Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1258/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı X1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə “əlavə qətnamənin çıxarılması” tələbinə dair ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən evə yazılmış əlavə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi-vəkili ərizə ilə müraciət edib silinməli olan borcun dəqiq məbləği barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə cavabdeh tərəfindən 60632,5 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda iddiaçının iddia ərizəsindən də görünür ki, iddiaçı ərizəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən X2 məxsus fərdi evdə (abonent kodu **********00000) istehlak edilmiş təbii qaza görə əsassız olaraq hesablanmış 60632,5 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Bundan başqa mülki prosessual aspektdən vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsi baxımından məhkəmə tərəfindən əlavə qətnamə 3(üç) halda çıxarıla bilər. 1- İşdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 2- Hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 3- Məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı müqayisə edərək qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində qızıl əşyaları və onun dəyəri ilə bağlı göstərdiyi halları təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən X2 (abonent kodu **********00000) itirilmiş qaz sərfinə görə hesablanmış 60632,5 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 14, 77, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən X2 məxsus fərdi evdə istehlak edilmiş təbii qaza görə (abonent kodu **********00000) hesablanmış 60632,5 manat məbləğində borc silinsin. Qətnamədən apellyasiya şikayəti onun rəsmi qaydada tərəflərə verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1258/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(009)-1258/2021
12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver