Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1261/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 28 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi vaxtının buraxılması səbəblərinin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının buraxılması səbəblərinin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2016-cı il tarixdə vəfatından sonra ondan qalmış ünvan 1ində, Cavadxan küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərində mirasın qəbul edilməsi vaxtının buraxılması səbəblərinin üzrlü hesab edilməsi, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ünvan 1ində, Cavadxan küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin 2 (iki) ay uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1ində, Cavadxan küçəsində yerləşən 0.06 ha torpaq sahəsi, Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum atsı X2 adına qeydiyyata alınmışdır. X9 15 avqust 2016-cı ildə miokard infarktı nəticəsində vəfat etmişdir. Ailədə ondan başqa anası və bir nəfər 1988-ci il təvəllüdlü Həmayıl Niftalıyeva adlı bacısı var. Atasınının ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməni almaq üçün Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu Elmar Kərimov 18 may 2022-ci il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət vərəsə tərəfindən buraxılmışdır. Hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş müddət üzürlü səbəbdən buraxılmışdır. Belə ki, atasının vəfatından sonra anası ağır xəstəliyindən əziyyət çəkdiyi üçün onun müalicə və əməliyyatlarına vaxt ayırdığından miras əmlakın qəbulu üçün qanunvericilikdə müddətin nəzərdə tutulmasından məlumatsız olmuşdur. Bütün bu səbəblərə görə üzrlü səbəbdən müddəti ötürmüşdür. Eyni zamanda miras qoyanın digər qanun üzrə vərəsəsi X3 ərizə ilə notariat ofisinə müraciət edərək miras payını qəbul etmək niyyətinin olmadığını bildirmişdir. Belə olan halda notariusun imtina barədə qərarını əsassız hesab edir. Buna görə də, ona münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılmasını və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı anasının sağlamlığı ilə bağlı problemlərinin olduğunu, davamlı olaraq əmliyyat olunduğunu, bu səbəbdən müddəti ötürdüyünü, torpaq sahəsini satmaq istədikləri üçün sənədləşmə işlərini aparmaq zərurəti yaranmışdır. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 548250 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış və həmin nikah 147 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı, 487612 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli elektron Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, xx.xx.2016-cı il tarixli 815593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və bu barədə 22 avqust 2016-cı il tarixdə 157 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 18 may 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (xx.xx.2016-cı ildə vəfat etmiş atası X5 ilə əlaqədar) almaq üçün ərizə ilə müraciət etmiş və vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan X4 tərəfindən yazılmış Qazax rayon dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası – X1 miras qalmışdır. O, həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir, ona düşən əmlakdan qardaşı İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 15 avqust 2016-cı ildə vəfat etmiş X1 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün oğlu İddiaçı 11 may 2022-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın arvadı – X10 və qızı – X3 ərizələri ilə müraciət edərək X1 qalmış miras əmlakı qəbul etmədiyini bildirmişdir. Lakin mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X5 xx.xx.2016-ci il tarixdə vəfat etmiş, miras qoyanın arvadı – X10 və qızı – X3 ərizələri ilə müraciət edərək X1 qalmış miras əmlakı qəbul etmədiyini bildirmişdir. Oğlu İddiaçı Bakı şəhəri 28 saylı Notariat Ofisinə müraciət etsə də, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ünvan 1i, Cavadxan küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə miras qoyan X2 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericilikdə müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, iddiaçının atasının vəfatından sonra anası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün onun müalicəsinə və əməliyyatlarına vaxt ayırdığından miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi ilə bağlı müraciət edə bilməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, həmçinin iddiaçının dəlillərini də ağlabatan hesab edərək belə qənaətə gəlir ki, iddiaçının mərhum atası X2 xx.xx.2016-cı il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış ünvan 1i, Cavadxan küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi vaxtının buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 xx.xx.2016-cı il tarixdə vəfatından sonra ondan qalmış ünvan 1i, Cavadxan küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində mirasın qəbul edilməsi vaxtının buraxılması səbəbləri üzrlü hesab edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ünvan 1i, Cavadxan küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1261/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1261/2022
19.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver