Məhkəmə qərarları › İş №2(009)-1245/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1245/2021

18.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1245/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Zabit qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Zabit qızının (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Salmanova Hicran Qulammirzə qızı cəlb olunmaqla) Cavabdeh ASCyə qarşı 07.10.2015-ci ildə bağlanmış Z1340 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və 07.10.2015-ci il tarixli ipoteka müqaviləsinin Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinin ipoteka qoyulması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Zabit qızı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Salmanova Hicran Qulammirzə qızı cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.10.2015-ci ildə bağlanmış Z1340 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və 07.10.2015-ci il tarixli ipoteka müqaviləsinin Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə ipoteka qoyulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Lənkəran rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Salmanova Hicran Qulammirzə qızına və X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X1 və İddiaçı1 müştərək qaydada 07.10.2015-ci il tarixli K1736 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 765988.72 manat, faiz borcu üzrə 253602.74 manat, cərimə borcu üzrə 65415.56 manat, cəmi 1085007.02 manat kredit borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdeh X1 ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xidmət haqqının tutularaq "Paşa Bank” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər X1 və İddiaçı1 "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 1085007.02 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqı və cavabdeh X1 ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xidmət haqqı üzrə tutmanın "Paşa Bank” ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə, ipoteka qoyan X2 mülkiyyətində olan Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu, Şilavər kəndində 0.04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində qeyri yaşayış binasına (mağazaya) yönəldilməsi, ipoteka predmeti Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 440000 manat məbləğində, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 112000 manat məbləğində, Lənkəran rayonu, Şilavər kəndində 0.04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracda ilkin salış qiymətinin 170000 manat məbləğində, Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 360000 manat məbləğində, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 71000 manat məbləğində və Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağaza) hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi; İpoteka predmeti olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəs ilə birlikdə 8 saylı yaşayış evinə, ipoteka qoyan X11 oglunun mülkiyyətində olan Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəs ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0.04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə; Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağaza) açıq hərracda satılması; İpoteka predmeti olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəs ilə birlikdə 8 saylı yaşayış evinə, ipoteka qoyan X11 oglunun mülkiyyətində olan Lənkəran şəhəri, 28 may küçəsindəyerləşən 0.05 ha torpaq sahəs ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0.04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri, 28 may küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə; Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağazaya) tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qəl edilmişdir. Lənkəran rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(049)- 72/2018 saylı əlavə qətnaməsi ilə ipoteka predmetinin satışından əldə olunan məbləğ X1 və İddiaçı1 iddiaçı "xxxx" ASC-yə olan öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin X1 və İddiaçı1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən Lənkəran rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni dəyişdirməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X6 və İddiaçı1 tərəfindən Lənkəran rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən ayrı ayrılıqda apelliyasiya şikayətləri verilərək Lənkəran rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsinin dəyişdirilməsi xahiş edilmişdir. Cavabdeh Salmanova Hicran Qulammirzə qızı 24 may 2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən apelliyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(106)-215/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsi cavabdehlər X1 və İddiaçı1 65415. 56 manat cərimə borcu hissəsində dəyişdirilərək, cərimə borcu 114000 manat müəyyən edilmişdir. Cavabdehlər X1 və İddiaçı1 müştərək qaydada 07.10.2015 ci il tarixli K1736 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 765988.72 manat, faiz borcu üzrə 253602.74 manat, cərimə borcu üzrə 114000 manat, cəmi 1133591.46 (bir milyon yüz otuz üç min beş yüz doxsan bir) manat kredit borcu alınaraq iddiaçı "Paşa Bank” ASC-yə verilməsi qət edilmişdir. İddiaçı1 qeyd edir ki, 07.10.2015-ci il tarixdə bağlanmış Z1340 saylı zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış və o həmin müqavilə ilə öz üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Buna görə də, məhkəmədən həmin imzanın İddiaçı1 məxsus olub-olmaması barədə məhkəmə-xətt ekspertizasının keçirilməsini xahiş edir. Bundan əlavə, ipoteka predmeti olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evi ipotekaya qoyularkən həmin evdə yaşayan İddiaçı2 Zabit qızının razılığı alınmamışdır. Belə ki, İddiaçı2 Zabit qızı həmin evdə qeydiyyatdadır və iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. Onun razılığı olmadan ev ipotekaya qoyula bilməzdi. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh ASC-nin borc məbləğinin tutulması, tutmanın ipoteka əmlaklara yönəldilməsi tələbinə dair iddiası üzrə küçirilən məhkəmə iclasları barədə İddiaçı1 və onun ailə üzvlərinin məlumatları olmuş, birinci instansiya məhkəməsinin qətnaməsindən onlar apellyasiya və kassasiya şikayətləri vermiş və onların həmin şikayətləri təmin olunmamışdır. Qəbul edilmiş qərarlar öz qanuni qüvvəsini almış və ipoteka predmetləri bank tərəfindən hərracdan alınmış və həmin daşınmaz əmlaklarla bağlı bank tərəfindən mülkiyyət hüququna dair çıxarışlar alınmışdır. Hazırki iddia tələbləri əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Salmanova Hicran Qulammirzə qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə tərəflərin iştirakı ilə baxıb, onların izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi»nin 20 fevral 2020ci il tarixli Hərracın nəticələri haqqında yekun 09/04 №-li protokoldan görünür ki, ilkin satış qiyməti 170 000,0 manat müəyyən edilmiş, X5 məxsus Lənkəran rayonu, Şivələr kəndində 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan Cavabdeh ASC əmlakı 144 500,0 manata almışdır. İş materiallarında olan «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi»nin 20 fevral 2020-ci il tarixli Hərracın nəticələri haqqında yekun 09/02 №-li protokoldan görünür ki, ilkin satış qiyməti 440 000,0 manat müəyyən edilmiş, Salmanova Hicran Qulammirzə qızına məxsus Lənkəran şəhəri, prof. Azad İsmayılov küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 8 saylı yaşayış evinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan Cavabdeh ASC əmlakı 280 500,0 manata almışdır. İş materiallarında olan İddiaçı1 tərəfindən notariat kontoruna yazılmış ərizədən görünür ki, Salmanova Hicran Qulammirzə qızına məxsus Lənkəran şəhəri, Pr.Azad İsmayılov küçəsi, 8 ünvanında yerləşən fərdi yaşayış evinin Paşa Bank ASC-də kreditin təminatı üçün ipotekaya qoyulmasına etiraz etmir və qanunvericiliyin tələblərinə müvafiq ipoteka predmetinə ödəniş yönəldikdə və satıqldıqda heç bir məhkəmə qətnaməsi tələb etmədən, məhkəməyə müraciət etmədən qeyd şərtsiz əmlakı tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış 07.10.2015ci il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndənin arayışından görünür ki, İddiaçı1 Lənkəran şəhəri, A.İsmayılov küçəsi, 8 №-li evdə qeydiyyatdadır. İş materiallarında olan AA******* xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1988-ci ildə doğulmuşdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşqnaslıq ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 4/1060 nömrəli ekspert rəyindən görünür ki, 07 oktyabr 2015-ci il tarixli Z1340 saylı zaminlik müqaviləsinin 2-ci vərəqinin aşağı sağ hissəsində «Salmanzadə» yazısı və həmin yazının qarşısındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbləri işin müəyyən edilmiş halları ilə təkzib olunduğundan təmin oluna bilməz. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. İddia tələbinin ipoteka müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan və Cavabdeh ASC ilə X6 arasında 23 yanvr 2015-ci ildə bağlanmış kredit müqaviləsindən və Cavabdeh ASC (ipoteka saxlayan), iddiaçını təmsilən X6 (ipoteka qoyan) və borcalan qismində X6 arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsindən görünür ki, bankla X6 arasında sonuncuya illik 21 % hesablanmaqla 48 ay müddətinə 789 685.98 manat məbləğində kredit verilməsi razılaşdırılmış, həmin gün kredit müqaviləsinin təminatı kimi Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri,X8 küçəsində 0.10 ha torpaq ilə birlikdə 8 nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, mübahisələndirilən ipoteka müqaviləsinə dair hüquqi proseslər barəsində Salmanova Hicran Qulammirzə qızının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan, vurğulanmalıdır ki, hər hansı müqavilənin ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından göründüyü kimi İddiaçı2 Zabit qızı müqavilənin tərəfi deyildir, ona görə də, həmin iddianı qaldırmağa onun subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Zabit qızının (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Salmanova Hicran Qulammirzə qızı cəlb olunmaqla) Cavabdeh ASCyə qarşı 07.10.2015-ci ildə bağlanmış Z1340 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və 07.10.2015-ci il tarixli ipoteka müqaviləsinin Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X8 küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə ipoteka qoyulması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar