Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1207/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, Ərizəçi İddiaçı tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsi məsələsinə 13 may 2022-ci il tarixdə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər göstərilmişdir. Həmin maddəyə əsasən, digər məlumatlarla bərabər iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar da göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizəçi ərizəsində maraqlı şəxsi (yaxud cavabdehi) göstərmədiyindən, habelə tələbini iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında mübahisələndirdiyindən, bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun olaraq tərtib edilmədiyi səbəbindən, ərizə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi İddiaçı ərizəsi geri qaytarılsın. Ərizəçi İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1207/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1207/2022
13.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver