Məhkəmə qərarları › İş №2(009)-1191/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1191/2025

25.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1191/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 verilmiş 18 aprel 2024-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X14 miras qalmış ünvan 1 ünvandakı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilin onun payına düşən 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, anaları X15 miras qalmış Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ev 34 ünvandakı 2 saylı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilə onun istifadə və sahibkarlıq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1ünvandakı mənzil mərhum atam X14, ünvan 2il isə mərhum X12ndan birinci dərəcəli vərəsə kimi mənə və cavabdehə miras qalmış əmlaklardır. X12 xx.xx.2022-ci ildə, atam Qoşqar oğlu xx.xx.2024-cü ildə vəfat etmişlər. X10 vəfatından sonra mən və cavabdeh Ələkbərova ( Əhmədova) Ülviyyə Nazim qızı ünvan 1ünvanda daimi qeydiyyatda olmaqla miras qalmış əmlakları, ünvan 1ünvandakı mənzili, ünvan 2ili faktiki olaraq qəbul etmişik və bu günə kimi də miras əmlaklar bizim istifadəmizdədir. X4 vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 28 saylı Notariat Kontoruna, atamız X20 vəfatından sonra isə 46 saylı Notariat Kontoruna vərəsəlik işinin açılamsı və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdik. 28 saylı Notariat Kontoru və cavabdeh 46 saylı Notariat Kontoru əsasız səbəblərdən bizə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Qeyd etmək istəyirəm ki, 46 saylı Notariat Kontoru imtinasını onunla əsaslandırmağa çalışmışdır ki, guya mərhum atamız X20 mərhum anamız X23 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş xx.xx.1951- ci il təvəlüdlü X16 ilə" Elektron Notariat" X2 rəsmi nikah qeydi aşkar olunmuşdur. Hal - hazırda cavabdeh X7 xüsusi icraat qaydasında iddia tələbi üzrə mərhum atamız X20 mərhum vətəndaş xx.xx.1951-ci il təvəlüdlü X16 ilə nikah faktının etibarsız hesab edilməsi tələbinə dasir mülki iş Səbail rayon Məhkəməsinin icraatında baxılıb və iş üzrə yekun məhkəmə aktı qəbul edilib. Mərhum atamız X20 mərhum vətəndaş xx.xx.1951-ci il təvəlüdlü X16 ilə nikah faktı etibarsız hesab edilib. Qanunvericiliyin tələbindən də görünür ki, atamın X16 ilə rəsmi nikahları ləğv olunmadan onun mərhum anamla rəsmi nikaha daxil olaması mümkün deyildi. Göründüyü kimi mərhum anamız X20 mərhum anamız X23 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş xx.xx.1951- ci il təvəlüdlü X16 ilə nikaha daxil olması qeyri mümkündür. 46 saylı Notariat Kontorunda vərəsəlik işinin açılması üçün sənədlər toplanan zaman mənə məlum olmuşdur ki, cavabdeh X17 mərhum atamız X20 xəstə və əqli anlaqsız olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui istifadə edərək, öz tanışlarını şahid kimi cəlb etməklə atamı aldatmış və ondan mübahisə predmeti olan ünvan 1ünvanda olan miras əmlaka dair qanunsuz vəsiyyətnamə almışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, bütün yaxın qohumlarımız və qonşularımız şahid kimi təsdiq edə bilərlər ki, mərhum atam X29 vəsiyyətnamə verilən vaxtda öz hərəkətlərini idarə edə bilmişrdi. Vəkilimin 28 saylı Notariat Kontoruna sorğusuna əsasən alınmış vərəsəlik işinin materialları ilə taniş olarkən məlum olmuşdur ki, cavabdeh X1 etmiş atam X20 yataq xəstəsi olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui istifadə edərək mənim məlumatım olmadan etibarnamə almış və həmin etibarnamədən sui istifadə edərək keçmiş həyat yoldaşının adına etribarnamə vermiş və keçmiş həyat yoldaşı X30 28 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək anamdan qalan miras əmlakdan atama düşən payın cavabdeh X7 xeyrinə imtina etdiyini bildirmişdir. Digər tərəfdən cavabdeh X17 atamın xəstə və öz hərəkətlərini bilməməsindən istifadə edərək əldə etdiyi etibarnamə əsasında onun adından vərəsəlik işinin və sair hərəkətlərin aparılması üçün vətəndaş X24 da xx.xx.2022-ci ildə 807584 saylı etibarnamıə vermişdir. X18 ilkin etibarnamənin saxta yolla əldə edildiyini bildikdən sonra 28 saylı Notariat Kontoruna etibarnaməni təqdim etsədə sonradan heç bir notariat hərəkət edilməsində iştirak etməmişdir. Qeyd etmək istəyirəm ki, 807564 saylı 06.102022-ci il tarixli və xx.xx.2022-ci il tarixli etibarnamələrin verilməsinə səbəb olmuş atmın adından etibarnamə alınarkən X17 etibarnamə əldə edərkən, atam ağır yataq xəstəsi olmuş, hərəkət edə bilməmişdir. Bu faktı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 2 nömrəli şəhər Poliknikasından sorğu əsasında alınmış cavab məktubunun surətindən görünür. Belə ki, məlum etibarnamələr verilərkən atam İnternational Qospitalda xəstə olmuş, ayağında amputasiya əməliyyatı aparılmış və xx.xx.2022-ci ilə Spero Hospitalda təkrar əməliyyat olunmuş, ayağı amputasiya edilmişdir. Atam uzun müddət beyin qan dövranının işemik pozğunluğundan, hipertoniya xəstəliyindən, lakinat insult və sair xəstəliklərdən əziyyət çəkmişdir və bu xəstəliklərin nəticəsində 2012-ci ildən o daim dispanser nəzarətdə olmuşdur və sonradan xəstəliklərinin şiddətləşməsi, ayağının amputasiya olunması, və sair müalicələrdən sonra öz hərəkətlərini tam itirmişdir. Qeyd etmək istəyirəm ki, cavabdeh X7 qanunun tələbini pozmaqla əldə etdiyi vəsiyyətnamə və etibarnamə pərdələnmiş əqdir və öz məqsədlərini, miras əmlakın böyük hisəsini mənimsəmək üçün onun tərəfindən edilmiş qanunsuz hərəkətlərdir. Göründüyü kimi mən miras qoyanların birinci dərəcəli vərəsəsiyəm, məndən və cavabdeh X6 başqa miras qoyanların digər vərəsələri yoxdur Lakin cavabdeh X17 miras mənzilləri zəbt etmişdir və könüllü olaraq miras əmlakdan olan paylarımızı bölmək istəmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(052)-1191/2025 saylı qərardadı ilə ərizə İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bərabər paylara bölünməsi” tələbinə dair iddia ərizəsinin “ünvan 1ünvandakı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilin onun payına düşən 2 hissəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ev 34 ünvandakı 2 saylı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilə onun istifadə və sahibkarlıq hüququnun tanınması” hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona qarşı planlaşdırılmış hərəkətlər olmuşdur. O, Azneftdə olan mənzildə olduğu zaman cavabdeh ona və həyat yoldaşına qarşı şiddət göstərib. Cavabdehin məqsədi onu o mənzildən məhrum etməkdir. Hesab edir ki, vəsiyyətnamə etibarsızdır. Atası özündə deyildi, iş materiallarında olan şəkillərdən bunu müəyyən etmək olar. Atasına ağır somnal dərmanlar verilirdi, hansı ki dozanı qaldıranda ağır nəticələrə gətirib çıxarır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Əhmədov Nazimin tibbi sənədlərindən görünür ki, müalicələrdən keçib, stasionar müalicədə olub, insult alıb, epikrizdə də göstərilib ki, özünə qulluq məhduddur, ona köməklik göstərilməlidir. Reseptlərinə əsasən somnal dərmanlar istifadə etdiyindən müxtəlif qeyriadekvat yan davranışlar ilə nəticələnə bilər. Ekspert rəyində də bu hal nəzərə alınaraq qəti mövqe bildirilməyib. Mərhum əmlakı tək qızına saxlaya bilməzdi, oğlunu da nəzərə alacaqdı. Vəsiyyətnamənin mövcudluğunu atanın ölümündən sonra bilmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, ekspert rəyində məsələyə açıq münasibət bildirilib. Atası müalicə alırdı, müayinələrdən keçirdi, həkimlər onun halı ilə tanış idilər. Stasionarda atası müalicə aldığı vaxtda iddiaçının bu barədə məlumatı var idi. Şüuru yerində idi, hərəkətlərini dərk edirdi və idarə edə bilirdi. İddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, tərəflər dayısının uşaqlarıdır. Birlikdə böyümüşlər. Əslində əmlak babadan qalan əmlakdır. Nazim həmişə deyirdi ki, miras hər iki uşağın olacaq həm oğlunun həm qızının. Özü ilə şəxsən bu barədə danışmasa da, böyük qardaşına belə bildirirdi, bütün qohumlar belə bilirdi. Dayısının dünyasını dəyişməsindən əvvəl heç bir qohum onu ziyarətə getməmişdir. Çünki cavabdeh onları yaxın buraxmırdı. Onların bu vəsiyyətnamə barədə məlumatı olmamışdır. Təxminən ölənə qədər axırıncı dəfə 5, 6 ay əvvəl Nazimlə əlaqə saxlamışdır. Nazim çox fikirli idi, şəkər xəstəsi idi, ayağı amputasiya olmuşdu, o, gedib onu evdə ziyarət etmişdi və Nazim onu tanımışdı. Onu o, danışdırırdı, anlayırdı, amma özü danışmırdı. Dəli deyə bilməz ona, amma psixoloji problemləri var idi. Bir dəfə eşitmişlər ki, dayısı biləklərini kəsmişdir. Müəllim idi, bilinməsin deyə bu hal qeydiyyatdan keçməmişdi. Dayısının vəfatından öncə axırıncı dəfə xəstəxanaya aparılması barədə təsadüfən məlumatı oldu, cavabdehə zəng etdi və onu xəstəxanaya apardığını bildirdi, Hikmətin məlumatı yox idi. O zəng edib iddiaçıya məlumat vermişdir. Cavabdeh onları ona yaxın buraxmırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Nazim müəllimin müalicəsi ilə uzun müddət məşğul olmuşdur. Ülviyyə xanım və onun yoldaşı gəlirdi, bir dəfə də Hikməti görmüşdür. Uzun müddət müalicədə olub, 2 dəfə stasionar qaydada qanqrena ilə bağlı müalicə olunub. Təxminən 2022-ci ildə əməliyyat etmişdir. O sırf Nazimin sağlamlığı ilə məşğul idi. Onunla ünsiyyətdə olurdu, tam adekvat adam idi, sakit şəxs idi, qeyri adekvat cavablar verməyib, öz sağlamlıq vəziyyətini izah edə bilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, xəstə yanına gələndə xanımı -cavabdehi tanımışdır. Əhmədov Nazimin yanında ola bilsin 1 saat olmuş, söhbət aparmış, suallarına normal cavablar verdi. Vəziyyəti ağır idi, 2024-cü ilin iyul ayı idi, tənginəfəsli hava çatışmazlığı ilə çağırış oldu təcili tibbi yardıma. Baxış keçirəndən iki saat sonra xəstənin vəziyyətini öyrənmək üçün zəng etdi, vəziyyəti düzəlmədiyi üçün xəstəxanaya apardı, suallara adekvat cavab verirdi, şüuru yerində idi, onun orada olduğu hər iki dəfədə Nazim müəllimin psixi durumunun qeyri-adekvat olması müşahidə edilmədi, olsa idi bununla bağlı təcili tibbi yardım çağırışa gələn zaman sənədlərdə qeydiyyatı aparılardı. Çünki. Xəstənin ümumi vəziyyəti üzrə məlumat sənəddə qeyd olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 17a xx.xx.1996-cı il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 422 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 456259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 838 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 445568 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. -18 aprel 2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X26 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X11 vəsiyyət etmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2025-ci il tarixli 4490 saylı rəyindən görünür ki, 1-ci sual: X5 hər hansı bir psixi xəstəliyi olmuşdurmu və bundan əziyyət çəkmişdirmi? Cavab: Təqdim edilmiş mülki iş materillarına və əlavə təqdim edilmiş tibbi sənədlərə əsasən X3 hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. 2-ci sual: X9 Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2024-cü ildə vəsiyyətnamə verərkən özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək, qavramaq iqtidarında olmuşdurmu? Cavab: X3 hər psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədiyindən belə güman etmək olar ki, о, xx.xx.2024-cü tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, hazırkı işdə mübahisə predmeti olan ünvan 1 ünvandakı mənzilin iddiaçı və cavabdehin atası tərəfindən cavabdehə vəsiyyət edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, 18 aprel 2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X26 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X11 vəsiyyət etmişdir. Məhkəmə iddia tələblərinin maddi əsası kimi istinad etdiyi maddi hüquq normaları ilə bağlı qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Həmçinin əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstəilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə, araşdırma zamanı tədiq edilmiş sübutlara, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2025-ci il tarixli 4490 saylı rəyinə və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı iddiasını əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və iddiasını sübuta yetirə bilməmişdir. Başqa sözlə, vəsiyyətnamə verilən zaman X20 iradə ifadəsinin olmaması və psixi vəziyyətinin pozulması ilə bağlı dəlillər öz təsdiqini tapmamışdır. Odur ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı iddia təmin edilməməlidir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar