Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1286/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında tərtib edilmiş aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00099 nömrəli abonent koduna hesablanmış 1168 manat 83 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Həmin yaşayış sahəsini Mahmud-X2 almışdır. O həmin evi alan zaman qaz sayğacına görə borcun olmasını bilmirdi. Daha sonra həmin evin qaz pulunu ödəyərkən borca görə pul tutulduğunu bildi. Bu barədə “Cavabdeh” İstehsalat Birliyinə müraciət etdi oradan ona sayğacda problem olduğu üçün 2018-ci ildə akt tərtib olunduğunu bildirdilər. 13 noyabr 2018-ci il tarixli, ******* nömrəli Akta əsasən sayğacın kipləşdirici klapanının aşkar olunmadığı qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 1168 manat 83 qəpik borc yazılmışdır. Hesab edir ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 05 oktyabr 2019-cu il tarixdə notariat qaydasında bağlanmış ilkin müqavilə əsasında Mahmud-X2 almışdır. O, evi alan zaman X4 qızı onu inandırmışdrı ki, qaza görə borcunu ondan aldığı pul vəsaiti hesabına ödəmişdir və qaza görə heç bir borcu qalmamışdır. O da, Solmazın sözlərinə inanaraq alqı-satqı müqaviləsini bağlamışdır. Sonradan ona məlum olmuşdur ki, Mahmud-X3 qaza görə 1168,83 manat borcu vardır və həmin borc 13 noyabr 2018-ci il tarixli, ******* nömrəli Akta əsasən hesablanmışdır. Hesab edir ki, həmin borc o, evi almazdan əvvəl yarandığına görə ondan tələb oluna bilməz. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, qazdan istifadəyə görə yaranmış 1168,83 manat borc ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibi Mahmud-X3 borcudur və həmin borc akt əsasında deyil, qazdan istifadəyə görə yaranmışdır. Həmin borc ödənilmədiyi üçün abonent kodu hazırki iddiaçının adına dəyişdirilməmişdir. İddiaçı evi aldığı zaman həmin borc mövcud olmuş və iddiaçı evi qəbul edərkən borcu da qəbul etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13.11.2018-ci il tarixli, ******* №-li aktdan görünür ki, “Cavabdeh” İstehsalat Birliyinin aktına əsasən X4 qızına aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğacda xətalar normaya uyğundur. Sayğacın klapanın üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat ofisində təsdiq edilmiş 05 oktyabr 2019-cu il tarixli ilkin müqavilədən görünür ki, X4 qızı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 05 oktyabr 2019-cu il tarixdə notariat qaydasında bağlanmış ilkin müqavilə əsasında Mahmud-X2 almışdır. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, İddiaçı ilə X4 qızı arasında evə dair ilkin müqavilə bağlanan zaman həmin fərdi yaşayış evi üzrə qazdan istifadəyə görə 1168,83 manat borc mövcud olmuşdur. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, İddiaçı hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini ilkin müqavilə əsasında əldə edərkən həmin əmlak ödənilməli olan borcla yüklü olmuşdur. Məhkəmə iclasında iddiaçı mübahisəli əmlak əldə olunan dövrdə yuxarıda göstərilən borcun ödənilməsini təsdiq edən sübutu təqdim etməmişdir. Bundan əlavə, iddiaçı faktiki olaraq inkar etməmişdir ki, o, evi alarkən qazdan istifadəyə görə borcunun olduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572-ci maddəsinin tələblərinin satıcı tərəfindən yerinə yetirilməsi barədə sübutların olmaması onu təsdiq edir ki, satılmış əmlakın bütün xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən alıcıya keçir. Yuxarıda şərh olunan halları müəyyən edərək və onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi qaydasında qiymət verərək, məhkəmə hesab edir ki, borcun silinməsi barədə iddiaçının tələbi əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı reqres qaydasında iddia verməklə öz maraqlarını müdafiə etmək hüququ vardır ki, o, həmin hüququ X4 qızı qarşısında öz öhdəliklərini tam icra etdikdən sonra həyata keçirə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına tərtib edilmiş aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən əsassızlığı tələb edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı akt məhkəməy təqdim olunmamışdır. Bununla yanaşı, məhkəmə iclasında müəyyən olunmuşdur ki, təbii qazdan istifadəyə görə mövcud olan borc məbləği akt əsasında hesablanmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1286/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1286/2021
12.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver