Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1271/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi qardaşı oğlu – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı oğlu – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qardaşı oğlu X11 xx.xx.1984-cü il tarixdə Zəngilan rayonu Əlibəyli kəndində anadan olmuşdur. X1 xx.xx.2023-cü il tarixdə kəskin ağciyər ürəyi olması xəstəliyindən vəfat etmiş, anası X12 isə xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş yataq xorası və təziqə məruz qalmasından vəfat etmişdir. X5 ata, anası, eləcə də bacı və qardaşı yoxdur. Şaiq Mehralıyevə o, baxaraq qulluq edir. X11 ruhi xəstədir, ona qulluq və müalicə tələb olunur. ünvan 1 ünvanında Şaiq onun ailəsi ilə birlikdə yaşayır. X11 xəstəliyinə görə özünü normal idarə edə bilmir. Buna görə də ona o, qulluq və nəzarət edir. X5 fəaliyyət qabiliyyətli olmadan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun əməllərinə görə qəyyumu kimi onun adından çıxış edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuş qardaşı oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində onu qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi qardaşı oğlu – X5 üzərində onun qəyyum təyin edilməsi hissəsində işin icraatına, işə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlandığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuş, atası X2, anası Babaşova Aygül Cəbrayıl qızıdır. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuş, atası X2, anası X4r. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 xx.xx.1984-cü ildə Zəngilan rayonu Alıbəyli kəndində anadan olmuş, X1, anası X8r. İş üzrə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 387 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 225 No ilə qeyd edilmişdir. İş üzrə 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2185 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X9 “Yüngül kəmağıllıq, davranış pozuntusu ilə (YQ=50) F70.1” diaqnozu qoyulmuşdur. İş üzrə 33 No-li Şəhər Poliklinikasının Psixiatr kabineti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 nömrəli arayışından görünür ki, 1984-cü il təvəllüdlü X11 2000-ci ildən tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatdadır, ona “Yüngül kəmağıllıq, nitq və davranış pozuntuları ilə F.70.1 İQ.50” diaqnoz qoyulmuşdur. İş üzrə xx.xx.2006-cı il tarixdə verilmiş 081865 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X11 2-ci qrup (ümumi xəstəlik) əlildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1807 saylı rəyinə əsasən X7 Yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilmişdir. X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 müəyyən edilən Yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X11 Ərizəçi, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X11 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X7 yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar ambulator məhkəmə psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Şaiq Mehralıyevin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olubolmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X7 yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X7 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 05 sentyabr 1984-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X11 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev İş № 2(009)-1271/2024 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Bakı şəhər Səbail rayon Məhkəməsi Bakı şəhərində 15 iyul 2024-cü il tarixdə Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi qardaşı oğlu – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində onun qəyyum təyin edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı oğlu – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində onun qəyyum təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəyə ərizəçinin qardaşı oğlu üzərində onun qəyyum təyin edilməsi hissəsində xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə tələbə baxmaq məhkəmə səlahiyyətinə aid olan, fəaliyyət qabiliyyətsiz şəxs üzərində qəyyum təyin etmə səlahiyyəti isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, fəaliyyət qabiliyyətsiz şəxs üzərində qəyyum təyin edilmə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan və bununla da həmin hissədə tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, həmin hissədə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizəçi qardaşı oğlu – X5 üzərində onun qəyyum təyin edilməsi hissəsində işin icraatına, işə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1271/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1271/2024
15.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver