Məhkəmə qərarları › İş №2(009)-1208/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1208/2024

05.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1208/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - cavabehlər Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə 05 iyul 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X4 arasında bağlanmış xx.xx.2017ci il tarixli “Bağışlama Müqaviləsinin, Cavabdeh1 Hüseyn oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 412 nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 589 a saylı bağ sahəsi mərhum X5na məxsus olmuşdur. Məlumat üçün bildirir ki, o, atasının və anasının ikinci nikahlarından doğulmuşdur. Cavabdeh X6 anasının yəni digər Cavabdeh2 qızının birinci nikahdan doğulan oğludur. X5 ilə anası, yəni hazırki iş üzrə Cavabdeh2 arasında bağlanmış nikah xx.xx.1976-cı il tarixdə pozulmuşdur. X5 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Atasının sağlığında və onun vəfatından sonra bu günədək atasına məxsus bağ sahəsində iddiaçı, anası Cavabdeh2 və ögey qardaşı, iş üzrə cavabdeh X6 birlikdə istifadə edərək yaşamışlar. Bu yaxınlarda, yəni Binəqədi Rayon Məhkəməsindən ona gələn bildirişlərdən ona məlum olmuşdur ki, cavabdehlər mərhum atasına məxsus olmuş bağ sahəsi üzərində hansısa qanunsuz yolla öz mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq əmlaka sahiblənmişlər. Hesab edir ki, cavabdehlərin atasına məxsus əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin əmlak üzərində sərəncam vermələri və adlarına verilmiş çıxarışlar qanunsuz olduğundan məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Mülki iş məhkəmədə icraata qəbul edildikdən sonra ona məlum oldu ki, X3 atasına məxsus olmuş, miras əmlakını kimi ona miras qalmış bağı iki hissəyə bölərək bir hissəsini həyat yoldaşı Cavabdeh4 adına qeydiyyata aldıraraq Bakı şəhəri, 23 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli, 412№-li,alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Məlumat üçün bildirir ki, Cavabdeh3 mübahisələndirilən bağda qonşularıdır və həmin əmlakın atasndan ona miras qaldığını bilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı atasının vəfatından sonra miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etməmiş və buna heç lüzum da bilməmişdir. Qeyd olunan 2017-ci tarixli müqavilə isə notariat qaydasında qanunvericiliyin tələbləri gözlənilməklə bağlanmışdır. Müqavilənin etibarsızlığı üçün hazırda heç bir əsas yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 2017-ci il tarixdə müqavilə bağlanarkən iddiaçının bundan məlumatı olmuşdur. Uzun illər iddiaçı sözügedən bağ sahəsində daimi yaşamamışdır, sadəcə doğum günləri kimi özəl günlərdə gəlib-getmişdir. Sözügedən bağ sahəsində hətta bir neçə il iddiaçı tərəfindən müvəqqəti yaşamaları üçün bir neçə məcburi köçkün yerləşdirilmişdir. Bağ sahəsində aparılan bütün təmir-tikinti işləri onun tərəfindən aparılmışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmişlər, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh1 ilə X4 arasında bağlanmış xx.xx.2017ci il tarixli “Bağışlama Müqaviləsinin, Cavabdeh1 Hüseyn oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: X4 tərəfindən 5 saylı notariat kontoruna ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, X4 ünvan 1 ünvanında yerləşən bağ evini və 0,12 ha torpaq sahəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş edir. MA Seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi və 0,12 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. X4 ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən 6 otaqlı bağ evini və 0,12 ha torpaq sahəsini Cavabdeh1 bağışlayır. AZ-T № 035311 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 atası X17 bəy Əli oğlu, anası X2r. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 ana bir, ata ayrı ögey bacı-qardaşdırlar. N.Həsənova ona məxsus ünvan 1 ünvanında yerləşən 6 otaqlı bağ evini və 0,12 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Bundan sonra Cavabdeh1 sözügedən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış əldə etmişdir. Hazırda iddiaçı sözügedən müqavilənin etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi təsdiq edilərkən həmin əşyanın həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius bağışlama müqaviləsini təsdiq edərkən mübahisəli əşya üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, hədiyyə verənin əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış və yalnız bundan sonra bağışlama müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bundan başqa müqavilə bağlanarkən hədiyyə verənin hədiyyə alan və yaxud müqavilənin bağlanmasında maraqlı ola biləcək qeyri bir şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində və izahatlarında sözügedən müqavilənin mahiyyətindən anası Nəbibə Həsənovanın məlumatsız olduğunu bildirsə də, hazırki iş üzrə cavabdeh qismində cəlb olunan N.Həsənova bununla bağlı məhkəməyə mövqeyini bildirmək imkanı olmasına baxmayaraq, bunu etməmiş və iddiaçının izahatlarında göstərdiyi bu halı təsdiq edən hər hansı bir sənəd yaxud ərizəni məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Bağışlama Müqaviləsi” qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Belə olan halda həmin müqavilə əsasında Cavabdeh1 adına əldə edilmiş Çıxarış da etibarlı hesab edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli 412 nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş xx.xx.2024cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X14 arasında xx.xx.1982-ci il tarixli 3221 nömrəli müqavilə bağlanmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0,12 ha hissəsi X1 adına keçmiş və 589a nörməli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli 24611 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2002-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0,12 ha torpaq sahəsi vahid əmlak kimi X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri notariat kontorunun xx.xx.2017-ci il tarixli Bağışlanma müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi isə X7 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 saylı bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 108,000 manat qiymətinə Cavabdeh3 satmışdır. Cavabdeh1 tərəfindən 23 saylı notariat ofisinə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, o, birgə nikah dövründə əldə edilmiş və arvadı Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin satılmasına etiraz etmir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evi xx.xx.2024-cü il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi isə X7 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyat hazırki vaxta kimi ləğv edilmədiyindən Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsi zamanı da qüvvəsində olmuşdur. Bundan sonra sözügedən əmlak Cavabdeh4 tərəfindən dəyəri ödənilməklə Cavabdeh3 xeyrinə özgəninkiləşdirilmişdir. Müqavilə imzalanan zaman Cavabdeh4 əri Cavabdeh1 notariat ofisinə müraciət edərək, əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Hazırda iddiaçı sözügedən müqavilənin etibarsızlığını xahiş edir və əsas kimi göstərir ki, Cavabdeh3 mübahisələndirilən bağda qonşusudur və əmlakın atasından ona miras qaldığını bilir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi bu əsas müqavilənin etibarsızlığına dəlalət etmir. Belə ki, qanunvericilikdə əqdin etibarsızlığı üçün müəyyən olunmuş şərtlər mövcuddur və həmin şərtlər hər biri yekunda müqavilə tərəflərindən birinin iradəsinin zədələnməsinə səbəb olacağı təqdirdə keçərlidir. Lakin hazırki işdən görünür ki, sözügedən əmlak ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmişdir. O, isə öz növbəsində özünəməxsus əmlakı dəyəri ödənilməklə başqa bir şəxsin xeyrinə özgəninkiləşdirmişdir. Eyni zamanda müqavilənin bağlanmasında maraqlı ola biləcək qeyri bir şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu da məhkəmə iclasında müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas yoxdur. Belə olan halda həmin müqavilə əsasında Cavabdeh3 adına əldə edilmiş Çıxarış da etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. AR Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar