Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-125/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Socarın İddiaçı nümayəndəsi X1 və Cavabdeh Səhrəd oğlunun iştirakları ilə, İddiaçı Socarın İddiaçı Cavabdeh Səhrəd oğluna (Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın İddiaçı Cavabdeh Səhrəd oğluna qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,350-ci km-də, kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşən, ünvan 1 ünvanında Cavabdeh Səhrəd oğlu tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mmlik yeraltı neft kəmərinin 0.350-ci km-də, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində ünvan 1 ünvanında Cavabdeh Səhrəd oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyianatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-cı il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Socarın İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Səhrəd oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini o, tikməmişdir. O, 2003-cü il tarixdə həmin torpaq sahəsini və evi Bakı şəhəri Səbail rayon Bələdiyyəsindən almışdır. Həmin evin yaşayış sahəsi 32 kv.m-dən ibarətdir. O, evi alan zaman birdəfəlik torpaq vergisi ödənişini etmiş, həmin ünvanda pasport qeydiyyatına da düşmüşdür. Bildirir ki, neft kəməri o, həmin evə köçdükdən sonra tikilmişdir. Onun həyətinin hasarı köhnə məftillərdən ibarət olmuş, o, şiferlə hasar çəkmək istədikdə Socarın İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Socarın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X5, atıcı X6 və 1 saylı TND-nin sürücüsü X7 tərəfindən tərtib olunmuş 20.07.2021-ci il tarixli Aktdan görünür ki, 20.07.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 14:00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 0.350-cı km-də kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, köhnədən inşa edilmiş yaşayış evinin həyətyanı sahəsinə (təqribi ölçüləri) uzunluğu 13 metr, hündürlüyü 1,6 metr olan azbest dam örtüyündən hasarın çəkilməsi 4-5 saylı postların (NKİ Şirvan- Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Ev sahibi vətəndaş Cavabdeh Səhrəd oğlu evdə olmadığından telefon (əlaqə nömrəsi *** *** ** **) əlaqəsi yaradılmış, mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğunu izah etməyə çalışlar da o, çox aqressiv danışaraq heç nə eşitmək istəmədiyini və nə bacarırsınız gedin edin deyə bildirmişdir. Faktla bağlı DİN Səbali rayon 8-ci polis bölməsinə müraciət olunmuş və hadisə yerinə sahə müvəkkili polis mayoru Arif Ələsgərov ilə birlikdə getmişlər, çağırsalar da evdən çıxan olmamışdır. A.Ələsgsrov vətəndaşla telefon əlaqəsi saxlamış o, xəstəxanada olduğunu ve gec gələcəyini bildirmişdir. Sahə müvəkkili məsələni araşdırdıqdan sonra onlarla əlaqə saxlayacağını bildirmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə və NKİ QİB-nə məlumat verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6873 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh Səhrəd oğlu tərəfindən inşa edilməsi iddia edilən fərdi yaşayış evi arasında məsafənin 21.4 metr, evin ətrafına çəkilmiş hasar arasındakı məsafənin isə 16 metr olması müəyyən edilmişdir. ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin neft kəmərindən müvafiq olaraq 21.4 metr və 16 metr məsafədə yerləşdiklərini nəzərə aldıqda, həmin tikililərin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən DŞ-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh Səhrəd oğlunun yaşadığı fərdi yaşayış evi arasında məsafənin 21.4 metr, evin ətrafına çəkilmiş hasar arasındakı məsafənin isə 16 metr olması müəyyən edilmişdir. Göstərilən hallar Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6873 saylı ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edildiyindən cavabdehdən 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh Səhrəd oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən 21.4 metr aralı məsafədə - ünvan 1 ünvanında yerləşən Cavabdeh Səhrəd oğlunun (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evi və kəmərdən 16 metr aralı məsafədə yerləşən evin ətrafına çəkilmiş hasar cavabdehin hesabına sökülməli və ərazidən çıxarılmalı, Cavabdeh Səhrəd oğlundan 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh Səhrəd oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən 21.4 metr aralı məsafədə ünvan 1 ünvanında yerləşən Cavabdeh Səhrəd oğlunun (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evi və kəmərdən 16 metr aralı məsafədə yerləşən evin ətrafına çəkilmiş hasar cavabdehin hesabına sökülsün və ərazidən çıxarılsın. Cavabdeh Səhrəd oğlundan 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh Səhrəd tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-125/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-125/2022
10.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver