Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1266/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi Q.B.Verdiyevin, Cavabdehin nümayəndəsi R.T.Hüseynovanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 18, 2 saylı mənzil oğlu X3 xüsusi mülkiyyətindədir. Həmin mənzilə dar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ təsdiq edən sənəd-çıxarış da vardır. Belə ki, "xxxx" ASC tərəfindən həmin mənzilə dair 2000-2005-ci illər ərzində onun adına 416,01 manat məbləğində borc yazılmışdır. Lakin "xxxx" ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 18, 2 saylı mənzilə yazılan işıqpulu borcu əsassızdır. Həmin borc məbləğinin silinməsi üçün "xxxx" ASC-ə müraciət etsə də, bir neçəsi olmamış və "xxxx" ASC tərəfindən ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Çünki həmin borc məbləği köhnə sistemlə yazılmışdır və cavabdeh "xxxx" ASC yeni sistemə keçid etdiyindən yazılmış 416,01 manat məbləğində borc sistemdən silinmir. Bu səbəbdən o, da cavabdeh "xxxx" ASC tərəfindən istehlakçı hüququnun pozulması və ona məxsus mənzilə dair əsassız olaraq yazılmış 416,01 manat məbləğində işıqpulu borcunun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvana olan 416,01 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı məcburi köçkündür, borc “BARMEK”in vaxtında məcburi köçkünlər üçün güzəşt nəzərdə tutulduğu müddətdə yaranmış və borc həmin tarixə yarandığı üçün "xxxx" ASC borcun yalnız məhkəmə qaydasında silinməli olmasını bildirmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X4 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, silinməsi xahiş olunan borc “BARMEK”in vaxtnıda yaranmışdır,dondurulmuş borcdur, həmin borc onlar tərəfindən tələb edilmir, lakin müqavilə münasibətləri üzrə tərəf dəyişdikdə onlar həmin borcun ödənilməsini tələb edirlər. Həmin borc elektrik enerjisindən istifadə ilə bağlı yaranmışdır, onlar tərəfindən borcun silinməsi mümkün deyil. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonunun Şəybəy kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1980-cı il tarixdə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, Rəfiyeva (Verdiyeva) Həqiqət İsax qızı və oğlu X1 rayonundan məcburi köçkün kimi qeydiyyata alınmışlar. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətindədir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********80002 saylı abonent İddiaçı «Abunə Haqqında» kompyüterdən çıxarışından görünür ki, qaçqın və məcburi köçkün statusu almış abonentə xx.xx.2011-ci ildə 416,01 manat “Barmek borcu” kimi əlavə ödəniş hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkündür və Bakı şəhəri,Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili xx.xx.2018-ci il tarixdən onun oğlunun mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkün olsa da, “BARMEK”in dövründə 416,01 manat elektrik enerjisindən istifadə ilə əlaqədar borc yazılmış və hazırkı vaxtadək həmin borc iddiaçının abunə hesabındadır. Hazırda iddiaçı əsassız olaraq yazılmış 416,01 manat borcun silinməsini xahiş etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydalarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə,həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-dən əvvəlki dövr üçün, yəni “BARMEK”in vaxtında iddiaçı güzəştli qaydada elektrik enerjisindən istifadə etsə də, həmin dövrdə “BARMEK borcu” kimi iddiaçının abunə hesabına borc yazılmışdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, dondurulmuş borc 2011-ci il tarixədək olan müddətdə yarandığından, həmin borcun tələb edilməsi ilə bağlı müddət də artıq keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə dondurulmuş borcun cavabdeh "xxxx" ASC tərəfindən yalnız müqavilə tərəfinin dəyişdiyi təqdirdə tələb ediləcəyini, yaranmış borcla bağlı isə tələb etmə müddətinin keçməsini, həmin borcun mövcud olmasının isə istehlakçı kimi iddiaçının hüquqlarına xələl gətirməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı hesab edilməli, iddiaçının abunə hesabına yazılmış 416,01 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi isə qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilə dair iddiaçının abunə hesabına (**********80002) yazılmış “BARMEK borcu” kimi mövcud olan 416,01 (dörd yüz on altı manat, bir qəpik) manat məbləğində borc silinsin. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1266/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1266/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver