Məhkəmə qərarları › İş №2(009)-1162/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1162/2021

23.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1162/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (6 saylı Notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (6 saylı Notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına verilmiş RX ******* saylı Çıxarışın, AN-İ 03844850 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və RX ******* saylı, 03.12.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 665,1 kv.m olan fərdi yaşayış evi bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə küçmiş və bu barədə ona Çıxarış verilmişdir. Bundan sonra o, fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsi ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən ona imtina cavabı verilmiş və bildirilmişdir ki, digər ərazidə yerləşən torpaq sahəsinə Çıxarış verilmiş və özgəninkiləşdirilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 665,1 kv.m olan fərdi yaşayış evinin altındaki 0,06 ha torpaq sahəsi DTXK tərəfindən verilmiş 2002-ci il tarixli şəhadətnamə əsasında X7 və ailə üzvlərinin mülkiyyətində olmuşdur. Sonradan qeyd olunan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə X7 tərəfindən iddiaçının atası X1. Bundan sonra Əliyev Əli qeyd olunan fərdi yaşayış evini FM seriyalı 033970 nömrəli qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirmişdir. Torpaq sahəsi isə DTXK-də yenidən hüquqi qeydiyyatdan keçirilməli olduğu halda edilməmişdir. 12.01.2019-cu il tarixdə isə atası həmin fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, X7 9 ildən sonra DTXK tərəfindən verilmiş şəhadətnaməni guya itirməsi ilə əlaqədar müraciət edərək mübahisəli torpaq sahəsinə dair şəhadətnamənin dublikatını əldə etmiş və onun əsasında 2013-cü il tarixdə Çıxarış almışdır. Bundan sonra Əliyev İlyas həmin torpaq sahəsini 28.11.2013-cü il tarixdə Cavabdeh3 satmış və sonuncu isə öz növbəsində RX ******* saylı Çıxarış almışdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: JN-4929D saylı şəhadətnamənin surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 1996-cı il tarixli 2396 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X7, Cavabdeh1 və Cavabdeh2 verilmişdir. FM seriyalı 019675 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində ümumi sahəsi 665,1 kv.m olan və 0,06 ha torpaq sahəsində yerləşən 50 saylı fərdi yaşayış evi X4 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 220633 nömrəli Müqavilənin surətindən görünür ki, bu Müqavilə əsasında X7 Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində yerləşən ümumi sahəsi 665,1 kv.m olan 50 saylı fərdi yaşayış evini X2. FM seriyalı 033970 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində yerləşən ümumi sahəsi 665,1 kv.m olan 50 saylı fərdi yaşayış evi 25.12.2004-cü il tarixdə X8 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 12.01.2019-cu il tarixli Bağışlanma müqaviləsinin surətindən görünür ki, X11 Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində yerləşən ümumi sahəsi 665,1 kv.m olan 50 saylı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində yerləşən 50 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. RX seriyalı ******* saylı dublikat Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X4 adına 18.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. AN-İ № ******* saylı 28.11.2013-cü il tarixli alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh3 adına 03.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X5 01 mart 2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 03.12.2013-cü il tarixdə verilmiş Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci massiv küçəsində ümumi sahəsi 665,1 kv.m olan və 0,06 ha torpaq sahəsində yerləşən 50 saylı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə X3 əvəzi ödənilməklə əldə etmişdir. Bundan sonra Əliyev Əli sözügedən fərdi yaşayış evinə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etdikdən sonra sözügedən əmlakı İddiaçı bağışlamış və sonuncu öz növbəsində fərdi yaşayış evinə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Bundan sonra X7 qanunsuz olaraq sözügedən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən dublikat Çıxarış əldə etmiş və həmin torpaq sahəsini Cavabdeh3 adına özgəninkiləşdirmiş və sonuncu həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Mülki Məcəllənin: 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahati haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, X7 qanunsuz olaraq Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dublikat Çıxarış əldə etmiş və başqasının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq özgəninkiləşdirməklə hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iddia tələbinin 03.12.2013-cü il tarixli Çıxarışın ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi ilkin hissədə təmin olunaraq AN-İ № 03844850 saylı müqavilə etibarsız hesab olunduğundan, həmin Müqavilədən irəli gələrək əldə edilən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış da ləğv edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 noyabr 2013-cü il tarixli AN-İ № 03844850 saylı “Daşınmaz əmlakın Alqı-satqısı Müqaviləsi”, X4 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış etibarsız hesab olunsun və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış ləğv olunsun. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar