Məhkəmə qərarları › İş №2(009)-1283/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1283/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1283/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının qanuni təmsilçisi Q.Ə.Şahbazovun, Cavabdehin nümayəndəsi və vəkili K.Q.Cabbarlının iştirakları ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borc tələbinə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən xxxxi şəxsdir. Cavabdeh 27.04.2014-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında 151 No-li mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri, Xətai prospekti, 38 ünvanındakı binada yerləşən 151 No-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. “xxxx” mənzil Tikinti Kooperativi ilə “xxxx” MMC arasında bağlanan müqaviləyə əsasən kommunla xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmin işlərinin həyata keçirilməsi; suyun andardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri “xxxx” MMC tərəfindən həyata keçirilir. xxxx xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m. üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə 01.08.2014-cü ildən 01.04.2021-ci il tarixədək mövcud olan xxxx borcunu ödəməmişdir. Belə ki, Cavabdeh 151 No-li mənzili üçün xxxx borcu 3696 manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan xxxx borcunu ödəməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 3696 manat əsas borc, 500 manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin yazılı etiraz kimi məhkəməyə təqdim etdiyi sənəddə və məhkəmə iclasında səsləndirdiyi fikirlərlə razı deyil. Həmin hal hazırki münasibətə tətbiq edilə bilməz. 62 sakinlə müqavilə bağlanmasını təsdiq edən sübutu məhkəməyə təqdim edir. Lakin daha çox sakinlə müqavilə bağlanılmışdır. Cavabdehə də müqavilənin bağlanılması təklif edilmişdir. Lakin məhkəməyə bununla bağlı rəsmi sənədi təqdim edə bilmir. Cavabdehin etirazında dediyi hallar dövlət mənzil fonduna aid olan evlər üçün nəzərdə tutulur. Həmin bina isə mənzil tikinti kooperativi tərəfindən inşa edilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, tərəflər arasında müqavilə münasibəti yaranmamışdır və pul məbləği cavabdehdən tələb edilə bilməz. Digər tərəfdən iddiaçı cavabdehə müqavilə bağlama ilə bağlı rəsmi müraciət etməmiş və bununla bağlı sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Konstitusiya məhkəməsinin 2015- və 2020-ci il tarixli qərarlarında formalaşan xxxxi mövqeyə görə xxxx xidmətlərə görə yazılı müqavilə əsasında ödənilməlidir. Pul tələbi ilə bağlı iddia əsassız olduğu üçün, tələb xxxxi xidmətə görə 500 manatın ödənilməsi hissəsində də əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddiaçının əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara xxxxi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə “xxxx” MTK-nın üzvlərinin (müvəkkilərinin) 28.04.2008-ci il tarixli ümumi yığıncağının protokolunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-xxxx xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-xxxx xidmətlərinə görə mənzilin hər kv.m. üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulması qərara alınmışdır. İş üzrə “Sifarişçi”xxxx“xxxx MTK ilə digər tərəfdən “İcraçı”xxxx“xxxx” MMC arasında bağlanmış 01.05.2017-ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” “xxxx” MTK sifariş verir, “İcraçı” “xxxx” MMC isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binaasının sakinlərinə xxxx xidmətlərin göstərilməsi xxxxunu və “Sifarişçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək xxxxunu “İcraçı”ya vermiş, “İcraçı” isə öz növbəsində həmin sakinlərə xxxx xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İş üzrə “xxxx” MMC tərəfindən tərtib edilmiş haqq-hesab cədvəlinə əsasən 151 saylı mənzilin sahibi Cavabdeh 2014-cü ilin avqust ayından 2021-ci ilin aprel ayına qədər xxxx borcları üzrə 3696 manat borcu vardır. İş üzrə “xxxx” MMC tərəfindən tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubun kserosurətindən görünür ki, Cavabdeh 01.03.2021-ci il tarixə 3649,80 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Belə ki, vergi, sosial, işıq, su, qaz və əmək haqqı ödənişlərində fasilələr və narazılıqlar yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh “xxxx” MTK-ya məxsus Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binada 151 saylı mənzili müqavilə əsasında almışdır. “xxxx” MTK ilə “xxxx” MMC arasında bağlanmış 01.05.2017-ci il tarixli müqaviləyə əsasən sonuncu binada giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmin işlərinin həyata keçirilməsi; suyun andardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 01.08.2014-cü il tarixdən 01.04.2021-ci il tarixədək xxxx xidmətləri ödəməmiş və nəticədə onun 3696 manat borcu yaranmışdır. xxxx xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının 28.04.2008-ci il tarixli qərarı ilə 30 qəpik müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh 2014-cü ildən xxxx haqları ödəmədiyi üçün həmin borc ondan məcburi şəkildə tutulmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binaya xxxx xidmətlərinin göstərilməsi ilə bağlı 01.05.2017-ci il tarixdə müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC 01.05.2017-ci il tarixdən Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binaya xxxx xidmətlərinin göstərilməsinə başlasa da, xxxx xidmətlərə görə borc cavabdehdən 01.08.2014-cü il tarixdən tələb olunur. Yəni 01.08.2014-cü il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr üçün “xxxx” MMC binaya hər hansı xidmət göstərmədiyi üçün, məhkəmə hesab edir ki, onun xxxx xidmətlərlə bağlı bu dövr üzrə hər hansı borc tələb etməyə subyektiv xxxxu yoxdur. Məhkəmə digər tərəfdən hesab edir ki, “xxxx” MMC Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binaya xxxx xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləni “xxxx” MTK ilə bağlasa da, binanın mülkiyyətçisi olan cavabdehlə xxxx xidmətin göstərilməsi ilə bağlı “xxxx” MMC arasında hər hansı müqavilə bağlanılmamışdır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29.12.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri xxxx xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə xxxx xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə xxxx xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən qərarında həmçinin göstərmişdir ki, məhkəmələr çoxmənzilli binalarda xxxx xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq xxxx xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə xxxx xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Lakin iddiaçı ilə cavabdeh arasında xxxx xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mənzil Məcəlləsinin 109.4-cü maddəsinə əsasən mənziltikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət xxxxu bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, xxxxi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən mənzil tikinti kooperativinin 50% payçılarının çoxunun mənzilləri mülkiyyət xxxxu üzrə onlara keçdikdən sonra kooperativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. AR Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. “xxxx“ MMC “xxxx” MTK-ya ilə kooperativ binada xxxx xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlasa da, bu müqavilə mənzil tikinti kooperativinin mülkiyyətçiləri üçün hər hansı öhdəlik və ya vəzifə yaratmır. Mənzil mülkiyyətçilərinin xxxx xidmətlərlə bağlı öhdəliyinin yaranması üçün xidmət göstərən şəxslə mülkiyyətçi arasında müqavilə bağlanılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi belə bir müqavilə bağlanmadığı üçün, iddiaçının göstərilən xidmətlə bağlı cavabdehdən pul tələb etməsi əsassızdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, ”xxxx” MTK-nın üzvlərinin 28.04.2008-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş qərarda da Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın sakinləri ilə mənzil-xxxx xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi göstərilmişdir. Göründüyü kimi “xxxx” MTK-nın 28.04.2008-ci il tarixli qərarında sakinlərlə xxxx xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin bağlanılması qərara alınsa da, cavabdehlə belə bir müqavilənin bağlanması müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda xxxx borc məbləğinin müəyyən edilməsi və hesablanması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, binanın saxlanılması üçün nəzərdə tutulan mütləq ödənişlərin və haqların miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid olan məsələdir. AR Mənzil Məcəllənin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Göstərilən Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən MTK-nın mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti yoxdur. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə xxxxi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında xxxx xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, eyni zamanda “xxxx” MMC binaya xidmət gsötərilməsini 01.05.2017-ci il tarixdən başladığı üçün, 01.08.2014-cü il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr üçün xxxx xidmətin göstərilməsi ilə bağlı tələb olunan pul, iddiaçının həmin pulu tələb etməyə subyektiv xxxxu olmaması əsası ilə təmin edilməməlidir. 01.05.2017-ci il tarixdən 01.04.2021-ci il tarixədək olan dövr üçün xxxx borcun tutulması ilə bağlı tələb əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, binanın sakinləri binanın saxlanılması üçün tələb olunan zəruri xərclərin ödənilməsi üçün müqavilə bağlamaqdan və yaxud müqavilə bağlamadan bu xərclərin ödənilməsindən yayındıqda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti belə zəruri xərclərin tutulmasını məhkəmə qaydasında tələb edə bilərlər. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, borcun tutulması barədə tələb təmin olunmadığı üçün, 500 manat xxxxi yardım xərcinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də əsassız hesab edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı 01.08.2014-cü ildən 01.04.2021-ci il tarixədək xxxx xidmətlərin göstərilməsi ilə bağlı cavabdehdən 3696 manat borcun, 500 manat xxxxi xidmət xərcinin və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar