Məhkəmə qərarları › İş №2(009)-1232/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1232/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1232/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Rəhman oğlunun cavabdehlər «X1 Mərkəzi» MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı «hərracın yekunları ilə bağlı 10 iyun 2021-ci il tarixli 133 YP №-li Hərrac protokolun ləğv edilməsi» barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Rəhman oğlu cavabdehlər «X1 Mərkəzi» MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «X1 Mərkəzi» MMCnin 10 iyun 2021-ci il tarixli, 133 YP №-li hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rəhman oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh «X1 Mərkəzi» MMC-nin göstərdiyi ünvanı ünvan 2iaçının məhkəməyə təqdim etdiyi sənədlər arasında cavabdehin rəsmi qeydə alındığı yer haqqında məlumat olmasa da, Vergi ödəyicilərinin məlumatlarından görünür ki, «X1 Mərkəzi» MMC-nin hüquqi ünvanı AZ1100, ünvan 4 ünvan da Yasamal rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, İddiaçı Rəhman oğlunun cavabdehlər «X1 Mərkəzi» MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı «hərracın yekunları ilə bağlı 10 iyun 2021-ci il tarixli 133 YP №-li Hərrac protokolun ləğv edilməsi» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya, aidiyyati üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Rəhman oğlunun cavabdehlər «X1 Mərkəzi» MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı «hərracın yekunları ilə bağlı 10 iyun 2021-ci il tarixli 133 YP №-li Hərrac protokolun ləğv edilməsi» barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, iddia ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar