərdən 0,5 metr aralı məsafədə kəmərin mühafizə zonasında, Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massivində vətəndaş X5 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM- 152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd edilənləri, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********46 nömrəli məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 198C saylı ünvanda yerləşən 1500kv.m torpaq sahəsinin 23 saylı DNK-nın 4Ə/312 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçməsini və hazırda onun mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh X2 qarşı hazırki iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı – cavabdeh X2 qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi”tələbinə dairiddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın İddiaçı – cavabdeh X2 qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi”tələbinə dairiddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar